Bizə yazın

Baku

-°C

USD

-

Sabahın hava proqnozu açıqlanıb 

Cəmiyyət 02 Mart 2026, 12:56

270

Martın 3-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hacıbaba Bağırovun ailə həyatı barədə açılmamış sirlər  

Azərbaycan Respublikasının Xalq Artisti, Musiqili Komediya Teatrının sabiq direktoru, mərhum Hacıbaba Bağırovun şəxsi həyatı barədə Citypost.az-a maraqlı məlumatlar daxil olub. Mənbənin xəbərinə görə bir vaxt tamaşaçıların sevimlisi olmuş H.Bağırovun qeyri-rəsmi vətəndaş nikahlarını saymasaq, 5 dəfə rəsmi nikahda olub. Onun bu nikahlarının üçündən övladları dünyaya gəlib. H.Bağırovun ilk evliliyi hərbi xidmətdə olarkən baş tutub və Aleksandr adlı oğlu doğulub. Deyilənlərə inansaq xarici görkəminə görə tanınmış aktyordan seçilməyən Aleksandr atasının son günlərinə qədər mütəmadi olaraq onunla əlaqə saxlamış və ona xidmət göstərmişdir. Sənətkarın ikinci ailə həyatı Leyla adlı qadınla olub və Lalə adlı qızları dünyaya gəlib. Deyilənə görə hazırda Lalənin yaşı 60-ı haqlayıb. Üçüncü...

02 Mart 2026, 13:14

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb 

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.Citypost.az  xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.“Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatçılığa görə üzr istəyirik”, - səfirlik qeyd edib.

02 Mart 2026, 12:51

Uzun iş saatları əmək məhsuldarlığına mənfi təsir göstərir  

Tədqiqatçılar bildirirlər ki, uzun müddət yüksək zehni aktivlik göstərmək əmək məhsuldarlığını azalda bilər. Universitet tədqiqatçıları 12 həftə ərzində tələbələrin qısa gündəlik tapşırıqları yerinə yetirməsini müşahidə edərək onların düşüncə aydınlığı, məqsədləri, əhvali-ruhiyyəsi, yuxu keyfiyyəti və iş yükünü qiymətləndiriblər.Citypost.az xəbər verir ki, nəticələr göstərib ki, zehni aydınlıq yüksək olan günlərdə iştirakçılar həm planlaşdırılmış tapşırıqları daha effektiv yerinə yetirir, həm də özlərinə daha yüksək məqsədlər qoyurdular. Zehni yorğunluq və “beyin dumanı” dövrlərində isə fəaliyyət yalnız sadə gündəlik işlərlə məhdudlaşıb və daha böyük layihələr təxirə salınmalı olub.Tədqiqatçılar qeyd edirlər ki, yaxşı yuxudan sonra və günün ilk yarısında kognitiv performans yüksək olur, günortadan sonra isə...

02 Mart 2026, 12:38

Xameneinin olduğu yer necə tapılıb? 

İranın Ali Lideri Ayətullah Əli Xameneinin fevralın 28-i səhər saatlarında öldürüldüyü açıqlanmışdı.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ABŞ və İsrailin hadisədən cəmi bir neçə saat əvvəl əldə olunmuş mühüm kəşfiyyat məlumatından istifadə etməklə mümkün olub.Kəşfiyyatlar bir neçə ay ərzində yüksək vəzifəli iranlı şəxslərin görüş üçün toplaşa biləcəyi anı gözləyiblər. Müəyyən edilib ki, Xamenei şənbə günü səhər saatlarında Tehranın mərkəzində yerləşən bina kompleksində olacaq.Bir neçə ay boyunca ABŞ və İsrail İranın Ali liderinin hərəkətlərini izləyib.Bunun üçün istifadə edilən dəqiq üsullar məxfi saxlanılır. Lakin ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdəki paylaşımlarının birində buna dolayı yolla işarə edib.“Onun bizim kəşfiyyat və...

02 Mart 2026, 12:31

Elnur  İbrahimov rəhbər təyin olundu

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib.APA-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Elnur Abbas oğlu İbrahimov filiala rəhbər təyin olunub.Qeyd edək ki, ötən həftə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncamı ilə E.İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdi.

02 Mart 2026, 12:18

Azad edilmiş ərazilərdə ötən ay 1621 PHS aşkarlanıb 

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə fevral ayı üzrə məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 410 piyada əleyhinə mina, 71 tank əleyhinə mina, 1621 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 4264, 8 hektar ərazi mina və PHS-lərdən təmizlənib....

02 Mart 2026, 12:08