Gəncə Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrıldı
Cəmiyyət 02 Mart 2026, 13:22
245
Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ilkin olaraq 1,6 milyon (bir milyon altı yüz min) manat vəsait ayrılıb.
Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Həmçinin oxuyun
Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Küveyt səhvən 3 ABŞ təyyarəsini vurub
Küveytin hava hücumundan müdafiə sistemləri 3 ABŞ təyyarəsini vurub.Modern.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Ekipaj üzvlərinin sağ olduğu qeyd edilib.Qeyd olunub ki, təyyarələr səhvən vurulub. Gələcəkdə insidentlərin qarşısının alınması üçün tədbirlər görülür.
02 Mart 2026, 15:42
İlqar Hacıyevə hökm oxunub
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilən “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qiyabi hökm oxunub.Hökmə əsasən, İlqar Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, İlqar Hacıyevə ötən ilin noyabr ayında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.Bildirilib ki, onun barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda...
02 Mart 2026, 15:40
Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan edib
Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan edib.APA "Al Arabiyya" telekanalına istinadən xəbər verir ki, hökumət Hizbullahın bütün ölkə ərazisində silahlı fəaliyyətinə qadağa qoyub.Livan beynəlxalq dəstək əsasında mülki ekspertlərin iştirakı ilə İsraillə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.Baş nazir Nəvaf Salam legitim qurumlardan başqa Livanda hər hansı hərbi fəaliyyətə qarşı olduğunu vurğulayıb.“Biz Hizbullahın hərbi fəaliyyətini qadağan edirik və onun rolunu sadəcə siyasi sfera ilə məhdudlaşdırırıq. Hərbi qurumlardan da bunu həyata keçirmələrini tələb edirik”, - Baş nazir bildirib.Nəvaf Salam başçılıq etdiyi hökumətin İsrail və Livan arasında 2024-cü ildə əldə olunmuş razılaşmaya sadiq olduğunu diqqətə çatdırıb....
02 Mart 2026, 15:37
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı oldu
2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı regionda mövcud olan hərbi-siyasi vəziyyət, Yaxın Şərqdə artan gərginlik və təhlükəsizlik riskləri ətrafında fikir mübadiləsi aparılıb.Tərəflər regional eskalasiyanın daha geniş coğrafiyaya yayılmasının yolverilməz olduğunu vurğulayaraq, məsələlərin beynəlxalq hüquq normaları və prinsipləri əsasında, diplomatik yollarla həllinin vacibliyini qeyd ediblər.Nazirlər bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasının əhəmiyyətini vurğulayıb, xüsusilə mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin olunmasının prioritet məsələ olduğunu bildiriblər.Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcud çağırışlar fonunda daha da əhəmiyyət...
02 Mart 2026, 15:16
Britaniya Azərbaycana yeni səfir təyin etdi
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.APA Britaniya hökumətinə istinadən xəbər verir ki, bu vəzifəyə Dunkan Norman təyin olunub.O, 2026-cı ilin may ayında bu vəzifədə Fergus Auldu əvəz edəcək.“Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - yeni səfir Dunkan Norman bildirib.Qeyd edək ki, Dunkan Norman Böyük Britaniyanın peşəkar diplomatik xidmətində uzun illər fəaliyyət göstərmiş diplomatdır. O, Azərbaycana səfir təyin olunmazdan əvvəl Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisində müxtəlif vəzifələrdə çalışıb. Fəaliyyəti dövründə Şərqi Avropa və Cənubi Qafqaz regionu...
02 Mart 2026, 15:03
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərin məhkəməsi başlayıb
Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən İbrahim Əsədli və Abdulla İbrahimlinin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.Citypost.az xəbər verir ki, cinayət işi Nizami rayon Məhkəməsinə təqdim olunub və hakim Aynur Əliyevanın icraatına verilib. Bu gün keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.Məhkəmənin baxış iclası martın 16-na təyin edilib.Qeyd edək ki, ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən...
02 Mart 2026, 15:01