Bizə yazın

Baku

-°C

USD

-

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi 

Cəmiyyət 02 Mart 2026, 14:26

224

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.

Belə ki, 7 və 9 mart tarixlərində hər iki istiqamətə səfələr təşkil ediləcək.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.

Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan edib 

Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan edib.APA "Al Arabiyya" telekanalına istinadən xəbər verir ki, hökumət Hizbullahın bütün ölkə ərazisində silahlı fəaliyyətinə qadağa qoyub.Livan beynəlxalq dəstək əsasında mülki ekspertlərin iştirakı ilə İsraillə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.Baş nazir Nəvaf Salam legitim qurumlardan başqa Livanda hər hansı hərbi fəaliyyətə qarşı olduğunu vurğulayıb.“Biz Hizbullahın hərbi fəaliyyətini qadağan edirik və onun rolunu sadəcə siyasi sfera ilə məhdudlaşdırırıq. Hərbi qurumlardan da bunu həyata keçirmələrini tələb edirik”, - Baş nazir bildirib.Nəvaf Salam başçılıq etdiyi hökumətin İsrail və Livan arasında 2024-cü ildə əldə olunmuş razılaşmaya sadiq olduğunu diqqətə çatdırıb....

02 Mart 2026, 15:37

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı oldu

2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı regionda mövcud olan hərbi-siyasi vəziyyət, Yaxın Şərqdə artan gərginlik və təhlükəsizlik riskləri ətrafında fikir mübadiləsi aparılıb.Tərəflər regional eskalasiyanın daha geniş coğrafiyaya yayılmasının yolverilməz olduğunu vurğulayaraq, məsələlərin beynəlxalq hüquq normaları və prinsipləri əsasında, diplomatik yollarla həllinin vacibliyini qeyd ediblər.Nazirlər bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasının əhəmiyyətini vurğulayıb, xüsusilə mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin olunmasının prioritet məsələ olduğunu bildiriblər.Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcud çağırışlar fonunda daha da əhəmiyyət...

02 Mart 2026, 15:16

Britaniya Azərbaycana yeni səfir təyin etdi 

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.APA Britaniya hökumətinə istinadən xəbər verir ki, bu vəzifəyə Dunkan Norman təyin olunub.O, 2026-cı ilin may ayında bu vəzifədə Fergus Auldu əvəz edəcək.“Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - yeni səfir Dunkan Norman bildirib.Qeyd edək ki, Dunkan Norman Böyük Britaniyanın peşəkar diplomatik xidmətində uzun illər fəaliyyət göstərmiş diplomatdır. O, Azərbaycana səfir təyin olunmazdan əvvəl Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisində müxtəlif vəzifələrdə çalışıb. Fəaliyyəti dövründə Şərqi Avropa və Cənubi Qafqaz regionu...

02 Mart 2026, 15:03

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərin məhkəməsi başlayıb 

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən İbrahim Əsədli və Abdulla İbrahimlinin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.Citypost.az xəbər verir ki, cinayət işi Nizami rayon Məhkəməsinə təqdim olunub və hakim Aynur Əliyevanın icraatına verilib. Bu gün keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.Məhkəmənin baxış iclası martın 16-na təyin edilib.Qeyd edək ki, ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən...

02 Mart 2026, 15:01

İsrail İran kəşfiyyatının öldürülən bir neçə yüksək rütbəli zabitinin adını açıqlayıb 

İsrail Müdafiə Qüvvələri (IDF) İranın Kəşfiyyat Nazirliyinə hücumda ölən şəxslərin adlarını açıqlayıb.APA xəbər verir ki, bu barədə IDF-in sosial şəbəkə hesabında məlumat verilib.Məlumatda deyilir ki, kəşfiyyat nazirinin İsrail üzrə müavini Seyyid Yəhya Həmidi, casusluq diviziyasının rəhbəri Cəlal Purhüseyn və onların yanında olan digər kəşfiyyat rəsmiləri öldürülüb.Bildirilib ki, qısa zaman əvvəl Kəşfiyyat Nazirliyinin binası hədəf alınıb.

02 Mart 2026, 14:45

Gəncə Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrıldı

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ilkin olaraq 1,6 milyon (bir milyon altı yüz min) manat vəsait ayrılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir....

02 Mart 2026, 13:22