Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı oldu
Cəmiyyət 02 Mart 2026, 15:16
205
2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı regionda mövcud olan hərbi-siyasi vəziyyət, Yaxın Şərqdə artan gərginlik və təhlükəsizlik riskləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər regional eskalasiyanın daha geniş coğrafiyaya yayılmasının yolverilməz olduğunu vurğulayaraq, məsələlərin beynəlxalq hüquq normaları və prinsipləri əsasında, diplomatik yollarla həllinin vacibliyini qeyd ediblər.
Nazirlər bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasının əhəmiyyətini vurğulayıb, xüsusilə mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin olunmasının prioritet məsələ olduğunu bildiriblər.
Həmçinin oxuyun
Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcud çağırışlar fonunda daha da əhəmiyyət kəsb etdiyi qeyd edilib, iki qardaş ölkənin sıx koordinasiyasını davam etdirəcəyi vurğulanıb.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov Küveytli həmkarı ilə telefon danışığı aparıb
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Küveyt Dövlətinin xarici işlər naziri Şeyx Cərrah Cabir əl-Əhməd əl-Sabah arasında telefon danışığı aparılıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, telefon danışığı zamanı bölgədə artan gərginlik müzakirə olunub.Nazirlər davam edən hərbi toqquşmalarla bağlı ciddi narahatlıqlarını ifadə edərək, vəziyyətin regional təhlükəsizlik və sabitlik üçün ciddi risklər yaratdığını vurğulayıblar.Gərginliyin azaldılmasının vacibliyi vurğulanaraq, danışıqlar prosesinə qayıdış üçün diplomatik təşəbbüslərin gücləndirilməsinin önəmi diqqətə çatdırılıb.Nazirlər beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının, mülki əhalinin və infrastrukturun qorunmasının zəruriliyini vurğulayıblar.Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir...
02 Mart 2026, 16:13
Tramp: İran razılığa gəlmək istəyir
İran razılığa gəlmək istəyir.APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “The Telegraph”a açıqlamasında deyib.“Biz gözləyirdik ki, rəhbərliyin bir hissəsini aradan götürmək üçün iki, ya üç həftə lazım olacaq. Amma biz bunu bir gündə etdik. Biz həmişə bu əməliyyata dörd həftəlik əməliyyat kimi baxmışıq. Onlar razılığa gəlmək istəyirlər. Mən dedim ki, siz bunu bir həftə əvvəl etməli idiniz”, - Tramp qeyd edib....
02 Mart 2026, 16:13
Küveyt səhvən 3 ABŞ təyyarəsini vurub
Küveytin hava hücumundan müdafiə sistemləri 3 ABŞ təyyarəsini vurub.Modern.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Ekipaj üzvlərinin sağ olduğu qeyd edilib.Qeyd olunub ki, təyyarələr səhvən vurulub. Gələcəkdə insidentlərin qarşısının alınması üçün tədbirlər görülür.
02 Mart 2026, 15:42
İlqar Hacıyevə hökm oxunub
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilən “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qiyabi hökm oxunub.Hökmə əsasən, İlqar Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, İlqar Hacıyevə ötən ilin noyabr ayında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.Bildirilib ki, onun barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda...
02 Mart 2026, 15:40
Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan edib
Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan edib.APA "Al Arabiyya" telekanalına istinadən xəbər verir ki, hökumət Hizbullahın bütün ölkə ərazisində silahlı fəaliyyətinə qadağa qoyub.Livan beynəlxalq dəstək əsasında mülki ekspertlərin iştirakı ilə İsraillə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.Baş nazir Nəvaf Salam legitim qurumlardan başqa Livanda hər hansı hərbi fəaliyyətə qarşı olduğunu vurğulayıb.“Biz Hizbullahın hərbi fəaliyyətini qadağan edirik və onun rolunu sadəcə siyasi sfera ilə məhdudlaşdırırıq. Hərbi qurumlardan da bunu həyata keçirmələrini tələb edirik”, - Baş nazir bildirib.Nəvaf Salam başçılıq etdiyi hökumətin İsrail və Livan arasında 2024-cü ildə əldə olunmuş razılaşmaya sadiq olduğunu diqqətə çatdırıb....
02 Mart 2026, 15:37
Britaniya Azərbaycana yeni səfir təyin etdi
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.APA Britaniya hökumətinə istinadən xəbər verir ki, bu vəzifəyə Dunkan Norman təyin olunub.O, 2026-cı ilin may ayında bu vəzifədə Fergus Auldu əvəz edəcək.“Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - yeni səfir Dunkan Norman bildirib.Qeyd edək ki, Dunkan Norman Böyük Britaniyanın peşəkar diplomatik xidmətində uzun illər fəaliyyət göstərmiş diplomatdır. O, Azərbaycana səfir təyin olunmazdan əvvəl Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisində müxtəlif vəzifələrdə çalışıb. Fəaliyyəti dövründə Şərqi Avropa və Cənubi Qafqaz regionu...
02 Mart 2026, 15:03