Donald Tramp: Tezliklə İrana daha güclü zərbələr endiriləcək
Dünya 02 Mart 2026, 20:17
1223
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatı əhəmiyyətli dərəcədə gücləndirmək niyyətində olduğunu bəyan edərək ən böyük zərbə dalğasının tezliklə həyata keçiriləcəyini bildirib.
Citypost.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu CNN-ə açıqlayıb.
"Biz onların arasında xaos yaradırıq və bu, çox yaxşı gedir. İrana güclü zərbə endirəcəyik. Əməliyyat çox yaxşı gedir", - Tramp deyib.
O əlavə edib ki, əməliyyatın ən genişmiqyaslı mərhələsi hələ başlamayıb: "Biz hələ ciddi zərbələr endirməyə başlamamışıq. Böyük dalğa hələ başlamayıb, amma tezliklə başlayacaq".
Tramp həmçinin bəyan edib ki, ABŞ regionda uzunmüddətli münaqişədə maraqlı deyil.
Həmçinin oxuyun
"Mən düşünürdüm ki, bu, dörd həftə çəkəcək və biz qrafikdən bir az qabağıq", - o vurğulayıb.
O ki qaldı jurnalistin İran xalqına ABŞ-nin hərbi əməliyyatdan başqa hansı yardımı etməsi barədə suala Tramp əlavə dəstəyin də verildiyini deyib:
"Bəli, belədir. Lakin hazırda biz istəyirik ki, hamı evdə qalsın. Küçə də təhlükəsiz deyil. Vəziyyət daha da təhlükəsiz olmağa başlayacaq", - o qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İran ABŞ və İsrailə xəbərdarlıq edib
İran düşmənini təslim olmağa məcbur etmək üçün Hörmüz boğazında gəmiçilik hərəkətinə nəzarət də daxil olmaqla, istənilən vasitəyə əl atacaq.Bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Qərargahı məlumat yayıb."İran silahlı qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazından hərəkətlərə komandanlıq və nəzarət də daxil olmaqla, ölkənin bütün geosiyasi imkanlarından istifadə etmək və təcavüzkarları təslim olmağa məcbur etmək əzmindədir", - deyə məlumatda qeyd olunub.
15 Mart 2026, 17:08
İran XİN başçısı: Müctəba Xameneinin səhhəti yaxşıdır
İran Ali Rəhbəri Müctəba Xameneinin səhhəti yaxşıdır.Citypost.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi “Al Araby Al Jadeed”-ə müsahibəsində bildirib.“İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin səhhəti yaxşıdır, o, İslam Respublikasında vəziyyətə tam nəzarət edir”, - deyə Abbas Əraqçi qeyd edib. (APA)
15 Mart 2026, 13:14
Zelenski: Rusiya İrana ABŞ bazalarına hücum üçün “Şahed” PUA-ları verir
Rusiya ABŞ və İsrailə qarşı istifadə olunması üçün İrana “Şahed” pilotsuz uçuş aparatları (PUA) verir.CityPost.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.Ukrayna Prezidenti Rusiyanın ABŞ hərbi qüvvələrinin və obyektlərinin yerləşməsi ilə bağlı kəşfiyyat məlumatlarını İrana ötürdüyünü də söyləyib: “Hesab edirlər ki, Avropa və ABŞ bu müharibədə Ukraynaya kəşfiyyat məlumatları ilə kömək edə bilirsə, deməli, Rusiya da İran rejiminə kömək edə bilər”.Volodimir Zelenski deyib ki, İranın ABŞ bazalarına hücumlarda Rusiya istehsalı olan “Şahed” PUA-larından istifadə etməsi 100 faiz həqiqətdir: “Həmin PUA-lar İran lisenziyaları əsasında Rusiyada istehsal edilib, daha sonra Tehrana ötürülüb. Mənim əlimdə faktlar var ki, İran...
15 Mart 2026, 10:36
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin hava hücumundan müdafiə (HHM) sistemini tənqid edib.CityPost.az xəbər verir ki, Əraqçi bu barədə "X"dəki hesabında yazıb."ABŞ-nin reklam olunan "təhlükəsizlik çətiri" dəliklərlə dolu çıxdı və iğtişaşların qarşısını almaqdansa, daha çox qızışdırır" , - İranın XİN başçısı qeyd edib və əlavə edib ki, hazırda ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir:"İran ABŞ-nin yeganə qayğısının İsrail olduğunu nəzərə alaraq qardaş qonşuları xarici təcavüzkarları qovmağa çağırır"....
14 Mart 2026, 21:48
CENTCOM: ABŞ ordusu İranın Xarq adasında 90-dan çox hərbi obyektə uğurla zərbə endirib
ABŞ Silahlı Qüvvələri İranın Xarq adasında onlarla hədəfə zərbə endirərək məhv edib.CityPost.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı – CENTCOM məlumat yayıb.ABŞ ordusunun İranın 90-dan çox hərbi obyektini uğurla vurduğu qeyd edilib.Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Komandanlığının İranın Xarq adasına böyük bir bombardman həyata keçirdiyini bildirib.
14 Mart 2026, 20:23
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
BƏƏ-nin İraqın Ərbil şəhərindəki konsulluğu pilotsuz təyyarə hücumuna məruz qalıb.Bu barədə “Reuters“ agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
14 Mart 2026, 20:12