Bizə yazın

Baku

-°C

USD

-

Hamiləlikdə boşanma mümkündür - QANUN nə deyir?

Hüquq 02 Mart 2026, 17:26

172

Ailə Məcəlləsinə əsasən, hamiləlik dövründə qadın öz iradəsi ilə boşanmaq üçün məhkəməyə müraciət edə bilər. Yəni, 6 aylıq hamilə olan xanımın boşanmaq üçün müraciəti qanunla mümkündür və məcburi şəkildə ər ilə razılaşması tələb olunmur.

Citypost.az xəbər verir ki, Qanun kişilərə isə müəyyən məhdudiyyət qoyur: ər hamiləlik dövründə və uşağın doğulmasından bir il ərzində boşanmaq üçün yalnız qadın müraciət edə bilər; bu müddət ərzində ər tərəfdən boşanma müraciəti mümkün deyil.

Beləliklə, hamilə qadının boşanmaq hüququ tanınır və hamiləliyin müddətindən asılı olmayaraq qanuni əsasda müraciət edə bilər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ata uşağı ilə görüş hüququ: Bazar günü ilə məhdudlaşmır  

Məhkəmə bir ataya uşağı ilə görüşmək üçün bazar günü, misal üçün, səhər saat 10-dan axşam saat 6-dək icazə veribsə, bu valideynlər arasında razılıq çərçivəsində həyata keçirilir. Ana bu razılığa etiraz etmirsə, hər şey qanuni hesab olunur.Citypost.az xəbər verir ki, lakin gündəlik həyatda, məsələn, uşaq məktəbdən gedib gələrkən atasının uşağını qısaca öpməsi, görüşməsi də qanuni hüquq çərçivəsindədir. Yəni, ata yalnız bazar günü ilə məhdudlaşmır və uşağı ilə normal qarşılıqlı əlaqə qurmaq hüququna malikdir.Qeyd olunur ki, valideynlər arasında hüquq münaqişəsi olmadığı halda, polis və digər mühafizə orqanlarının müdaxiləsi qanuni deyil. Hüquqi müdaxilə yalnız uşağa qarşı zorakılıq, əxlaqsız hərəkət və ya xəsarət halları...

02 Mart 2026, 12:17

Özəl klinika “pul gətir, əməliyyat edim” deyə bilərmi? – Hüquqi vəziyyət  

Son zamanlar bir çox vətəndaş özəl klinikalarda əməliyyat üçün tələb olunan depozit və ya qabaqcadan ödənişlərlə bağlı problemlərlə üzləşir. Misal üçün, bir xəstə müəyyən əməliyyatı dövlət xəstəxanasında edə bilmədiyi üçün özəl klinikaya müraciət edir. Lakin klinika əvvəlcədən yüksək məbləğ tələb edir və depozit yatırılmasa, əməliyyatın edilməyəcəyini bildirir.Citypost.az xəbər verir ki, hüquqşünasların açıqlamasına görə, belə hallar qanunsuz sayılır. Həkim və ya klinika sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, əsas məqsəd insan sağlamlığını qorumaqdır. Bu səbəbdən tibbi xidmət göstərməkdən imtina etmək və xəstəyə qabaqcadan pul ödənişi tələb etmək hüquqi cəhətdən düzgün deyil.Qanunvericiliyə görə, tibbi xidmət iki növə ayrılır: planlı və plandan kənar....

26 Fevral 2026, 15:58

Alimentin azaldılması hansı hallarda  mümkündür? 

Ailə münasibətlərində ayrılıqdan sonra aliment məsələləri tez-tez mübahisələrə səbəb olur. Misal üçün ailə qurduğu şəxsdən ayrılan bir qadına 300 manat aliment müəyyən edilmişdi. İndi uşağın atası məhkəməyə müraciət edərək alimentin azaldılmasını tələb edib. Məhkəmə ayın 18-də keçiriləcək. Bu müddət ərzində borcun yığıldığı iddiası da gündəmə gəlir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirir ki, qanuna görə, aliment məbləğinin azaldılması yalnız ciddi əsaslar olduqda mümkündür. Xüsusilə uşağın xərclərinin artması və ya valideynin maddi vəziyyətində ciddi dəyişikliklər varsa, məhkəmə qərar verə bilər. Əks halda, əvvəlcədən müəyyən olunmuş məbləğ qalır.Mütəxəssislər həmçinin məhkəməyə təqdim olunacaq etiraz ərizəsinin düzgün əsaslandırılmasının vacibliyini vurğulayır. Orada uşağın xərclərinin necə qarşılandığı...

26 Fevral 2026, 13:02

Ata bütün evləri oğluna verir, qızın hüquqları nə olur?  

Bir çox valideynin əmlakını övladları arasında bölüşdürməsi bəzən mübahisələrə səbəb olur. Məsələn, ata adına bir neçə ev varsa və bütün evləri oğluna bağışlayırsa, qızın hüquqları necə qorunur?Citypost.az xəbər verir ki, hüquqi baxımdan, Azərbaycan qanunvericiliyi məcburi pay hüququnu təmin edir. Yəni, ata vəsiyyətnamə ilə bütün əmlakını oğluna versə belə, qızın da məcburi payı qalır. Məsələn, əmlakın ümumi dəyəri 100 000 manatdırsa, oğul və qız arasında yarı-yarı pay nəzərdə tutulubsa, qızın 25 000 manatlıq pay hüququ həmişə qorunur.Əmlak bağışlanması halında da hüquq sistemi müəyyən müddət ərzində müdaxilə imkanı verir. Belə ki, bağışlanmış əmlakın 2 il ərzində irsi iddia qaldırmaq mümkündür. Bu müddət...

25 Fevral 2026, 14:45

Vəsiyyətnamə ilə verilmiş ev: Övladın payı necə qorunur?

Övladlıq, ailə və miras məsələləri hər zaman maraq doğuran və mübahisələrə səbəb olan hüquqi sahələrdəndir. Xüsusilə vəsiyyətnamə ilə verilmiş əmlaklar, ailə üzvləri arasında pay bölgüsü və övladların hüquqları ətrafında suallar çox olur.Citypost.az xəbər verir ki, məsələn, bir şəraitdə əvvəlcə övlad və sonra qaynana vəfat edib, qaynana isə vəsiyyətnamə ilə evi baldızına veribsə, bu zaman övladın və ya onun arvadının hüquqları necə qorunur? Hüquqi baxımdan əsas prinsip ölümdən sonra irsi transmissiyadır. Əgər övlad rəhmətə gedibsə və qaynana daha sonra vəfat edibsə, övladın arvadı ərinin pay hüququndan irsi qaydada faydalana bilər. Digər tərəfdən, övlad sağdırsa, vəsiyyətnamə ilə verilmiş əmlak qaynana vəfatından sonra...

25 Fevral 2026, 14:19

Qanunsuz reklam və məhsul satışının hüquqi nəticələri  

Son dövrlərdə sosial şəbəkələrdə və onlayn platformalarda qanunsuz məhsul satışı və reklam halları artıb. Hüquqşünaslar bildirirlər ki, belə hallar həm istehlakçı hüquqlarını pozur, həm də sahibkarlar üçün ciddi hüquqi nəticələr yaradır.Citypost.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə görə, qeydiyyatsız və ya icazəsiz məhsul satışı, eləcə də yanlış reklamlar “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanun və Cinayət Məcəlləsi ilə tənzimlənir. Qanunu pozan şəxslər inzibati cərimə, bəzən isə məhkəmə yolu ilə məsuliyyətə cəlb edilə bilər. Zərərçəkmiş şəxslər həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb edə bilərlər.Hüquqşünaslar istehlakçıları və sahibkarları xəbərdar edir: reklam və satış fəaliyyəti qanunlara uyğun aparılmalı, məhsulların keyfiyyəti və etibarlılığı təmin...

24 Fevral 2026, 17:36