Amnistiya elan olunacaq - Prezident təşəbbüs irəli sürdü
Cəmiyyət 15 Dekabr 2025, 15:39
1298
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmışdır.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilmişdir.
Modern.az xəbər verir ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Həmçinin oxuyun
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.(Mənbə Azərtac)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanın bəzi rayonlarında qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti,...
25 Yanvar 2026, 14:31
"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh
Millət vəkili Səyyad Aranın məsələyə yanaşması stilistika baxımından doğrudur. Bütün sahəvi işlətmələr üçün Azərbaycan sözünün qısaldılmış forması kimi "Azər" işlədilirsə, bu, "Azəriqaz"a da şamil olunmalıdır. Ancaq Səyyad müəllim bilməmiş deyil ki, siyasi, elmi və bədii mətnlərimizdə "azəri" sözü də ayrı-ayrı müəlliflər tərəfindən dəfələrlə işlədilmiş, hətta xalq şairi Rəsul Rza ötən əsrin 70-ci illərində "Azəri Sovet Ensiklopediyası" nəşr etməyə də qərar vermişdi. Lakin bu cəhd yarımçıq qalmış və onu ensiklopediyanın I cildini alayarımçıq buraxmaqla baş redaktorluqdan uzaqlaşdırmışdılar.CityPost.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa qeyd edib.Millət vəkilinin sözlərinə görə, sonralar "azər xalqı", "azəri dili" kimi başlıqlar altında elmi-etnoqrafik nəşrlər...
25 Yanvar 2026, 14:19
Arzu Yusifova vəzifəsindən azad edildi
Tanınmış qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib.Globalinfo.az-ın əldə etdiyi məlumata görə, o, öz ərizəsi ilə işdən çıxıb.Qeyd edək ki, A.Yusifova 2025-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.O, sözügedən vəzifədə general-mayor Rəfail Mehdiyevi əvəz etmişdi.
25 Yanvar 2026, 13:50
Mehman Cavadoğlu dəyişib: “Etdiyim səhlənkarlığın cəzasını çəkirəm” - FOTO
Təxminən bir ay öncə 70 yaşı tamam olmuş tanınmış jurnalist Mehman Cavadoğlunun yeni görüntüləri yayılıb.CityPost.az xəbər verir ki, qocaman jurnalist APA-ya müsahibəsində bir çox mətləblərdən – jurnalistikaya gəlməyindən, hazırkı durumundan, qəzetçilikdən və s.-dən danışıb.Bir vaxtlar "Sovet kəndi", "Müxalifət", “Həyat”, “Azərbaycan”, “Rezonans” qəzetlərində rəhbər postlarda çalışmış gənc, enerjili Mehman Cavadoğlu artıq yaşlandığını, əvvəlki gücündə olmadığını deyib:“Heç vaxt ağlıma gəlməzdi ki, mən 70 yaşa çatacam......İnsan yaşlandıqca əvvəlki həvəs, əvvəlki həyat eşqi azalır, necə deyərlər, sönməyə doğru gedir. Və başlayırsan xatirələrlə yaşamağa. İnsan gəncliyində daha çox arzularla, qocalığındasa xatirələrlə yaşayır. Yaşadığı günlərin dadınısa yalnız uşaqlıq illərində və cavanlığında çıxarır”.O, indi nə aktiv jurnalistika...
25 Yanvar 2026, 10:40
Kəndlərdən Bakıya axın var, gec olmadan... - Deputat
Sərhəd kəndlərinin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var.CityPost.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında çıxış edib.O qeyd edib ki, Azərbaycanda 4200-dən çox kənd var:"Kəndlərdən üzü rayon mərkəzinə, oradan isə Bakıya böyük axın var. Kəndlərin miqrasiya səbəbindən boşalması ciddi problemlərə gətirib çıxarır. Ona görə, düşünürəm ki, gec olmadan ucqar, sərhəd kəndlərin inkişafı ilə əlaqədar dövlət proqramı hazırlanmalıdır".Qeyd edək ki, statistik məlumatlara görə, Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 190 qəsəbə ərazi dairəsi, 40 sahə ərazi dairəsi, 1724...
25 Yanvar 2026, 10:36
Məsciddə namaz qılarkən VƏFAT ETDİ
Özbəkistanın paytaxtı Daşkənddə məsciddə namaz qılan 64 yaşlı kişi qəfil halı pisləşərək dünyasını dəyişib. Hadisə Şayxantahur rayonunda yerləşən Köh Ota məscidində ikindi namazı zamanı baş verib.Citypost.az Özbəkistan saytlarına istinadən xəbər verir ki, namaz əsnasında yerə yıxılan şəxsi görən camaat dərhal kömək göstərməyə çalışıb və hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq, kişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə səbəbindən məsciddə qısa müddətli təşviş yaşanıb və namaz yarımçıq saxlanılıb.Hadisə anına dair görüntülərin sosial şəbəkələrdə yayılması geniş ictimaiyyətin diqqətini cəlb edib. Məsələ ilə bağlı ölümün dəqiq səbəbləri araşdırılır.Turan...
24 Yanvar 2026, 20:45