Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Cəlilova müraciət etdilər

Cəmiyyət 15 Dekabr 2025, 20:51

1750

Azərbaycan “Maarifçi Qadınlar” İB Türkiyənin  İstanbul şəhərində fəaliyyət göstərən “Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik "sivil   direktoru, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi cənab Ceyhun Cəlilova müraciət edib. 

Müraciətdə bildirilir: 

“Hörmətli Ceyhun müəllim!

Türkiyənin İstanbul şəhərində  ölkəni tərk etmiş və təhsildən kütləvi şəkildə kənarda qalan minlərlə məktəb yaşlı azərbaycanlı uşaqlar haqqında məlumatlı olduğunuz üçün birbaşa əsas məsələ haqqında yazmağa üstünlük verirəm. 

Azərbaycan Respublikası Konstitusiyasının ən başlıca tələblərindən biri  ölkəmizdə İcbari Təhsil Qanununun yerinə yetirilməsidir. İcbari təhsil birbaşa Dövlətin təminatıdır!

Azərbaycan Respublikasında təhsil vətəndaşın,Dövlətin vəcəmiyyətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.

Azərbaycan Respublikasının Təhsil Qanununun 5-ci maddəsinə əsasən:

5.1 Dövlət  hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsi yolverilməzdir.

Naxçıvanda çoxsaylı vətəndaşların  icbari təhsil hüququ pozulur. Bu məcburi təhsildir, müvafiq dövlət qurumları bunu yerinə yetirməyə borcludur!

Təhsil  Qanununun 5-ci maddəsində qeyd edilir:

5.8 Dövlət xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və proqramlar həyata keçirərək vətəndaşlarına təhsil verməlidir.

İllərdir vətəndaşlarımızın təhsil almaq hüququnu yerinə yetirməli olan  şəxslər bizə məlum olmayan səbəblərdən Türkiyənin İstanbul şəhərində vətəndaşlarımızı təhsilsiz buraxıblar. Biz “Maarifçi Qadınlar” İctimai Birliyinin xətti ilə  4000-dən artıq uşağı təhsilə cəlb etmişik.10 ildir ildir ki,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin  06 noyabr 2014-cü il tarixli “Uşaqların (şagirdlərin) ümumtəhsil müəssisələrinə qəbulu və yerləşdirilməsi Qaydaları”na əsasən fəaliyyətimizi nizamlayırıq. Mövcud Qaydalara əsasən:

4.4.3. Təhsil sənədini olmadıqda və təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda:

4.4.3.1.  1-11-ci  sinifdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına uyğun hazırlıq səviyyəsi yerli təhsil idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsi ilə yoxlanılır. Komissiyasının rəyi  əsasında şagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır.

4.4.3.2 Azərbaycan dilini tədris dili  səviyyəsində bildikləri halda şagirdlər tədris  Azərbaycan  dilində olan  məktəblərə qəbul edilirlər.

İllərdir  bu qaydada İstanbuldan gələn şagirdlər mövcud qanuna əsasən, imtahan verərək  təhsillərinə davam edirlər. Lakin Elxan Nəcəfov  Naxçıvanın Təhsil naziri təyin edildikdən sonra  şagirdlərin təhsil hüququ  pozulur, valideynlər uşaqlarını Bakı şəhərində  oxutmaq  məcburiyyətində qalırlar. Yəni uşaqlar Naxçıvandan sürgün edilirlər.

Məlum edirəm ki, bu uşaqlar az təminatlı ailələrin övladlarıdırlar. Bu ilə qədər Azərbaycan Respublikasının heç bir bölgəsində bu uşaqların  heç bir problemi olmayıb. Lakin indi bir neçə yetkinlik yaşına çatmamış övladlarımız, şagirdlərimiz təhsilsiz qalıblar. Onların təhsil  hüquqlarının pozulması ilə bərabər, həm də psixoloji gərginlik yaşayaraq Dövlətinə, Vətəninə güvəni sarsılır!

Bu hallar  bəzi şəxslərin öz vəzifəsini bilməməsi və qanunlara sayğısızlığının nəticəsidir. İllərdir  Azərbaycan Respublikasının Təhsil Nazirliyi  bu uşaqların kitablarını verir və min beş yüz  kiloqram  kitab(dərslik) Azərbaycan Rspublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə “Azərbaycan Hava Yolları”Açıq Səhmdar Cəmiyyəti tərəfindən  ödənişsiz olaraq  İstanbula çatdırılır.

Hörmətli Ceyhun müəllim, Abdullazadə Şahin Əvəz oğlu, Abdullayev Ümid Vahid oğlu mövcud qaydalara uyğun imtahan verərək tələb edilən səviyyəni yani 9-cu sinifdə oxumaq hüququnu qazanmışlar. Lakin özünü komissiya adlandıran şəxslər heç bir qanuna əsaslanmayan qərar çıxarmış, uşaqların təkrar 8-ci sinifdə oxumalarını  tələb etmişlər. Bu necə komissiyadır ki," 0" bal alan  ,təhsili buraxmış uşağı da 8- ci sinfə qəbul edir, 9-10 sualı cavablandıran uşağı da 8- ci sinfə qəbul edir!? Uşaqların valideynləri də bu ədalətsiz qərarla razılaşmamış, Respublikanın paytaxtına üz tutmuş, Bakı şəhəri Abşeron rayon Təhsil İdarəsinə müraciət etmişlər. Şagirdlər Abşeron rayon Məhəmmədi qəsəbə məktəbində 1 ay oxuduqdan sonra “Şagirdlərin yerdəyişməsi qaydaları”na uyğun olaraq təhsillərini Naxçıvanda davam etdirmələri üçün Şagirdlərin yerdəyişməsi  sisteminə daxil olmuş, Naxçıvanda oxumaq istəklərini bəyan etmişlər. Bundan xəbər tutan Elxan Nəcəfov Abşeron rayon Regional Təhsil İdarəsinə zəng etmiş, uşaqların məktəbdən azad olunmasını xahiş etmişdir. Elxan Nəcəfovun “sözünü yerə salmayan” Abşeron rayon Təhsil İdarəsinin adiyyəti şəxsləri  Məhəmmədi məktəbinin direktoruna şagirdlərin məktəbdən azad edilməsi üçün göstəriş vermiş,  Abdullazadə Şahin və Nifteliyev Əli  məktəbdən qovulmuşlar !

Təhsil Qanunun  

   oxuduqdan sonra  hal-hazırda təhsilsiz qalmışlar, məktəbə getmirlər. 

 Azərbaycan Respublikası Təhsil Qanununun 5.1 -ci maddəsi kobud şəkildə pozulmuşdur !Bu barədə  Biz mövcud vəziyyətlə  bağlı Azərbaycan 

 Respublikası Prezidentinin Administrasiyasının Humanitar Siyasət ,Diaspor, Miltikulturalizm və Dini Məsələlər Şöbəsinin müdiri Fərəh xanım Əliyevaya  ,Azərbaycan  Respublikası Milli Məcəlləsinin Elm və Təhsil Komitəsinin sədri  hörmətli  Anar İsgəndərova  müraciət etmişik!

İllərdir İstanbuldan gələn şagirdlərimiz yuxarıda göstərdiyimiz qanuna (Uşaqların (şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu və yerləşdirilməsi QYDALARININ  4 - cü bəndinə .Şagirdlərin Ölkədən xaricə və xarici ölkədən Azərbaycan Respublikasının məktəblərinə yerləşdirilməsi QYDALARININ 4.4 3  Təhsil sənədləri olmadıqda və təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda, 4.4.3.1 ci bəndinə:1-civə11-cisinifdəoxuduğuiddiaedilənşagirdinhəminsiniflərinTəhsil proqramlarına uyğun olaraq hazırlıq səviyyəsi yerli Təhsil idarəetmə orqanları tərəfindən yaradılmış komissiya va sitəsiilə yoxlanılır və məktəbin müvafiq sinfinə qəbul edilir)   əsasən Azərbaycanda da təhsillərini  davam etdiriblər və uğurlu nəticələr əldə edilib! Anidən birinin insan taleyini qaranlığa sürükləyən, övladlarımızı, onların ailələrini gözüyaşlı qoyan, qanuna zidd olaraq verilən göstərişin acı nəticəsini qəbul etmək yolverilməzdir! Məncə, bunu edən şəxs yanlışlığa yol verib. Bu ilin özündə belə 8-ci sinfi  bitirib Azərbaycana gələrək  9-cu sinifdə oxuyan şagirdlərimiz var. 

Onu da bildirmək istəyirəm ki, 10 nəfərə yaxın şagird bu qanun pozuntusunu ,Elxan Nəcəfovun  yaratdığı mövcud durumu görüb hələ də  Azərbaycana gəlməyiblər , İstanbulda H.Cavid  adına məktəbdə təhsillərinə davam edirlər!

Ancaq zaman keçir, Nazirliyin sistemi  1-2  həftə sonra bağlanacaq !

   Bu uşaqların taleyi sual altında qalacaq!  İstanbulda ailəsinin günlük yaşamını təmin etmək üçün yaşam mücadiləsi verən, haqqı pozulan bu  ailələrin  narahatlığı,sarsıntısı  dahada artaraq   dözülməz həddə çatacaq! Aidiyyəti dövlət qurumları

 onların gəlib Azərbaycanda təhsillərini davam etdirmələri üçün şərait yaratsın.   Bu günə qədər İcbari  təhsil  hüququ  pozulan (Təhsil Qanununun 5.8 maddəsi) bu Vətən övladlarının   təhsillərini 9-cu sinifdə  davam etdirmələri  üçün  yaradılan

 ciddi  qanun pozuntusunun qarşısı alınmalıdır, şagirdlər təcili olaraq məktəbə cəlb 

Hörmətli Ceyhun müəllim, Azərbaycan Respublikası maarifçiləri adından və Elxan Nəcəfovun  Bakı şəhərinə sürgün etdiyi və təqib edərək Bakı məktəblərindən də qeyri-qanuni olaraq qovdurduğu Abdullazadə Şahin Əvəz oğlu, Niftəliyev Əli Elnur  oğlunun və  bundan sonra  Türkiyə  Cümhuriyyətinin İstanbul şəhərindən Naxçıvan Muxtar Respublikasına gələn Azərbaycan vətəndaşlarının adında xahiş edirik: məktəb yaşlı Azərbaycan vətəndaşı olan uşaqlarımızın icbari təhsillərinin başa vurmasına köməyinizi əsirgəməyəsiniz!

Bir daha xatırladıram ki, icbari təhsilin yerinə yetirilməsi birbaşa Dövlət təminatıdır”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib 

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, yanvarın 26-sı gündüzdən 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gəncə, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

25 Yanvar 2026, 16:41

Azərbaycanın bəzi rayonlarında qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ 

Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti,...

25 Yanvar 2026, 14:31

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh 

Millət vəkili Səyyad Aranın məsələyə yanaşması stilistika baxımından doğrudur. Bütün sahəvi işlətmələr üçün Azərbaycan sözünün qısaldılmış forması kimi "Azər" işlədilirsə, bu, "Azəriqaz"a da şamil olunmalıdır. Ancaq Səyyad müəllim bilməmiş deyil ki, siyasi, elmi və bədii mətnlərimizdə "azəri" sözü də ayrı-ayrı müəlliflər tərəfindən dəfələrlə işlədilmiş, hətta xalq şairi Rəsul Rza ötən əsrin 70-ci illərində "Azəri Sovet Ensiklopediyası" nəşr etməyə də qərar vermişdi. Lakin bu cəhd yarımçıq qalmış və onu ensiklopediyanın I cildini alayarımçıq buraxmaqla baş redaktorluqdan uzaqlaşdırmışdılar.CityPost.az  xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa qeyd edib.Millət vəkilinin sözlərinə görə, sonralar "azər xalqı", "azəri dili" kimi başlıqlar altında elmi-etnoqrafik nəşrlər...

25 Yanvar 2026, 14:19

Arzu Yusifova vəzifəsindən azad edildi 

Tanınmış qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib.Globalinfo.az-ın əldə etdiyi məlumata görə, o, öz ərizəsi ilə işdən çıxıb.Qeyd edək ki, A.Yusifova 2025-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.O, sözügedən vəzifədə general-mayor Rəfail Mehdiyevi əvəz etmişdi.

25 Yanvar 2026, 13:50

Mehman Cavadoğlu dəyişib: “Etdiyim səhlənkarlığın cəzasını çəkirəm” - FOTO 

Təxminən bir ay öncə 70 yaşı tamam olmuş tanınmış jurnalist Mehman Cavadoğlunun yeni görüntüləri yayılıb.CityPost.az  xəbər verir ki, qocaman jurnalist APA-ya müsahibəsində bir çox mətləblərdən – jurnalistikaya gəlməyindən, hazırkı durumundan, qəzetçilikdən və s.-dən danışıb.Bir vaxtlar "Sovet kəndi", "Müxalifət", “Həyat”, “Azərbaycan”, “Rezonans” qəzetlərində rəhbər postlarda çalışmış gənc, enerjili Mehman Cavadoğlu artıq yaşlandığını, əvvəlki gücündə olmadığını deyib:“Heç vaxt ağlıma gəlməzdi ki, mən 70 yaşa çatacam......İnsan yaşlandıqca əvvəlki həvəs, əvvəlki həyat eşqi azalır, necə deyərlər, sönməyə doğru gedir. Və başlayırsan xatirələrlə yaşamağa. İnsan gəncliyində daha çox arzularla, qocalığındasa xatirələrlə yaşayır. Yaşadığı günlərin dadınısa yalnız uşaqlıq illərində və cavanlığında çıxarır”.O, indi nə aktiv jurnalistika...

25 Yanvar 2026, 10:40

Kəndlərdən Bakıya axın var, gec olmadan... - Deputat 

Sərhəd kəndlərinin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var.CityPost.az  Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında çıxış edib.O qeyd edib ki, Azərbaycanda 4200-dən çox kənd var:"Kəndlərdən üzü rayon mərkəzinə, oradan isə Bakıya böyük axın var. Kəndlərin miqrasiya səbəbindən boşalması ciddi problemlərə gətirib çıxarır. Ona görə, düşünürəm ki, gec olmadan ucqar, sərhəd kəndlərin inkişafı ilə əlaqədar dövlət proqramı hazırlanmalıdır".Qeyd edək ki, statistik məlumatlara görə, Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 190 qəsəbə ərazi dairəsi, 40 sahə ərazi dairəsi, 1724...

25 Yanvar 2026, 10:36