Bizə yazın

Baku

-°C

USD

-

Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb 

Cəmiyyət 21 Dekabr 2025, 10:28

206

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Maştağada obyektdə yanğın olub - VİDEO 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.FHN-dən CityPost.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.Yanğın nəticəsində ümumi sahəsi 942 kv.m. olan tütün məmulatlarının və qarışıq malların satışı üçün nəzərdə tutulmuş obyektin yanar konstruksiyaları 400 kv.m. sahədə yanıb.Obyektin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub....

21 Dekabr 2025, 10:22

Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq ölüb 

Goranboyda bədbəxt hadisə baş verib.Hadisə rayonun Məşədiqaralar kəndində baş verib.Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

20 Dekabr 2025, 15:53

Füzuli Musayev Müdafiə Nazirliyinin komandasını təhqir edib? 

Kişi voleybolu üzrə Azərbaycan Yüksək Liqasının VII turunun “Ordu” ilə matçında “Xilasedici” komandasına texniki məğlubiyyət verilib.CityPost.az  Prosport.az-a istinadən xəbər verir ki, buna səbəb “Xilasedici” komandasının rəhbəri, Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayevin hakimləri və rəqib komandanın üzvlərini söyməsi olub.Belə ki, hakimlərin “Çelenc”də qərarları “Ordu”nun xeyrinə verməsi F. Musayevi özündən çıxarıb. O, hakimləri söyüb. Daha sonra “bizim meydanımızda oynayırlar, bizə qarşı haqsızlıq olunur” (“Ordu” Hövsandakı FHN-ə məxsus arenada ev oyunlarını keçirir – red.) deyərək rəqib komandanın üzvlərinə təhqirlər yağdırıb. Bu səbəbdən də oyunun supervayzeri olan Zöhrab Gözəlbəyli 2-ci setin sonlarında matçı dayandırmalı olub.Füzuli Musayevin Müdafiə Nazirliyinə məxsus “Ordu”...

20 Dekabr 2025, 15:03

Bakıda "Kənddən Şəhərə" Yeni il yarmarkası keçirilir 

Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar tədarük və təchizat" ASC təşkilatçılığı ilə sayca 8-ci "Kənddən Şəhərə" Yeni il yarmarkası fəaliyyətə başlayıb.CityPost.az  xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan yarmarka dekabrın 30-dək davam edəcək.Yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir.Yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer, təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini satışa çıxarıb.Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti ilə...

20 Dekabr 2025, 14:30

Sabahın hava proqnozu açıqlanıb 

Sabah Azərbaycanda hava necə olacaq?Dekabrın 21-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu...

20 Dekabr 2025, 12:31

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası keçirilib 

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib. Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.Bu barədə CityPost.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.İclas zamanı, 8 avqust Vaşinqton Sülh Sammiti çərçivəsində iki dövlət arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumu çərçivəsində prioritet elan edilmiş enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə...

19 Dekabr 2025, 21:41