Bizə yazın

Baku

-°C

USD

-

Qazaxda avtomobil divara çırpılıb, ölən və yaralanan var 

Hadisə 20 Dekabr 2025, 10:07

197

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı divara çırpılıb.

Qəza zamanı 24 yaşlı N.Alıyev hadisə yerində həyatını itirib.

1996-cı il təvəllüdlü M.Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“SOCAR”ın əməkdaşı həbs olundu — Taksi sürücüsünü döyüb 

Bakıda 1985-ci il təvəllüdlü “Socar Petrol”un mühafizəçisi Mahir Məmmədov (soyad şərtidir) “Maksim” taksi xidmətinin sürücüsü Namiq Mürsəlovu döyüb.CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.Belə ki, Mahir dayısı Sabir Gülməmmədovla birgə Xırdalandan Türkan qəsəbəsinə getmək üçün taksi sifariş edib. Ünvana çatanda isə müştərilər 15 manat olan gediş haqqını ödəməkdən boyun qaçırıb.Sürücüyə “iki dəqiqəyə gəlirik” deyən müştərilərin gəlmədiyini görən Namiq Mürsəlov onları uca səslə çağırmağa başlayıb. Bu zaman çölə əvvəlcə dayı, daha sonra isə bacıoğlu çıxıb. Dayısının taksi sürücüsü ilə mübahisə etdiyini görən Mahir Məmmədov Namiq Mürsəlova bel nahiyəsindən zərbə endirib.Bundan sonra sürücü DİN-in 102 xidmətinə zəng edib....

20 Dekabr 2025, 11:15

Ötən gün dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılıb 

Ötən gün dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Həmçinin qeyd edilib ki, dekabrın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

20 Dekabr 2025, 11:08

Bakıda narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxunub 

Bakıda narkotik satışını təşkil etməkdə təqsirləndirilən bir ailənin 3 üzvü - Hümbət Cəfərov, Əli Cəfərov və Şəlalə Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.CityPost.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Hümbət Cəfərov 11 il, Əli Cəfərov 9 il, Şəlalə Cəfərova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.Dövlət ittihamçısı Hümbət Cəfərovun 12 il, Əli Cəfərovun 11 il, Şəlalə Cəfərovanın isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, ötən il dekabrın 24-də Xətai rayonu ərazisində əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə...

18 Dekabr 2025, 18:06

Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanılıb, cinayət işi başlanılıb 

"Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda həyat yoldaşını öldürməyə cəhd edən şəxs saxlanılıb, cinayət işi başlanılıb.Sədərək rayonu Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə dekabrın 17-də rayon prokurorluğuna məlumat daxil olub.Araşdırma zamanı həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Zakir Abbasovun həyat yoldaşı Aləmzər Abbasovaya xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.Z.Abbasov şübhəli şəxs qismində tutulub.İbtidai istintaq davam edir....

18 Dekabr 2025, 18:04

Balakəndə özlərini jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıb 

Balakəndə özlərini jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.CityPost.az   xəbər verir ki, rayonda özlərini jurnalist kimi təqdim edən iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub.Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıb. Məlumata görə, onlar əsasən stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəliblər və zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçiriblər.Faktla bağlı araşdırmalar davam etdirilir....

18 Dekabr 2025, 10:58

Qusarda qadın qətlə yetirilib, əri tutulub 

Qusar rayonunda qətl hadisəsi baş verib.Hadisə dekabrın 16-da səhər saatlarında rayonun Hil kəndinin ərazisində qeydə alınıb.Evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.Polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.

18 Dekabr 2025, 10:40