Bizə yazın

Baku

-°C

USD

-

Nikah mərasimi qazamatda baş tutan Əminə Şirin -  Məşhur prokurorun gəlini olub

Cəmiyyət 19 Dekabr 2025, 11:55

4570

Son günlər mediada ən çox müzakirə olunan müğənnilərdən biri də Əminə Şirindir.

Onun ifa etdiyi "Ölüm haqdır" mahnısının sözlərində "badə" ifadəsi müzakirə olunur.

Bəsi sənət adamları bu ifadənin "badə" yox,"bada" olduğunu bildirir.

Bəs,son günlərin ən çox müzakirə olunan müğənnisi Əminə Şirin kimdir?

CityPost.az  xəbər verir  ki,Əminə Şirin qızı Kərimova (Amina Şirin) 1987-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub. 

Atası Bakının Digah kəndi və Siyəzən rayonunun Yenikənd dağlılarındandır.

14 yaşından musiqi ilə məşğul olan Əminə  2005-2009 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müğənnilik ixtisası üzrə ali təhsil alıb. 

O,  ilk dəfə 2002-ci ildə tanınmış sənətkar Vaqif Gərayzadənin “W-trio” qrupunda, 2004-cü ildə isə “Aypara” qrupunda fəaliyyət göstərib. 2008-ci ildən isə solo fəaliyyətə başlayıb.

Özünəməxsus ifa tərzi, səs tembri olan Əminə "Yenə gəldi Yaz ayları" (Röya Ayxanla duet), "Mən bu dünyada ədalət görmədim", "Gələrsən", "Ölüm haqdır" adlı bir neçə hit mahnıların ifaçısıdır.

"Dua" adlı şer və qəzəllərindən ibarət kitabın müəllifidir.

Bir övladı var.

Əminə Şirinin şəxsi həyatı da maraqlıdır. O,sabiq  prokuror Rəşid Həsənovun gəlini olub.Rəşid Həsənov Xəzər rayonunun prokuror vəzifəsində çalışıb. O, 1998-2000-ci illərdə Azərbaycanın Ədliyyə naziri, 2005-2021-ci illərdə Konstitusiya Məhkəməsinin hakimi olmuş Südabə Həsənovanın qardaşıdır. 

Onun  oğlu  Yalçın Həsənov müğənni Əminə Şirinlə ailə həyatı qurub. Məlumatlı şəxsin verdiyi xəbərə görə,onların evlilik dönəmi Yalçın Həsənovun həbsdə olduğu vaxta təsadüf edib.Yalçın Həsənov  Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və başqaları ilə birlikdə törətdikləri cinayətə görə 2010-cu ildə həbs olunmuşdu. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Yalçın Həsənov 8 il müddətinə azadlıqdan məhrum olunmuşdu.Y.Həsənov həbsxanadan çıxdıqdan sonra xəstəlikdən dünyasını dəyişib.

Müğənni özü həyat yoldaşı ilə bağlı mətbuatda bir müddət öncə də danışıb.

Müğənni bildirib ki, gizlədəsi bir şeyi yoxdur, onlar ailəli olublar:

"Qızım (atası Yalçın Həsənov - red.) Rəşid Həsənovun nəvəsidir. Məni qınayanlar düşünsün ki, 23 yaşında qız o zindanın divarları arasında hər ay 6 gün orada həyat yoldaşı ilə qalırdı. Mənim toyum da orada olub, gəlinlik paltarında. Ona görə də kimsə mənə eşq öyrətməsin. Eşq əslində bilməyənlərin danışdığı, bilənlərin susduğu mövzudur".

Əminə qeyd edib ki, onların izdivacı 13 il əvvəl başa çatıb:

"Allah rəhmət eləsin, mən eşidəndə ki, xəstədir, özüm zəng etdim. Özü də dedi ki, bir bu zəngi gözləyirdim, inanmırdım yığarsan".

Qeyd edək ki, Əminə Şirin  müğənni Kazımcanla da ailəli olub.Bu nikahdan onun övladı olsa da,onu tez itirib.Müğənni hazırda subaydır.

Hazırladı: Nigarxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

III Respublika Hüquq Olimpiadasına start verilib 

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş III Respublika Hüquq Olimpiadasının açılış mərasimi keçirilib.Citypost.az xəbər verir ki, tədbir Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı və Baş Prokurorluğun dəstəyi ilə reallaşıb.Açılış mərasimində Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov üçüncü ildir keçirilən Respublika Hüquq Olimpiadasının təqdirəlayiq ənənə olduğunu qeyd edib. O bildirib ki, belə tədbirlər tələbələrin nəzəri və təcrübi biliklərinin artmasına imkan yaradır.BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev həm də hüquq islahatlarının banisidir:”Ümimilli...

06 May 2026, 17:55

Şahin Bağırov Naxçıvanda vətəndaşları qəbul edib 

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Naxçıvan şəhərində vətəndaşları qəbul edib.Citypost.az komitəyə istinadən xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak edib.Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib....

06 May 2026, 17:50

FHN Akademiyasında növbəti praktiki-maarifləndirici tədbir keçirildi 

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, tədbirdə FHN Akademiyasının rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev, Fövqəladə Hallar Nazirliyi “İzotop” xüsusi kombinatının direktoru Ramin Paşayev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisinin birinci müavini Fuad Mehbalıyev görüşün əhəmiyyətindən danışaraq bu cür tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verdiyini bildirib. O qeyd edib ki, nəzəri biliklərin praktiki təcrübə...

06 May 2026, 17:40

Heydər Əliyev və mədəni dəyərlər mövzusunda konfrans keçirilib 

Bakıda "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Ümummilli Lider Heydər Əliyev üçün milli-mənəvi dəyərlər sadəcə qorunmalı irs deyil, xalqın varlığını təsdiq edən, onu zamanın sınaqlarından keçirən və gələcəyə aparan əsas güc mənbəyi olub.Qeyd edilib ki, ana dilinə sevgi, ədəbiyyata, musiqiyə və milli adət-ənənələrə bağlılıq Ulu Öndərin siyasətində xüsusi yer tutub. Bu dəyərlər yalnız keçmişin yadigarı kimi deyil, həm də müasir dövlət quruculuğunun və mənəvi inkişafın əsas sütunları kimi dəyərləndirilib.Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, "Simurq" Azərbaycan...

06 May 2026, 17:28

 "Yol hərəkəti haqqında" qanun dəyişdi 

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.Citypost.az xəbər verir ki, yeniləniş qanuna əsasən, bundan sonra İnzibati Xətalar Məcəlləsinin 346.1-ci, 346.2-ci, 346.4–346.9-cu, 346-1.1–346-1.4-cü və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda tərtib edilmiş inzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq.

06 May 2026, 16:57

Səməd Bəşirli Metin Çeliklə görüşdü

Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib.Citypost.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.Bildirilib ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Türkiyənin İsparta Ticarət və Sənaye Palatası İdarə heyətinin sədri Metin Çelik ilə görüşündə edilib.Görüşdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti və genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkə arasında biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.Müzakirələr zamanı sənaye, kənd təsərrüfatı, turizm və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, iş adamları arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin təşviqi imkanları diqqətə çatdırılıb.Tərəflər qeyd ediblər...

06 May 2026, 16:35