Bizə yazın

Baku

-°C

USD

-

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzi Ağdamda tədbir keçirib

Cəmiyyət 19 Dekabr 2025, 20:04

305

Ağdam rayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin (TTM) birgə təşkilatçılığı ilə tədbir keçirilib.

“Dostluq, Qardaşlıq, Birlik” devizi altında baş tutan tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Maksat Mamıtkanov, Türk Ticarət Mərkəzinin direktoru cənab Yılmaz Okuklu, Azərbaycan–Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev iştirak ediblər.

Tədbirdə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verərək, dost və qardaş ölkələrin göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.

Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Maksat Mamıtkanov bildirib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd Türk Dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikasına dəstək göstərmək, Türk Dövlətləri Liderlərinin müəyyən etdiyi birlik, qardaşlıq və dostluq siyasətini davam etdirməkdir. Səfir çıxışı zamanı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 4 Dekabr – Manas Dastanı Günü və 11 Dekabr – Beynəlxalq Dağlar Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb.

Cənab səfir çıxışında işğaldan azad olunmuş Qarabağ torpaqlarında aparılan yenidənqurma və bərpa işlərinə də toxunaraq, bu prosesə Qırğız Respublikasının siyasi, mənəvi və humanitar dəstəyinin əhəmiyyətini qeyd edib. O, qırğızıstanlı iş adamlarını Qarabağda davam edən quruculuq-bərpa işlərində fəal iştiraka dəvət edib.

Türk Ticarət Mərkəzinin direktoru cənab Yılmaz Okuklu bu kimi tədbirlərin dost və qardaş ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. O, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Ağdam rayon sakinləri ilə keçirilən bu görüşün mənəvi əhəmiyyətini xüsusi vurğulayıb və bu təşəbbüslərin silsilə şəklində davam etdiriləcəyini qeyd edib.

Tədbir çərçivəsində Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində şagird və müəllim heyəti ilə görüş keçirilib. Qarşıdan gələn bayramlar münasibətilə məktəblilərə və pedaqoji kollektivə hədiyyələr təqdim olunub. Birlik və həmrəyliyin rəmzi olaraq tədbir zamanı xeyir-dua ilə qurban kəsilib.

Daha sonra Qırğızıstandan gətirilmiş ərzaq məhsullarının tanıtımı həyata keçirilib, bu məhsulların Ağdam sakinləri ilə bölüşülməsi qardaşlıq və mənəvi dəstək jesti kimi qiymətləndirilib.

Səfər çərçivəsində I Qarabağ müharibəsinin döyüşçüsü, Azərbaycan–Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev Qarabağın tarixi torpaqları və bölgədə aparılan bərpa-quruculuq işləri barədə qonaqlara ətraflı məlumat verib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası keçirilib 

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib. Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.Bu barədə CityPost.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.İclas zamanı, 8 avqust Vaşinqton Sülh Sammiti çərçivəsində iki dövlət arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumu çərçivəsində prioritet elan edilmiş enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə...

19 Dekabr 2025, 21:41

Ədliyyə Nazirliyi: Amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin siyahısı hazırlanıb 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs ilə 19 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul edilib.Ədliyyə Nazirliyi tərəfindən artıq bu gündən etibarən qərarın icrası istiqamətində işlərə başlanılıb. Belə ki, amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin siyahısı artıq hazırlanıb. Qərarın təxirə salınmadan icrası barədə Nazirliyin aidiyyəti struktur qurumlarına zəruri tapşırıqlar verilib.Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.Qeyd olunub ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur....

19 Dekabr 2025, 20:31

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 

Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.CityPost.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetində qərar qəbul edilib.Baş nazir Əli Əsədovun imzaladığı qərarə əsasən, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.

19 Dekabr 2025, 20:02

Meyxanaçı Ağakərim vəfat etdi 

Meyxanaçı Ağakərim vəfat edib.Bu barədə Manset.az-a onun yaxınları məlumat verib.Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

19 Dekabr 2025, 16:44

Pərviz Qədirov vəzifəsindən azad edildi – SƏBƏB 

Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərilib.CityPost.az  “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.Əmrə əsasən, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin rəisi, Gömrük xidməti polkovniki Pərviz Paşa oğlu Qədirov yaş həddi ilə bağlı təqaüdə gedib.Onun yerinə hələlik təyinat olmayıb.

19 Dekabr 2025, 14:51

Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb 

Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb.CityPost.az  xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan özünün Facebook səhifəsində yazıb.Onun sözlərinə görə, Azərbaycan mənşəli, 1300 ton tutumlu Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqonluq qatar Ermənistan-Gürcüstan sərhədindən keçərək Ermənistana çatıb."Bəlkə də bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra yox, həm də ümumiyyətlə müstəqillikdən sonra Ermənistan və Azərbaycan arasında ilk ticarət və iqtisadi sövdələşmədir”, - nazir qeyd edib.Qeyd edək ki, APA-nın məlumatına görə, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə...

19 Dekabr 2025, 14:21