Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb 

Cəmiyyət 19 Dekabr 2025, 14:21

212

Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb.

CityPost.az  xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan mənşəli, 1300 ton tutumlu Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqonluq qatar Ermənistan-Gürcüstan sərhədindən keçərək Ermənistana çatıb.

"Bəlkə də bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra yox, həm də ümumiyyətlə müstəqillikdən sonra Ermənistan və Azərbaycan arasında ilk ticarət və iqtisadi sövdələşmədir”, - nazir qeyd edib.

Qeyd edək ki, APA-nın məlumatına görə, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən ötən gün Bakıdan yola salınıb.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.

Dekabrın 8-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, dekabrın 5-də Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb: “Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, dərhal birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin”.

Bu, sülh gündəliyinin təkcə deklarativ xarakter daşımadığını, eyni zamanda, praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pərviz Qədirov vəzifəsindən azad edildi – SƏBƏB 

Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərilib.CityPost.az  “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.Əmrə əsasən, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin rəisi, Gömrük xidməti polkovniki Pərviz Paşa oğlu Qədirov yaş həddi ilə bağlı təqaüdə gedib.Onun yerinə hələlik təyinat olmayıb.

19 Dekabr 2025, 14:51

Hökməli və Qobuda yolların təmirinə 1.4 milyon manat ayrılıb - SƏRƏNCAM 

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manatı ayrılıb.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb....

19 Dekabr 2025, 13:36

Milli Məclis Amnistiya ilə bağlı qərar qəbul edib 

Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” parlamentin qərar layihəsi müzakirəyə çıxarılıb.CityPost.az  xəbər verir ki, müzakirələrdən sonra qərar layihəsi bir oxunuşda qəbul edilib.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.

19 Dekabr 2025, 12:31

Nikah mərasimi qazamatda baş tutan Əminə Şirin -  Məşhur prokurorun gəlini olub

Son günlər mediada ən çox müzakirə olunan müğənnilərdən biri də Əminə Şirindir.Onun ifa etdiyi "Ölüm haqdır" mahnısının sözlərində "badə" ifadəsi müzakirə olunur.Bəsi sənət adamları bu ifadənin "badə" yox,"bada" olduğunu bildirir.Bəs,son günlərin ən çox müzakirə olunan müğənnisi Əminə Şirin kimdir?CityPost.az  xəbər verir  ki,Əminə Şirin qızı Kərimova (Amina Şirin) 1987-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub. Atası Bakının Digah kəndi və Siyəzən rayonunun Yenikənd dağlılarındandır.14 yaşından musiqi ilə məşğul olan Əminə  2005-2009 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müğənnilik ixtisası üzrə ali təhsil alıb. O,  ilk dəfə 2002-ci ildə tanınmış sənətkar Vaqif Gərayzadənin “W-trio” qrupunda, 2004-cü ildə isə “Aypara” qrupunda fəaliyyət göstərib. 2008-ci...

19 Dekabr 2025, 11:55

Balıqçıların meyitləri tapıldı

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb.Bu barədə CityPost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, bu il dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən iki balıqçıdan biri - 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti dalğıc-xilasedicilər tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Eyni zamanda qeyd olunub ki, hazırda itkin düşən digər şəxs - 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir....

19 Dekabr 2025, 11:51

“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb 

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesdədir” devizi ilə təqdim olunan “Dayaq” mükafatına layiq görülüb. Mükafat şirkətə “Əlillik məhdudiyyət deyil” nominasiyası üzrə təqdim olunub. “Araz” əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirdiyi fəaliyyətə, eləcə də inklüzivliyi dəstəkləyən və bərabər imkanlara əsaslanan korporativ yanaşmanın tətbiqinə görə bu mükafata layiq görülüb.“Dayaq” mükafatı 2025-ci ildə biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə öz töhvəsini verən biznes subyektlərinə təqdim edilib.Qeyd edək...

19 Dekabr 2025, 11:30