Bizə yazın

Baku

-°C

USD

-

Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR - AÇIQLAMA 

Cəmiyyət 31 Dekabr 2025, 11:45

175

Quru sərhədlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Sosial şəbəkədə gedən müzakirələrə qoşulanların bir qismi quru sərhədlərin açılmalı olduğunu deyir, digərləri isə təhlükəsizliklə bağlı düşünərək, tələsik qərar verilməməli olduğunu bildirirlər.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb. Nazirlər Kabineti bu barədə qərar verib.

CityPost.az  xəbər verir ki, modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, sərhədlərin açılması dövlət əhəmiyyətli məsələdir:

“Sözsüz ki, hakimiyyət dairələri bu məsələ barədə çox ciddi düşünürlər. Və bu gün sərhədlərin bağlı olması bilavasitə Azərbaycan xalqının təhlükəsizliyi üçün vacibdir. Dünyada gedən müharibələr, terror hadisələri, casusluq fəaliyyəti hələ ki sərhədlərin bağlı saxlanılmasını zərurətə çevirib. Çünki miqrasiya məsələləri, ölkələrə qarşı təxribatlar, yoluxucu xətəliklərin yayılması əsas verir ki, müəyyən müddətə hələ də sərhədlərimiz bağlı saxlanılsın. Bu, düşünülmüş bir gedişdir. Ola bilsin ki, bəzi insanlar bu məsələnin vacibliyini, əhəmiyyətini dərindən dərk edə bilmirlər və xoşagəlməz fikirlər səsləndirirlər”.

Amma komitə sədri onu da vurğulayıb ki, sərhədlərin bağlanması müəyyən ticarət alış-veriş əlaqələrinə mənfi təsir göstərir:

“Ancaq milli təhlükəsizliyimiz insanların müəyyən bəlalardan, terrordan qorunması dövlət üçün daha vacib hesab edilir. Ona görə də, bu məsələ müvafiq orqanlar tərəfindən çox ciddi araşdırılır, ətrafda nələrin vacib olduğu, nələrin qəbul edilib-edilməməsi real faktlarla gündəmə gətirilir. Müəyyən qabaqlayıcı tədbirlərin görülməsi həyata keçirilir. Bu dövlətin, xalqın xeyrinədir, hər kəs də belə qiymətləndirməlidir. İndi gələn il sərhədlərin açılması üçün şərtlərin meydana gəlməsi halında məsələyə baxıla bilər. İndidən isə nəsə demək düzgün deyil”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib gələn il quru sərhədlərin açılmasına ehtimallar var:

“Hesab edirəm ki, quru sərhədlərin hələ də bağlı qalmasının səbəbi regionda baş verən hadisələrlə bağlıdır. Həm də quru sərhədlərin açılması ilə bağlı qərarı Baş nazir verir. Gələn il də quru sərhədlərin açılması məsələsi məqbul hesab olunarsa, təbii ki, belə bir qərar verilə bilər. Ehtimallar isə həmişə var”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yeni ilin ilk günü: QAR YAĞACAQ 

Gələn ilin ilk günü üçün hava proqnozu açıqlanıb.Bu barədə CİTYpOST.AZ-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.Yanvarın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.Sabah Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın...

31 Dekabr 2025, 13:19

Bundan sonra baş redaktor kimi işləyəcəm - Misir Mərdanov 

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb. Yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov vəzifəsini itirmiş olub.Sabiq təhsil naziri Misir Mərdanov bundan sonra hansı fəaliyyətlə məşğul olacağı barədə Modern.az saytına açıqlama verib.Eks-nazir bildirib ki, görüləsi işlər çoxdur:"Mən Bakı Dövlət Universitetində Ali riyaziyyat kafedrasının müdiriyəm, planlarım çox genişdir, elmi tədqiqatlarımı və riyaziyyatın tədrisi metodikası istiqamətində işlərimi davam etdirəcəyəm. Eləcə...

31 Dekabr 2025, 12:56

FHN Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına görə əhaliyə təkrar müraciət edib 

Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına görə əhaliyə təkrar müraciət edib.CityPost.az   xəbər verir ki, müraciətdə deyilir:"Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır. Bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər.Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,- evlərdə və şənlik məkanlarında bəzədilən küknar...

31 Dekabr 2025, 10:11

Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı paylaşım edib.CityPost.az   paylaşımı təqdim edir: Посмотреть эту публикацию в Instagram Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

31 Dekabr 2025, 09:52

Bakıda güclü külək ağacı yüksək gərginlikli elektrik xəttinin üzərinə aşırıb 

Gecədən başlayan güclü külək Bakı və ətraf ərazilərdə ciddi fəsadlara yol açıb."Report" xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində qırılan iri gövdəli ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb.Hadisə nəticəsində yaxınlıqdakı evlərə və bir avtomobilə ziyan dəyib.Qırılmış ağac küçədə sakinlərin hərəkətinə mane olub. Hadisə nəticəsində ətrafda olan evlər işıqsız qalıb.

31 Dekabr 2025, 09:51

İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib 

Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesablarında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib.CityPost.az   paylaşımı təqdim edir:pic.twitter.com/yExDBvQhtT— İlham Əliyev (@azpresident) December 30, 2025

30 Dekabr 2025, 22:10