Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib
Cəmiyyət 29 Dekabr 2025, 14:23
266
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib.
CityPost.az xəbər verir ki, söhbət "Milli Məclis deputatının statusu haqqında", "Sosial sığorta haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "Sığorta fəaliyyəti haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Gömrük tarifi haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlardan gedir.
Sözügedən dəyişikliklər paketinin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının və büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizədir.
Həmçinin oxuyun
"Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliklər isə sahibkarların sosial sığorta yükünün optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasını əhatə edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yazıçılar Birliyindəki Rauf Aslanov kimdir?- Müşavir,yoxsa,sələmçi...
Son günlər Azərbaycan Yazıçılar Birliyində (AYB) baş verən kadr dəyişikliyi təkcə ədəbi cameədə deyil, ümumilikdə ictimai-siyasi müstəvidə ciddi suallar doğurub. Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri, 48 yaşlı şair Sayman Aruzun vəzifədən kənarlaşdırılaraq onun yerinə 79 yaşlı Xalq şairi Sabir Rüstəmxanlının təyin edilməsi cəmiyyətdə haqlı təəccüb və narazılıqla qarşılanıb.CityPost.az xəbər verir ki, məsələ təkcə yaş fərqində və ya şəxslərin kimliyində deyil. Sual doğuran əsas məqam bu qərarın necə, hansı əsaslarla və hansı təsirlərlə qəbul edilməsidir. Aparılan araşdırmalar göstərir ki, son illər Sayman Aruz sistemli şəkildə müxtəlif hücumlara məruz qalıb. Onun dövlət maraqlarına uyğun fəaliyyəti, xüsusilə Güney Azərbaycan mövzusunda prinsipial mövqeyi...
29 Dekabr 2025, 16:04
Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılıb
Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılıb.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.Dəyişikliklə, gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması müəyyənləşib.Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili...
29 Dekabr 2025, 15:26
Baş Prokurorluq Rusiya-Ukrayna müharibəsində iştirakla bağlı vətəndaşlara xəbərdarlıq edib
Xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək ağır cinayətdir.CityPost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.Rusiya-Ukrayna müharibəsində iştirakla bağlı vətəndaşlara xəbərdarlıqQeyd olunub ki, son dövrlər hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar və mediada yayılan məlumatlara əsasən Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda, eləcə də digər silahlı münaqişələrdə Azərbaycanın bəzi vətəndaşlarının da iştirak etməsi halları müşahidə olunur:"Təəssüflə qeyd edirik ki, bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlarımız var. Bildiririk ki, Azərbaycan vətəndaşlarının həyatını, təhlükəsizliyini, hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi və vəzifəsi kimi qəbul edərək, qanunvericiliyə zidd fəaliyyət göstərən, hüquq qaydalarını pozan...
29 Dekabr 2025, 13:35
FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq
Fövqəladə Hallar Nazirliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib....
29 Dekabr 2025, 12:00
Qaz limiti bu tarixdə sıfırlanacaq - RƏSMİ
İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitlərinin nə zaman yenilənəcəyi maraqlandırır.CityPost.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bakıvaxt.az-a açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də "smart-kart" tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yenilənəcək:“Mexaniki sayğaclarda isə bu proses bir neçə gün davam edə bilər”.E.Vəliyev qeyd edib ki, bu, sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir:“Abonentlər elə bilirlər ki, yanvarın ilk günlərində sayğaclarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir”.O, qeyd edib ki, yanvarın 6-7-dən sonra abonentlər alacaqları qazı 1200 kubmertlik limitlə əldə edəcəklər:“Bu isə...
29 Dekabr 2025, 11:24
Qusar sakini dəm qazından boğulub
Qusar sakini dəm qazından boğularaq ölüb.CityPost.az xəbər verir ki, dekabrın 27-də 1954-cü il təvəllüdlü Aydın Yaralıyev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.Faktla bağlı araşdırma aparılır.
29 Dekabr 2025, 11:13