Şərurda yol qəzası nəticəsində qaz xətti zədələnib
Hadisə 29 Dekabr 2025, 11:08
177
Şərurda qəza nəticəsində qaz xətti yararsız hala düşüb.
Şərur rayonunda minik avtomobili paylayıcı yerli qaz kəmərinə çırpılıb, nəticədə kəmər zədələnib. Təhlükəsizliklə bağlı Alışar kəndində 322 abonentin qaz təchizatı dayandırılıb.
Həmçinin oxuyun
Məlumata görə, bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Goranboyda təcili yardım avtomobili qadını vuraraq öldürüb
Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki hərəkətdə olan Gəncə Beynəlxalq Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.Hazırda qadının kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.
29 Dekabr 2025, 10:27
İmişlidə keçmiş məhkum dəm qazından boğulub
İmişlidə 56 yaşlı keçmiş məhkum dəm qazından boğularaq ölüb.Hadisə rayonun Çahar kəndində baş verib.Kənd sakini, əvvəllər dələduzluq cinayətindən məhkum olunmuş 1969-cu il təvəllüdlü Mehman Nəsirov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.Faktla bağlı araşdırma aparılır.
27 Dekabr 2025, 21:50
DİN: Ötən gün 30 cinayətin üstü açılıb, 25 nəfər saxlanılıb
Ötən gün ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin üstü açılıb.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.Həmçinin bildirilib ki, dekabrın 26-da cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.
27 Dekabr 2025, 11:42
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər ölüb
Rusiyanın Xarkova idarə olunan aviabombalarla hücumu nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb.CityPost.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun "Telegram"dakı bəyanatına istinadən məlumat yayıb.O, bombalanan rayonda yalnız mülki yaşayış infrastrukturu və təhsil müəssisəsinin yerləşdiyini, burada heç bir hərbi obyektin olmadığını qeyd edib."Üç nəfər qəlpə yarası alıb, onların arasında 9 aylıq qız uşağı da var. Həkimlər bütün zəruri yardımı göstəriblər. Təəssüf ki, iki kişi həlak olub", - Sineqoubovun məlumatında deyilir....
26 Dekabr 2025, 21:46
Kibercinayətkarlar məsuliyyətə cəlb edildi - Üç qurum birgə məlumat yaydı
03 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı zamanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılıb və təmin edilib.CityPost.az xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumat yayıb.Bildirilib ki, mənzil seçimi prosesinə nəzarət və informasiya təhlükəsizliyi tədbirləri həyata keçirilərkən müxtəlif kiberhücum cəhdləri müşahidə edilib və operativ şəkildə aşkarlanaraq neytrallaşdırılıb:“Qeydə alınan...
26 Dekabr 2025, 18:56
Ruslan Eyyubov şikayətini geri götürdü
Siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq üzrə saxlanılan iş adamı Ruslan Eyyubov barəsində olan həbs qərarından apellyasiya şikayəti versə də, sonradan şikayətini geri götürüb.CityPost.az APA-ya istinadən xəbər verir ki, Ruslan Eyyubovun şikayətini geri götürdüyü bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub.Şikayət geri götürüldüyündən ərizəyə baxılmayıb.Qeyd edək ki, Ruslan Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq üzrə saxlanılıb. "NB Qrup” şirkətinin rəhbəri Ruslan Eyyubov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən...
26 Dekabr 2025, 17:21