Bizim dağlar kimi...
Cəmiyyət 30 Dekabr 2025, 19:23
322
Bir yəhudi atalar sözündə deyilir ki, hər saqqalı olan ravvin, yəni molla olmaz... Eyni fikir Azərbaycan atalar sözündə öz ifadəsini belə tapıb: “Hər oxuyan Molla Pənah Vaqif ola bilməz”.
Böyük Yaradana, uca Allaha eyni düşüncəylə bağlı olan xalqların həyata, ilahi dəyərlərə olan münasibətləri də eyni nöqtədə birləşir.
Bu baxımdan səmimi və xeyirxah şəxsiyyət olan Oleq Yusupov haqqında da demək olar ki, hər dünyaya gələndən Oleq Yusuppov ola bilməz. Onun bir özəlliyi də var ki, bizlərə, yəni hər bir Azərbaycan insanına, bir köynək daha yaxındı. Çünki tolerantlıq məskəni doğma Quba şəhərimizdə dünyaya göz açıb. Xalqlarımız yaxın və doğma olub. Eyni taleyi yaşamışıq. Süfrəmiz bir olub.
Qədim yəhudilərin tarixi və onların dininin təşəkkülü barədə məlumatı Bibliyadan, daha doğrusu Bibliyanın Əhdi-Ətiq hissəsindən alırıq. Bibliyaya daxil olan bütün səmavi kitablarda Allahın birliyi ideyası öndə gəlir. Nəql olunur ki, Yəhva, yəni uca Yaradan qüdrətli və hər şeyə qadirdir. O, bəndəsi Əyyubu imtahana çəkir. Hər şeyini əlindən alır. Əyyub səbr edir, dözür. İnamını və imanını itirmir. Allah onu bağışlayır. Əlindən aldığı hər şeyi artıqlamasıyla onun özünə qaytarır.
Bu sətirləri yaza-yaza düşünürəm ki, xeyirxah, qədirbilən dost-qardaş olan Oleq Yusupov da həyatın çətin sınaqlarından hədsiz dözümü, inam və imanıyla çıxıb. Hər bir çətinliyə ləyaqətlə sinə gərib. Taleyə inanıb. Səmavi kitab olan Tövratın təlqin etdiyi yaxşılıq, insanlıq yoluyla gedib. Lap erkən yaşlarından anlayıb ki, yəhidi kasıb və yaxud zəngin ola bilər, amma həmişə gülümsəməlidir. Çünki yəhudilər şüuraltı olaraq həmişə xeyirxah əhval-ruhiyyəni hiss edilir, isanla salamlaşmaq, yəni xoşniyyətli olduqlarını büruzə verirlər.
Oleq Yusupov ta gəncliyindən yəhudi ənənələrini bir dərslik kimi mənimsəyib. Yəhudi ənənəsində isə lap başdan təlqin edilir ki, “nə olursa olsun, dodaqlarınızı hər şey yaxşılıq etmək üçündür deməyə öyrədin. Sizin üçün çətin olacaq, bir gündə hər şeyi itirə bilərsiniz, ancaq hər şeyin ən yaxşısı olacağını başa düşməlisiniz...” Yəni inamlı olmalısınız. Hələ 19-cu əsrdə yaşayıb-yaratmış yəhudi ravvin Tsemax-Tsedek yazırdı ki, mənim əziz yəhudi millətim, pozitiv, yəni xoş düşünün, inanın ki, hər şey yaxşı olacaq...
Tarixi məxəzlərdə sual olunur: “Niyə yəhudilər, istənilən vəziyyətdə, hətta ən çətin, ən ümidsiz vəziyyətdə belə sağ qala bildilər?” Cavab sadədi: “Çünki onların daxili və əyilməz iradəsi, hər zaman kömək edən ən yaxşıya inamı var”.
Yəhudi insanı gözəl bilir ki, ən yaxşısına inanmasanız, addımlarımızın uğura aparacağına inamınız yoxdursa, uğur qazana bilməyəcəksiniz.
Oleq Yusupov yəhudi, qanununun bu ədəbi həqiqətini yetərincə mənimsəyib. Uğura aparacaq yolun səmtini tutub, öz işlərində halallığa, xeyirxahlığa güvənib. Biznesini bu istiqamətdə qurub. Lap gənclik illərindən ata-babalarının vaqif olduqları bilgiyə sahib çıxıb. Bilib ki, yəhidilər həmişə yaxşı pul qazana biləcəkləri biznes sahələrini tapa biliblər və həmişə bu sahədə birinci olublar...
Moşe ben Masimo “Kim varlı sayıla bilər?” sualına belə cavab verir: “o kəs varlı sayıla bilər ki, malik olduğu, əldə etdikləri ilə xoşbəxtdirlər”. Yəni artığını istəməyənlər, əldə etdiklərinə qane olan kəslər xoşbəxt insanlardır.
Oleq Yusupov xarakter etibarı ilə belə xoşbəxtlərdəndir. Onun üçün qismət, Allahın lütfü ilə əldə olunan səadət ən böyük qazancdır. Yaxşılıq duyğusu, xeyirxahlıq hissi bu qazanc üzərinə daha artığını gətirir. Oleq üçün bir qəlbi sevindirmək, bir əli tutmaq, qayğı göstərmək dünyanın ən böyük savabı, insanlığın dəyər ölçüsüdür. Oleq Yusupov öz dədə-baba adətləri üzrə ona edilən yaxşılığı heç vaxt unutmur, Xeyirxahlıq onun başlıca məziyyətidir. Doğulub boya-başa yetıdiyi Quba şəhərini heç vaxt unutmur. Böyükləri ilə dost olmuş Azərbaycan insanına xüsusi diqqəti, qayğıkeşliyi var. O, yaxşılığı minnət qoymnadan, əvəz istəmdən edən insanlardandı. Öz yaxşılığı, xeyirxahlığı və xoş niyyətilə açar üz tutduğu ünvanların qapısını. Xarakteri, təbiəti ilə bizim əziz Quba dağlarının xeyirxah, bərəkətli aləmini yaşadır özündə. Əhatəsində yaşadığı, tanıdığı və sirdaşıdı.
Bizim dağlar kimi vüraqlıdı o,
Ruhu, düşünsəci Qubadan gəlir.
Vətən torpağının bir parçasıdır,
Haqqında yazıram, ruhum dincəlir.
Oleqlə dostluğun sevinci özgə,
Varlığı bir qardaşvarlığı kimi...
Adını qəlbimin hər guşəsinə
Yazıram qardaşlıq varlığı kimi.
Həmçinin oxuyun
Anar Rüstəmov
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda yeni agentlik yaradılır - FƏRMAN
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılır.CityPost.az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanda əksini tapıb.Fərmanla "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi haqqında Əsasnamə" təsdiq edilir.Müəyyən edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və...
30 Dekabr 2025, 18:51
AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib
Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan Ədəbiyyatı komissiyasının işi ilə bağlı qərara aydınlıq gətirib.Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən CityPost.az-a verilən xəbərə görə, dekabrın 23-də AYB Katibliyi bu komissiyanın işini və AYB sədrinin müşaviri Sayman Aruzun fəaliyyətini müzakirə edib.Bildirilib ki, Sayman Aruzun da iştirak etdiyi toplantıda onun fəaliyyətində müəyyən nöqsanlar qeyd edilib: “Sayman Aruzun həm adı keçən komissiyanın sədri, həm də AYB sədrinin müşaviri kimi iki vəzifə tutduğundan Güney Azərbaycanla bağlı bütün məsələləri öz inhisarında saxlamağa çalışdığı qeyd edilib”.Məlumatda deyilir ki, Sayman Aruzu Cənubi Azərbaycan ədəbiyyatının bilicisi kimi sədrin müşaviri vəzifəsində saxlamaq qərarı verilib, eyni zamanda, komissiya sədrliyinə Xalq şairi Sabir Rüstəmxanlının...
30 Dekabr 2025, 18:39
Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurlayıb
Paytaxtın Qaradağ rayonunda oğurluq hadisələri baş verib.CityPost.az xəbər verir ki, Ələt qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin “Mitsubishi” markalı avtomobilindən 1060 manat pulu talanıb. Bu barədə zərərçəkmiş polis orqanına məlumat verib.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 24 yaşlı R.Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onun sərnişin qismində taksiyə əyləşdiyi və yolda sürücünün avtomobili saxlayıb marketə getməsindən sui-istifadə edərək saxlanc yerində olan pul kisəsindən oğurluq etdiyi məlum olub.Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Lökbatan qəsəbəsində yerləşən mağazaların birindən müxtəlif tarixlərdə oğurluq etməkdə şübhəli bilinən 24 yaşlı F.Babaxanov da müəyyən olunaraq saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır....
30 Dekabr 2025, 13:46
Prezident İlham Əliyev Ağ şəhərlə bağlı paylaşım edib
Azərbaycan respublikasının Prezidenti İlham Əliyev Ağ şəhərlə bağlı paylaşım edib.CityPost.az paylaşımı təqdim edir:
29 Dekabr 2025, 23:54
Mehdiyev yenidən dindirildi: Əli Kərimli və Abbas Abbasovla bağlı...
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə növbəti dəfə təqsirləndirilən şəxs qismində ifadə verib.CityPost.az xəbər verir ki, Gununsesi.info–nun əldə etdiyi məlumata görə, müstəntiqlər bu dəfə Ramiz Mehdiyevi yaşadığı evində dindirib.Buna səbəb isə onun səhhətindəki problemlər olub.Bildirilir ki, Ramiz Mehdiyev bu dəfə AXCP sədri Əli Kərimli və baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bağlı suallara cavab verib.Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.Onun barəsində Səbael Rayon Məhkəməsinin qərarı ilə...
29 Dekabr 2025, 23:08
Elxan İbrahimov özəl şirkətlərdən pul yığırmış? - 100-200 min manat
Ötən ay Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elxan İbrahimovun işdən çıxarılması haqda bəzi detallar məlum olub.CityPost.az “Unikal”a istinadən xəbər verir ki, E.İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib.Onun Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.Qeyd edək ki, bir neçə gün əvvəl E.İbrahimovun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da elə məhz bu məsələyə görə işdən çıxarılıb....
29 Dekabr 2025, 21:02