Ruslanı o müdafiə edəcək
Cəmiyyət 27 Dekabr 2025, 22:09
267
Xəbər verdiyimiz kimi,dekabrın 22-də 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.
R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmə qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
CityPost.az-ın əldə etdiyi məlumata görə,Ruslan Eyyubovun hüquqlarını vəkil Tural Şahbazov müdafiə edir.
O,Güvən Vəkil Bürosunda fəaliyyət göstərir. Alman, İngilis, Rus, Türk dillərini bilir.
Həmçinin oxuyun
Maraqlı məqamlardan biri də vəkilin fəaliyyət göstərdiyi mərkəz "World Business Centre"də yerləşir.
Sözügedən mərkəz Ruslan Eyyubova məxsusdur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Kanada Ukraynaya əlavə 2,5 milyard dollarlıq iqtisadi yardım göstərəcək.CityPost.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni bu ölkədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib."Bu gün biz Ukraynaya əlavə 2,5 milyard dollarlıq iqtisadi yardım ayırdığımızı elan edirik. Bu, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından maliyyələşmənin açılmasına və bərpa prosesinə başlanmasına kömək edəcək", – Karni vurğulayıb.Öz növbəsində Zelenski Karniyə göstərilən yardıma görə təşəkkür edib və Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini qeyd edib. "Bunun üçün bizə iki şey lazımdır – Rusiyaya təzyiq və Ukraynaya kifayət qədər güclü dəstək", – o əlavə edib.Zelenski...
27 Dekabr 2025, 22:14
Eyyubovlar az qala Azərbaycanın yarısını alıblar: Siyahıda daha nələr var?
Günlədir medianın gündəmini Ruslan Eyyubovun həbs olunması,onun qardaşı Həsən Eyyubovun işdən azad olunması xəbərləri zəbt edib.Qeyd olunan xəbərlərin fonunda Eyyubovların mal-mülkü,əmlakları mediada tirajlanır.Dünən media "Azpetrol"un Eyyubovlara məxsus olması barədə xəbərlər yayıldı.CityPost.az-a danışan məlumatlı mənbə bildirib ki,ölkədə bir sıra nəhəng xəstəxanalar və zavodlar da Eyyubovlar ailəsinə məxsusdur.Mənbənin saytımıza bildirdiyinə görə,"Corella - boya və boya məhsulları",zavodu,"Yeni Klinika", "5 nömrəli xəstəxana"nın inzibati binası,"Bakı Dəniz Limanı","Gəncə avtomobil zavodu","Gəncə mərmər zavodu","Baku Bus" və “World Business Center” də Ruslan Eyyubova məxsusdur.Qeyd edək ki, siqaret qaçaqmalçılığına qarşı keçirilən əməliyyat çərçivəsində Həsən Eyyubov da vəzifəsindən azad edilib, onun ölkəni tərk etməsinə qadağa qoyulub.Xatırladaq ki, dekabrın 22-də 5 milyon...
27 Dekabr 2025, 20:50
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
27 Dekabr 2025, 20:31
Biləsuvarda toy karvanında ağır qəza: İki bacı ölüb
27.12.2025-ci il tarixində saat 17:00 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.TƏBİB-dən Citypost.az-a cavab olaraq bildirilib ki, hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.Qeyd edək ki, hadisə nəticəsində 2 bacı, 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmlinin həkiməqədər ölüm faktı qeydə alınıb....
27 Dekabr 2025, 20:21
Komitə sədri quru sərhədlərin bağlı olmasından danışdı
“2020-ci ildə başlayan pandemiyadan sonra sərhədlərimizdə hərəkətin məhdudlaşdırılması qərarı məcburi olmaqla, dövlətimizin təhlükəsizlik çağırışlarına verdiyi reaksiya idi. Əlbəttə, 5 ildir davam edən belə vəziyyət regional ticarətin genişlənməsini məhdudlaşdırır, tranzit və logistika potensialının tam reallaşmasına mane olur, yüklərin daha uzun və baha marşrutlarla daşınmasına səbəb olur”.CityPost.az bildirir ki, bunu millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən plenar sessiyadakı çıxışında bildirib.O, qeyd edib ki, regional inteqrasiyanın ləngiməsi Cənubi Qafqazda vahid iqtisadi məkanın yaranmasını əngəlləyir. Belə ki, Azərbaycan–Türkiyə–Mərkəzi Asiya xəttində logistik deyil, ticari fasilə yaradır. Xüsusilə, gələcəkdə Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat xətləri kontekstində kommunikasiyaların açılması...
27 Dekabr 2025, 12:21
Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
Azərbaycanda gəmiçilik şirkəti - "Səmayə Co LTD" MMC nizamnamə kapitalını azaltdığını elan edib.CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, şirkətin 644 700 manatlıq nizamnamə kapitalı 50% azaldılaraq 322 350 manata endirilib.Qeyd edək ki, şirkət 2004-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vasif Böyükağa oğlu Zərbəliyevdir.Yeri gəlmişkən bildirək ki, " Səmayə Co LTD" MMC-nin hazırda dövlətə 124 min 952.22 manat vergi borcu da var.Şirkətin əsas fəaliyyəti gəmiçilik, yüklərin daşınması və logistika xidmətlərindən ibarətdir. Hazırda şirkətin balansında 3000, 2000 tonluq neft tankerləri, 2500 tonluq quru yük daşıyan gəmilər və digər təyinatlı gəmilər mövcuddur. Yüklərin daşınması üçün cari sifariş olmadığından gəmilər icarəyə verilir,...
27 Dekabr 2025, 12:05