Elxan İbrahimovun işdən çıxardığı müavin: “... gecə çağırıb deyir ki, ərizəni yaz çıx”
Müsahibələr 30 Dekabr 2025, 23:37
4026
Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncamla Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov vəzifəsindən azad olunub. O, bu vəzifədə cəmi 48 gün çalışıb.
İndi hamını bir sual maraqlandırır. E.İbrahimov hansı səhvə yol verib ki, belə qısa müddətdən sonra etimadı itirib, işdən çıxarılıb.
Müxtəlif versiyalar səsləndirilir: rüşvət almaq, kadr dəyişiklikləri sahəsində səhvə yol vermək və s.
E.İbrahimov Nəsimi rayonuna rəhbərlik etdiyi qısa müddətdə bir neçə kadr dəyişikliyi edib. Onlardan birı də icra başçısının müavini Ramiz Quliyevi vəzifəsindən azad etməsi idi. O, 4 il idi bu vəzifədə çalışırdı.
CityPost.az xəbər verir ki, Ramiz Quliyev “Yeni Sabah”a müsahibəsində baş verənlərlə bağlı sualları cavablandırıb.
- Ramiz müəllim, Elxan İbrahimov Sizi vəzifədən azad edəndə bunu nə ilə əsaslandırdı?
- Dedi yollarımızı ayıraq. Mən də cavab verdim ki, ayıraq da.
- “Yollarımızı ayıraq” məsələsini necə əsaslandırdı?
- Mənə əlavə heç nə demədi. Axşam idi, dedi yolumuzu ayıraq, məsləhət belədi. Mən də dedim baş üstə. Mən dava edən deyiləm ki. Amma haqq yerini tapdı. Yazırlar ki, oradan-buradan pul alıb və s. Nəsə var ki, yazırlar da. İndi çıxıb əsas gətirsin görək məni niyə işdən çıxarıb? Bəlkə nəsə iş görmüşdüm?
- İşdən çıxarılmağınızla bağlı əmr tam olaraq hansı tarixdə verilib?
- Məni ayın 9-10-u çıxarıb. Məlumat bir qədər gec yayıldı.
- İşdən çıxarılmağınıza reaksiyanız necə oldu?
- Mən Hacı adamam, Allaha tapşırdım. Sağ olsun cənab Prezident, haqq yerini tutdu. Biz hardasa 18-20 gün bir yerdə işlədik. Mən 20 il Bakı Şəhər İcra Hakimiyyətində işləmişəm. 4 ildən çoxdur ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışam. Ondan da öncə Su İdarəsində işləmişəm. Mənim 60 yaşım var. Özüm idmançı olmuşam. 2019-cu ildə Prezident tərəfindən “İdmanda fərqlənməyə görə” diplomu ilə təltif olunmuşam. Belə pis olsaydım, cənab Prezident məni təltif etməzdi. Allah bilən məsləhətdir.
- Bəs Elxan İbrahimovun 48 gündən sonra vəzifədən azad olunmasını necə qiymətləndirirsiniz?
- Vallah bu haqda bir söz deyə bilmirəm. Bəlkə başqa məsələlər var, bilmirəm. Burda yox idim. İstanbula dincəlməyə getmişdim. Dedim beynim bir az açılsın.
- Beyniniz açıldımı?
- Xeyli vaxt idi istirahət etmirdim. Beynim yaxşı açıldı.
- İstirahətə görə yoxsa sizi vəzifədən azad edən Elxan İbrahimovun işdən çıxarılması xəbərindən?
- Haqq-ədalətin öz yerini tutacağına əmin idim. Siz mənim yerimdə olsaydınız, necə edərdiniz? Durduğum yerdə gecə vaxtı çağırıb deyir ki, ərizəni yaz çıx. Belə halla üzləşən adamın bunu edənə münasibəti necə olar? Mən həyatda insanlığımla, adamlığımla yaşayıram.
- Gecə vaxtı deyəndə yəni iş bitən vaxtı deyirsiniz?
- Bəli.
Həmçinin oxuyun
- Orada bir məsələ də oldu, Elxan İbrahimov Ceyhun İsmayılovu özünə köməkçi təyin etdi, heç bir ay çəkmədi işdən çıxardı. Bu nə ilə bağlı idi?
- Mən onu görmədim, deyəsən, onu mənim yerimə hazırlayırdı, Kürdəmirdən ona görə gətirmişdi.
- Köməkçisini müavin qoymaq istəyirdi?
- Hə, ona görə gətirmişdi
- Amma sonra da işdən çıxardı...
- Yəqin günahları var idi ki, çıxardı. Amma biz bunun səbəbini bilmirik nədir, nə ediblər.
- Siz 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmisiniz?
- 2019-cu ildə iştirak etmişəm. Cənab prezident mənə fəxri fərman verib, amma bu il olmamışam. Bundan başqa “Tərəqqi” medalı ilə təltif olunmuşam. Nazirlərdən mükafat, medal almışam, idman sahəsində çox mükafatlarım var. Respublikaya medallar qazandırmışam. 10 dəfə də Həcc ziyarətində olmuşam. Özü də qrup rəhbəri olmuşam. Elə bil Allah-təala tərəfindən mənə dedilər ki, sən rəhbər olmalısan. 9 dəfə avtobusla, bir dəfə təyyarə ilə getmişəm Həccə.
- Ramiz müəllim, yenidən Nəsimi Rayon İcra Hakimiyyətindəki vəzifənizə qayıtmaq istəyərdiniz?
- Mən kiməm ki?! Qismət Allahındır.
- Mən bildiyimə görə, 2024-cü ilin sentyabrın 23-dən 2025-ci ilin noyabrın 12-dək Nəsimi rayonunda icra başçısı olmadığı müddətdə onun səlahiyyətlərini Zahid Xəlilov icra etsə də, işi aparan əsas şəxslərdən biri siz olmusunuz...
- Bəli, işləməsəydim elə o vaxt məni çıxarardılar. O boyda rayonu idarə etmək zarafat deyildi. Bu boyda ölkədə Səbaildən sonra ikinci rayon olduq.
- Hansı sahədə?
- Təmizlik, qanunsuz tikintilərin olmamasına, ərizə və şikayətlərə baxılmasına, şəhid ailələrinə münasibətə görə. Bizə Prezident Adminstrasityasında dedilər ki, ikici yeri tutdunuz. Biz də sevindik ki, başçı olmasa da, biz elədik.
- İşdən çıxandan sonra sizə zənglər oldumu? Dedilərmi ki, bizim üçün gözlənilməz oldu?
- Bakı şəhərinin 80 faizi məni tanıyır. Nə deyə bilərəm? Üzdə olan adam olmuşam. İdman sahəsində işləməyim, Hacı olmağım, işləməyim...hamı tanıyır məni. Zəng vuranların hamısı heyfslənir ki, niyə sən?
- Doğurdan da niyə siz?
- Adamə yandıran da budur. Biri var mən başçının tapşırıqlarını yerinə yetirməyim - bu zaman günah özümündür. Biri də var sən 10-15 gündür gəlmisən, deyirsən, dur get burdan. Özü də kişik vəzifə deyil. Camaatla işləyən mən olmuşam, bütün qəbulları mən aparmışam, şəhid ailələrinə kömək eləmişəm. Qazilər gəluib-gedib, yola vermişəm. Bu, haqsızlıqdır, axı.
- Sizə icra başçısının hər hansı tapşırığı olmuşdu?
- Yox, verməmişdi. Demək istədfiyim budur ki, əgər o mənə tapşırıq versəydi, mən yerinə yetirə bilməsəydim, o zaman deyəydim ki, səhvim var. Amma mənə heç nə deməyib axı.
Nə tapşırıq vermişdisə, bir saatın içində icra eləmişdim. Məsələn, deyirdi ki, səki sökülüb. Bir-iki saatın içində Mənzil Kommunal -Təsərrüfatın əməkdaşlarına düzəltdirib, şəklini atıb deyirdim ki, həll elədik. Harda su axıntısı, kanalizasiya axınbtısı olurdusa, hamısını şak-şak hell edib, şeklini özünə atırdım. Özünün də xoşuna gəlirdi. Nə oldu, başa düşmədik nə oldu. Həyatdı da...
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
Azərbaycanın bölgələrində milli estrada musiqisinin formalaşmasına töhfə verən musiqi kollektivlərdən biri də İmişlidə fəaliyyət göstərən “Şəms” ansamblı olub. 1980-ci illərdən etibarən dinləyicilərin rəğbətini qazanan ansambl təkcə ifaları ilə deyil, həm də milli ruhu müasir estrada üslubu ilə birləşdirən yaradıcılığı ilə seçilib. Kollektivin bədii rəhbəri, bəstəkar-müğənni Şakir Quliyev uzun illər ərzində çoxsaylı mahnıların müəllifi olub, bəstələri tanınmış ifaçılar tərəfindən səsləndirilib, mahnılarından biri isə Rusiyanın "Mosfilm" kinostudiyasının istehsalı olan "Trio" filmində istifadə olunub. İstedadlı bəstəkar Şakir Quliyevlə söhbətimizdə "Şəms" ansamblının yaranma tarixindən, yaradıcılıq yolundan, uğurlarından və bu günə qədər davam edən sənət fəaliyyətindən danışdıq. Həmin müsahibəni oxuculara təqdim edirik. - Şakir müəllim, istərdik...
14 İyul 2026, 20:47
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana...
08 İyul 2026, 13:02
Dələduzluq edən altı nəfər saxlanıldı
Azərbaycanda dələduzluq edən altı nəfər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Məlumata görə, polis əməkdaşlarının iyulun 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
08 İyul 2026, 09:05
İlham Qəhrəman AYB-ni rüsvay etdi
İlham Qəhrəman: "Məhkəmə AYB-nin iddiasını haqlı saymadı, nə üzr istədim, nə də təzminat ödədim" - Müsahibə Kulis.az Ülvi Bahadırın şair İlham Qəhrəmanla müsahibəsini təqdim edir.– İlham bəy, Laçın azad olunandan sonra ora getmisiniz?– Laçın azad olunandan təxminən iki il sonra – 2022-ci ilin aprelində getdim. O vaxt getmək çox çətin idi. Qubadlı tərəfdən gedəndə Laçının ilk kəndi Güləbirddi. Sarı Aşığın qəbri də həmin kənddədir. Orada “Laçın” sözü yazılmış banner vardı. Maşından düşüb bannerə sarıldım, kövrəldim, özümü saxlaya bilmədim. Vaxtilə yazdığım “Laçın” şeirinin ilk bəndini xatırladım:"Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş"Avatar"ın yaradıcısı oğurluqda ittiham olunur"Bəlkə, əynindəki mundirinə görə onunla xoş danışdılar?" -...
26 May 2026, 10:51
Qaya uçqunu İsmayıllı–Lahıc yolunda hərəkəti dayandırıb
İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır....
16 May 2026, 09:04
Qalib İbrahimoğlu: “MEDİA mətbuatın inkişafında mühüm rol oynayır”
Müasir informasiya cəmiyyətində media artıq yalnız xəbərin çatdırılması funksiyası ilə məhdudlaşmır, o həm də ictimai şüurun formalaşmasında, dövlətlə vətəndaş arasında etibarlı informasiya mübadiləsinin təmin olunmasında mühüm strateji institut kimi çıxış edir. Qlobal rəqəmsallaşma proseslərinin sürətləndiyi bir dövrdə medianın rolu daha da genişlənir, onun operativliyi, peşəkarlığı və texnoloji imkanlara uyğunlaşması əsas prioritetlərdən birinə çevrilir.Bu baxımdan Azərbaycanda medianın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti xüsusi əhəmiyyət daşıyır. Medianın İnkişafı Agentliyi tərəfindən icra olunan dəstək mexanizmləri media subyektlərinin institusional güclənməsinə, onların maddi-texniki bazasının təkmilləşdirilməsinə və peşəkar jurnalistika standartlarının yüksəldilməsinə xidmət edir. Bu yanaşma xüsusilə onlayn medianın inkişafında yeni mərhələnin formalaşmasına şərait yaradır.Agentlik tərəfindən...
12 May 2026, 15:51