Bizə yazın

Baku

-°C

USD

-

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək 

Cəmiyyət 05 Yanvar 2026, 10:09

420

5-9 yanvar tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə  CityPost.az-a  Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı” 

“Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı”.CityPost.az   xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.Bu qərarın Azərbaycana çoxlu gəlir gətirdiyini vurğulayan dövlət başçısı qeyd edib:“Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83...

05 Yanvar 2026, 22:16

Prezident yerli televiziya kanallarına müsahibə verdi - Canlı 

Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə verib.CityPost.az   xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

05 Yanvar 2026, 21:09

Nazir işdən çıxartdı, Qoşqar Təhməzli vəzifə verdi 

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev vəzifəsindən azad olunub. CityPost.az  İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. İnstitutun İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Hikmət Nəsibova tapşırılıb. E.Allahverdiyev isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) işə başlayıb. Belə ki, o, agentlik sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Şöbəyə müvəqqəti rəhbərlik edən Cavidan Quliyev isə fəaliyyətini müdir müavini vəzifəsində davam etdirir. Qeyd edək ki, E.Allahverdiyev 2011-2012-ci illərdə İnstitutun emal, saxlama və keyfiyyət laboratoriyasında böyük...

05 Yanvar 2026, 19:46

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq 

Sabahdan Bakının Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq.Bu barədə CityPost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.Məlumata görə, Xətai rayonunda görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar yanvarın 6-da saat 10:00-dan etibarən M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

05 Yanvar 2026, 19:24

Salyanda qəzada ata və oğul, daha bir nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO

Salyanda yol qəzasında ölənlərin sayı üçə çatıb.APA-nın yerli bürosunun xəbərinə görə, qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilən 2011-ci il təvəllüdlü Tərlan İmanov orada ölüb.Onun atası Vüqar İmanovun da qəzada hadisə yerində öldüyü bildirilir.

05 Yanvar 2026, 18:13

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.

05 Yanvar 2026, 16:58