Bizə yazın

Baku

-°C

USD

-

Nəsimidə icra başçısı vəzifəsi niyə birinci müavinə tapşırılmadı? 

Cəmiyyət 05 Yanvar 2026, 16:10

529

Gülarə Verdiyeva 2017-ci ildən birinci müavin postunda işləyir, amma icra başçısı postunu YAP-ın təşkilat sədri icra edir; “işdən çıxarılan icra başçısı dindirilib” iddiası

Prezident İlham Əliyevin ötən ilin sonunda - dekabrın 29-da işdən çıxardığı Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan İbrahimovun yerinə hələ yeni təyinat olmayıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, İH-də hazırda iki müavin var.

Gülarə Verdiyeva və Zahid Xəlilov. Başçısının bir müavini-Ramiz Quliyev bir müddət əvvəl işdən çıxarıldığı üçün onun yerinə də hələ təyinat yoxdur. O cümlədən, İH baş mühasibi və köməkçisi vəzifələri də boşdur.

Gülarə Verdiyeva Zərdabi adına Pedaqoji İnstitutunu, sonra Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetməsi” fakültəsini bitirib. İbtidai sinif müəllimi, direktor müavini və direktor vəzifəsində çalışıb. 2013-cü ildən Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin vəzifəsində, 2017-ci ilin fevral ayından Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində işləyir.

Zahid Xəlilov Azərbaycan Dövlət Pedaqoji İnstitutun bitirib. 1992-1996-cı illərdə Nəsimi Rayon İcra Hakimiyyətində, daha sonra Dövlət Əmlak Komitəsinin Nəsimi rayon şöbəsinin rəisi vəzifələrində çalışıb. 1999-2013-cü illərdə Nəsimi Rayon İcra Hakimiyyəti başçının müavini, 2013-2015-ci illərdə Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2015-ci ildən 2020-ci ilin dekabr ayınadək Nəsimi rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyib. 2020-ci ilin dekabr ayından Nəsiminin icra başçısının müavini vəzifəsində çalışır. YAP-ın ərazi partiya təşkilatının sədridir. Bildirilir ki, Z.Xəlilovun təcrübəsi nəzərə alınaraq, icra başçısının vəzifəsinin icrası ona tapşırılıb.

Yeri gəlmişkən, sabiq icra başçısı işləmiş E.İbrahimovla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar başladığı haqda iddialar var. Mənbə Musavat.com-a deyib ki, bu araşdırmalar bundan əvvəl Kürdəmirdə icra başçısı işlədiyi dövrü də əhatə edə bilər. “Hələ ki araşdırmaların konkret istintaqa çevrilmədiyi deyilir, amma Elxan İbrahimovun iki dəfə ifadəsi alınıb” deyə, mənbə iddia edib.

Başqa bir iddiaya görə, sabiq icra başçısından təkcə rayon ərazisində fəaliyyət göstərən iş adamları şikayətçi olmayıb. Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətində vəzifə tutan əksər əməkdaşlardan ərizə yazıb könüllü şəkildə işdən getməyi tələb edib.(media.az). Onun işdən çıxmasını istədiyi şəxslərin siyahısında icra başçısının müavinlərinin, şöbə müdirlərinin, sektor müdirlərinin adları olub. Keçmiş başçı təyinatın ertəsi günü həmin şəxsləri ərizə yazmağa məcbur edib. Əməkdaşlar bu tələbə boyun əymədiyi üçün tərəflər arasındakı narazılıq qarşıdurma həddinə çatıb.

Hüquqşünaslar deyiblıər ki, Elxan İbrahimov barədə yayılan iddialar (100-200 min manat civarında qeyri-qanuni haqq tələbetmə) təsdiqini taparsa, bu, Cinayət Məcəlləsinin 311-ci maddəsi - rüşvət alma ilə cinayət tərkibi yaradır. Bu halda Elxan İbrahimova 12 ilədək azadlıqdan mərhumetmə cəzası verilə bilər.

E.İbrahimovla əlaqə saxlamaq cəhdlərimiz alınmayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xristian icmasının Milad bayramı ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.CityPost.az  xəbər verir ki, paylaşımda deyilir:"Milad bayramı günündə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Uca Tanrıdan hər kəsə cansağlığı, dünyamıza əmin-amanlıq diləyirəm!" View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) ...

06 Yanvar 2026, 23:09

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib 

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.CityPost.az  xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.Qurumun əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.Eyni zamanda bütün tablolarda “dumanlı hava” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

06 Yanvar 2026, 22:35

Aygün Əliyevaya yeni vəzifə verildi 

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.CityPost.az xəbər verir ki, iclas zamanı artıq Agentliyin İcraçı direktoru vəzifəsinin ləğv edildiyi, əvəzində 3 üzvdən - sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradıldığı açıqlanıb.Daha sonra Şura Agentliyin İdarə Heyətini formalaşdırıb. Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.Qeyd edək ki, Aygün Əliyeva 2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru seçilmişdi....

06 Yanvar 2026, 18:50

Elmar Allahverdiyev respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib 

Elmar Allahverdiyev Azərbaycan Qida Təhülkəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri - respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib.CityPost.az  xəbər verir ki, bununla bağlı AQTA-nın sədri Qoşqar Təhməzli müvafiq əmr imzalayılb.Qeyd edək ki, E.Allahverdiyev aqrar elmlər üzrə fəlsəfə doktorudur. O, əmək fəaliyyətinə 2011-ci ildə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda mexanik, böyük laborant, təsərrüfat işləri üzrə qrup rəhbəri, təsərrüfat işləri və istehsalat üzrə direktor müavini vəzifələrində çalışıb. E.Allahverdiyev 2018-ci ildən İnstitutun İdarə heyətinin sədri vəzifəsində çalışıb....

06 Yanvar 2026, 17:06

Hesablama Palatası: Naxçıvanın 2026-cı il büdcəsi ilə bağlı izahatda analitik boşluqlar var 

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinə dair təqdim edilmiş izahat sənədində bir sıra analitik boşluqlar aşkar edib.CityPost.az bu barədə Palataya istinadən xəbər verir.Auditor hesabatında qeyd olunub ki, izahatda büdcə siyasətinin əsas istiqamətləri, gəlir və xərclərin formalaşdırılmasının iqtisadi əsasları kifayət qədər ətraflı açıqlanmayıb. Sənəddə növbəti il üzrə makroiqtisadi göstəricilər, büdcə gəlirlərinin mənbələri və onların dinamikası, eləcə də sosial yönümlü xərclərin payı və prioritet istiqamətlər üzrə dəyişikliklər konkret iqtisadi və analitik əsaslandırma ilə təqdim edilməyib.Hesablama Palatası hesab edir ki, izahatda büdcə siyasətinin iqtisadi və sosial təsirlərinə dair analitik təhlilin və izahlı müqayisələrin verilməsi zəruridir. Bu cür yanaşma büdcə...

06 Yanvar 2026, 16:54

Maaş artımı olacaq 

"Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son yeddi il ərzində 5 sosial islahat paketin icra edildiyini və bu islahatların 4 milyon vətəndaşımızı əhatə etdiyini bildirib. Yalnız ötən il reallaşan 5-ci sosial pakket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib".CityPost.az   xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, 2024-cü ildə respublika üzrə orta aylıq əmək...

06 Yanvar 2026, 16:05