Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Hadisə 05 Yanvar 2026, 16:15
570
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
CityPost.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.
Həmçinin oxuyun
Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir.
Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılmışdır. Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər.
Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gündə bir daha hamınıza bayram təbriklərimi çatdırıram, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!"
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ağsuda minik avtomobili idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var
Ağsuda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.Hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun rayonun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Qəza nəticəsində avtomobildə olan Balakən rayon sakini, 24 yaşlı Kəmalə Orucova hadisə yerində ölüb.Xəsarət alan sürücü, 32 yaşlı Faiq Şükür oğlu Orucov və digər şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.(report)
06 Yanvar 2026, 23:12
Polkovnik-leytenant saxlanıldı - 4 ay əvvəl təqaüdə çıxmışdı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Z. Gülməmmədova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.Polkovnik-leytenant 4 ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur.
06 Yanvar 2026, 17:00
Xırdalanda 33 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
Abşeronda 33 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.Hadisə ötən gün rayonun Xırdalan şəhərində baş verib.Məlumata görə, şəhər sakini 1993-cü il təvəllüdlü Turan Xəlilli yaşadığı evdə dəm qazından ölüb.Faktla bağlı araşdırma aparılır.
06 Yanvar 2026, 15:38
Bakıda Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapılıb
Bakıda Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapılıb.Hadisə paytaxtın Səbail rayonunda baş verib.Məlumata görə, 1968-ci il təvəllüdlü Ruslan Nadirov 2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində ölüb. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.Faktla bağlı araşdırma aparılır.
06 Yanvar 2026, 15:23
Masallıda evdən 33 min manatlıq qızıl, 2 min dollar, 10 min manat oğurlanıb
Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, naməlum şəxs rayon ərazisində mənzillərdən birinə daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib. O, bu yolla evdən 33 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir....
05 Yanvar 2026, 12:09
Baş Prokurorluq və DİN Xaçmazda itkin düşən şəxsin qətlə yetirilməsi barədə birgə məlumat yayıb
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 2 il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsinin müəyyən olunması barədə birgə məlumat yayıb.Baş Prokurorluqdan CityPost.az-a verilən xəbərə görə, birgə məlumatda deyilir ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.Həyata keçirilən tədbirlərin davamı olaraq, Xaçmaz rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2023-cü ilin yanvar ayında itkin düşmüş Xaçmaz rayonu sakini, 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovun qəsdən öldürülməsi müəyyən edilib.İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü Surəddin Həsənalıyevin...
05 Yanvar 2026, 10:43