Bizə yazın

Baku

-°C

USD

-

ABŞ Karakasa zərbə endirib? - Video 

Dünya 03 Yanvar 2026, 12:00

432

Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib.

 “Reuters” Karakasda 7 partlayışın qeydə alındığını yazıb.

Bununla yanaşı, xarici mediada ABŞ-nin Karakasda hərbi obyektlərə zərbə endirdiyi barədə iddia yayılıb.

Sosial şəbəkələrdə isə Venesuela paytaxtında baş verən partlayışın, eləcə də şəhərin səmasında ABŞ-yə məxsus “Chinook” helikopterlərinin uçduğunun görüntüləri yayılıb.

Məlumat hələ rəsmi təsdiq olunmayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Maduro aylarla izlənilib - Saxlanılmasının bütün təfərrüatı 

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması ilə nəticələnən əməliyyatın aylarla davam edən dəqiq və koordinasiyalı planlaşdırmanın nəticəsi olduğunu bildirib.“Qafqazinfo” xəbər verir ki, Florida ştatında, Mar-a-Laqo iqamətgahında keçirilən mətbuat konfransında çıxış edən general Keyn qeyd edib ki, əməliyyat bütün hərbi bölmələr və kəşfiyyat qurumları arasında uzunmüddətli birgə əməkdaşlıq əsasında həyata keçirilib.Generalın sözlərinə görə, hazırlıq mərhələsində Maduronun gündəlik hərəkətləri, həyat tərzi, səyahət marşrutları və hətta geyim vərdişlərinə qədər bütün detallar diqqətlə izlənilib.Bildirilib ki, ötən yay Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Venesuelaya yerləşdirilən kiçik qrup Maduronun fəaliyyətini real vaxt rejimində nəzarətdə saxlayıb.Cümə gecəsi başlayan əməliyyat...

03 Yanvar 2026, 22:11

“Maduronun başına gələnlər onların da başına gələ bilər” 

“İllərdir, günahsız amerikalılar onun ucbatından həyatlarını itiriblər. Onlar insanları qaçırıblar, vəhşicəsinə qətlə yetiriblər”.Bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.“Maduro rejimi həbsxanaları boşaldıb, cinayətkarları azad edib. Narkotik qaçaqmalçılarını azad ediblər, amma artıq heç kim bu sərhədi keçməyəcək.ABŞ milyardlarla dollar itirib. Dünən gecə bizə qarşı silah istifadə ediblər. Biz nəhəng ABŞ neft şirkətlərini gətirəcəyik.200 ildir baş verən qanun pozuntularının heç biri bir daha təkrarlanmayacaq. Biz kartelləri məhv edəcəyik”, - o qeyd edib.ABŞ lideri əlavə edib ki, keçmiş prezidentlər bu cəsarəti göstərə bilməzdilər:“Biz buna imkan verməyəcəyik. Qoy bu ABŞ suverenliyini təhdid edənlərə dərs olsun. Venesueladakı bütün siyasi aktorlar bilməlidirlər ki,...

03 Yanvar 2026, 22:03

İranda etirazlar və iğtişaşçıların həbsləri davam edir 

İranda etirazlar və iğtişaşçıların həbsləri davam edir.İlam, Qum və Huzistan əyalətlərində naməlum şəxslər küçələrə odlu və soyuq silahlarla çıxıblar."Mehr" agentliyinin yayımladığı görüntülərdə maskalı şəxslərin əllərində silah tutduqları görünür. Qumda iğtişaşçılar mülki avtomobili yandırıblar."Fars" agentliyinin məlumatına görə, yanvar 2-də axşam Tehran və onun bəzi ətraf ərazilərinin ayrı-ayrı qruplar hökumət əleyhinə şüarlar səsləndirərək, yoldan keçənləri təhrik etməyə çalışıblar. Silahlı iğtişaşçılar bir neçə əyalətdə hökumət binalarına hücumları davam etdirirlər.Huzistan əyalətinin Şuştar şəhərində polis bir qrup etirazçını saxlayıb və bir ədəd "Colt" tapançası, 12 bıçaq və bir daraq müsadirə edib. Əyalətin polis rəisi Fərşad Kazemi hüquq-mühafizə orqanları əməkdaşlarının çevik hərəkətlərinin bir neçə iğtişaşçını müəyyənləşdirməyə...

03 Yanvar 2026, 10:23

Türkiyədə İŞİD terror təşkilatının təbliğatını aparan 28 nəfər saxlanılıb 

Türkiyənin İstanbul şəhərində İŞİD terror qruplaşmasına qarşı növbəti əməliyyat keçirilib.CityPost.az   xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.Bildirilib ki, əməliyyat nəticəsində sosial mediada terror təşkilatının təbliğatını apardığı müəyyən edilən 28 nəfər, eləcə də təşkilat daxilində fəaliyyət göstərməsi ilə bağlı əsaslı şübhələr çəkən bir nəfər saxlanılıb.

31 Dekabr 2025, 10:05

Ötən gecə Rusiya səmasında 89 PUA zərərsizləşdirilib 

Ötən gecə ərzində Rusiya regionları və Azov dənizi üzərində Ukraynaya məxsus 89 pilotsuz uçuş aparatı (PUA) HHM qüvvələri tərəfindən aşkar edilərək zərərsizləşdirilib.CitryPost.az   xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.Qeyd edilib ki, Bryansk vilayəti üzərində 49, Novqorod vilayəti üzərində 18, Adıgeya Respublikası üzərində 11, Krasnodar diyarı üzərində 7 pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib və məhv edilib.Bundan əlavə, Azov dənizi akvatoriyası, eləcə də Oryol, Rostov və Smolensk vilayətləri üzərində hər birində 1 PUA zərərsizləşdirilib....

29 Dekabr 2025, 10:21

"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat edib 

Rusiya Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.Bu barədə TASS-a onun uzun illər çalışdığı A.S.Puşkin adına Moskva Dram Teatrından bildirilib.Aktrisanın ölüm səbəbi bildirilməyib.Qeyd edək ki, Vera Alentova 1942-ci ildə Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub.

25 Dekabr 2025, 16:19