ADY-də yanacaq mənimsənilməsi faktı üzrə iki vəzifəli şəxs həbs edilib
Hadisə 03 Yanvar 2026, 16:03
437
"Azərbaycan Dəmir Yolları" QSC-nin iki il əvvəl həyata keçirdiyi daxili nəzarət tədbirləri nəticəsində yanacaq və yağın mənimsənilməsi ilə bağlı müəssisəyə külli miqdarda ziyan vurulması faktı üzrə iki vəzifəli şəxs həbs edilib.
CityPost.az bu brədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, 2 il öncə ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib.
ADY bununla bağlı Baş Prokurorluğa müraciət edib və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
İstintaq zamanı müəyyən edilib ki, E.Sadıqov və F.Soltanov 15 yanvar 2022-ci il – 6 iyun 2023-cü il tarixləri arasında marşrut vərəqələrinə faktiki olaraq həyata keçirilməmiş reysləri daxil edərək təminat məntəqəsindən yanacaq və yağ götürməklə onları mənimsəyiblər. Nəticədə ADY-yə külli miqdarda maddi ziyan dəyib.
Həmçinin oxuyun
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə hallarına yol verilməməsi, bu cür halların aşkar edilməsi və qarşısının alınması məqsədilə son illərdə ADY tərəfindən nəzarət tədbirləri gücləndirilib.
"Eyni zamanda görülən mühafizə tədbirləri nəticəsində kənar şəxslər tərəfindən ADY-yə məxsus ərazilərdə oğurluq və oğurluğa cəhd halları 3 dəfə azalıb. Belə ki, 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ci ildə isə 40 belə hadisə qeydə alınıb, bu hadisələrin 2023-cü il və 2025-ci il üzrə ümumilikdə 50 %-inin, 2024-cü ildə isə 70 %-inin qarşısı vaxtında alınıb.
ADY qanunsuz hallarla mübarizə və əmlakın qorunması istiqamətində nəzarət tədbirlərini gücləndirməyə davam edəcək", - məlumatda deyilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tramp: Maduro və həyat yoldaşı ələ keçirilərək Venesueladan çıxarılıb
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilərək ölkədən çıxarıldığını bəyan edib.Citypost.az xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb."ABŞ Venesuelaya uğurla irimiqyaslı zərbə endirib, onun lideri, Prezident Nikolas Maduro həyat yoldaşı tutularaq ölkədən çıxarılıb. Bu əməliyyat ABŞ-nin güc strukturları ilə birgə həyata keçirilib", - o yazıb.Tramp həmçinin bildirib ki, bu gün Floridada yerləşən Mar-a-Laqo iqamətgahında mətbuat konfransı keçirəcək və əməliyyatın digər təfərrüatlarını açıqlayacaq."Bu gün səhər saat 11-də mətbuat konfransı keçiriləcək. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirik!", - o qeyd edib....
03 Yanvar 2026, 13:46
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb
Azərbaycanda yanvarın 2-də cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, həmçinin ötən gün ölkə ərazisində qeydə alınan 21, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 2, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib....
03 Yanvar 2026, 10:51
Azərbaycan Dəmir Yollarında korrupsiya: RƏİS HƏBS EDİLDİ
Azərbaycan Dəmir Yolları QSC-də Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və ADY-nin İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti Famil Soltanov həbs edilib.CityPost.az xəbər verir ki, onlar lokomotivlərin hərəkəti üçün ayrılmış tonlarla dizel yanacağı və yağı mənimsəyib satmaqda təqsirli biliniblər.Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, rəsmi sənədlərə lokomotivlərin faktiki hərəkət etməməsinə və kifayət qədər yanacaq olmasına baxmayaraq, guya əlavə marşrutlar yerinə yetirilmiş kimi yalan məlumatlar daxil edilib. Həmin saxta sənədlər əsasında böyük həcmdə dizel yanacağı və yağ götürülərək...
02 Yanvar 2026, 23:03
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb
Azərbaycanda yanvarın 1-də cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, həmçinin ötən gün narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
02 Yanvar 2026, 17:24
Biri azyaşlı olmaqla 2 nəfər ölüb, 2 nəfər yaralanıb
Ötən gün Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i kişi, 2-si qadın olmaqla xəsarət alan 3 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasının bildirilib.Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub."Xəsarət alan şəxslərdən 2 qadına zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50 radələrində 2009-cu il təvəllüdlü azyaşlının ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb....
02 Yanvar 2026, 12:38
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Bu barədə CityPost.az-a Ədliyyə Nazirliyindən bildirilib.Qeytd edilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş “AKS-74” tipli "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb....
02 Yanvar 2026, 12:33