Nazir işdən çıxartdı, Qoşqar Təhməzli vəzifə verdi
Cəmiyyət 05 Yanvar 2026, 19:46
538
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev vəzifəsindən azad olunub.
CityPost.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
İnstitutun İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Hikmət Nəsibova tapşırılıb.
Həmçinin oxuyun
E.Allahverdiyev isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) işə başlayıb. Belə ki, o, agentlik sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Şöbəyə müvəqqəti rəhbərlik edən Cavidan Quliyev isə fəaliyyətini müdir müavini vəzifəsində davam etdirir.
Qeyd edək ki, E.Allahverdiyev 2011-2012-ci illərdə İnstitutun emal, saxlama və keyfiyyət laboratoriyasında böyük laborant, 2012-2013-cü illərdə təsərrüfat işləri üzrə qrup rəhbəri vəzifəsində işləyib. 2013-2016-cı illərdə institutda direktor müavini vəzifəsində çalışıb. 2018-ci ildən isə İnstituta rəhbərlik edirdi.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
MOSSAD İlham Əliyevin bəyanatını yaydı – FOTO
İsrailin MOSSAD milli kəşfiyyat xidməti Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı səsləndirdiyi bəyanatını yayıb.CityPost.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə bəyanat MOSSAD-ın rəsmi X səhifəsində yayılıb.Bəyanatda vurğulanıb ki, Azərbaycan Qəzza da daxil olmaqla, silahlı qüvvələrini ölkə xaricinə göndərmək niyyətində deyil və heç bir beynəlxalq sülhməramlı qüvvələrdə iştirak etməyi planlaşdırmır.“Bakı Tramp administrasiyası ilə danışıqları təsdiqlədi, lakin aydın şəkildə bildirdi:“Sülhməramlı qüvvələrdə iştirak nəzərdə tutulmur”....
07 Yanvar 2026, 11:45
FHN dumanlı havaya görə kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.CityPost.az xəbər verir ki, müraciətdə təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğu vurğulanıb.Xatırladaq ki, Azərbaycan ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır.
07 Yanvar 2026, 11:26
Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər?
2010-cu ildə Sankt-Peterburqdakı “Usadba” restoranının parkinqində Rusiya vətəndaşı olan bir nəfər azərbaycanlı digər 3 nəfər tərəfindən beysbol dəyənəkləri ilə vəhşicəsinə döyülür. Təsadüf nəticəsində orada olan milis əməkdaşları onu ölümdən xilas edir. Həmin şəxs deputat Razi Nurullayevin qardaşı, bu günlərdə Dubayda oğluna dəbdəbəli toy edən Hasil Nurullayev idi.Axar.az xəbər verir ki, bu barədə məlumatı Cavanşir Həsənli bölüşüb.“İstintaqın versiyasına görə, Hasil Nurullayevin onun qətlini sifariş edən İlham Oruc oğlu Əliyevə böyük məbləğdə borcu olub.Hadisə ilə bağlı “Qrup halında əvvəlcədən əlbir olaraq qətlə cəhd” maddəsi ilə cinayət işi qaldırılır. Hadisədən sonra Hasil Nurullayev xaricə qaçır. Dövlət orqanlarına məktublar yazaraq, “İlham Oruc oğlundan qorunmasını”...
07 Yanvar 2026, 10:42
FHN dumanlı hava ilə əlaqədar gəmi istifadəçilərinə müraciət edib
Fövqəladə Hallar Nazirliyi dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.CityPost.az xəbər verir ki, müraciətdə deyilir:"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!"FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib....
07 Yanvar 2026, 10:31
Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xristian icmasının Milad bayramı ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.CityPost.az xəbər verir ki, paylaşımda deyilir:"Milad bayramı günündə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Uca Tanrıdan hər kəsə cansağlığı, dünyamıza əmin-amanlıq diləyirəm!" View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) ...
06 Yanvar 2026, 23:09
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.CityPost.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.Qurumun əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.Eyni zamanda bütün tablolarda “dumanlı hava” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
06 Yanvar 2026, 22:35