Bizə yazın

Baku

-°C

USD

-

İranda etirazlar zamanı 3 yeniyetmə öldürülüb, həbs edilənlərin sayı 1000-ə çatıb 

Cəmiyyət 05 Yanvar 2026, 16:29

476

İranda etirazlar zamanı 3 yeniyetmə öldürülüb, 40-dan çox yeniyetmə isə həbs edilib.

CityPost.az  xəbər verir ki, bu barədə “The Guardian“ “Human Rights Activists in Iran”a istinadən məlumat yayıb.

Bildirilib ki, etirazlar 78 şəhərə yayılıb və indiyə qədər 990 nəfər həbs edilib.

Ölənlərin sayı isə 20 nəfərdir.

“HRAI” direktorunun müavini Skaylar Tompson yeniyetmələrin öldürülməsinin sənədləşdirildiyini bildirib.

“Bu rəqəmlər davam edən etirazlar boyunca gənclərin iştirak etdiyinə dair açıq-aydın dəlillər təqdim edir. Mülki əhalinin hədəfə alınması, xüsusən də uşaqların iştirak etdiyini aydın şəkildə göstərməklə beynəlxalq hüququn pozulması kimi geniş şəkildə pislənilməlidir”, - Tompson bildirib.

Qeyd edək ki, dekabrın 28-dən bəri iqtisadi vəziyyətin ağırlaşması səbəbindən Tehranda sahibkarlar tərəfindən keçirilən etirazlar digər şəhərlərə də yayılıb. Etirazlar İranda 2022-ci ildən bəri ən geniş aksiyalar hesab olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xristian icmasının Milad bayramı ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.CityPost.az  xəbər verir ki, paylaşımda deyilir:"Milad bayramı günündə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Uca Tanrıdan hər kəsə cansağlığı, dünyamıza əmin-amanlıq diləyirəm!" View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) ...

06 Yanvar 2026, 23:09

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib 

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.CityPost.az  xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.Qurumun əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.Eyni zamanda bütün tablolarda “dumanlı hava” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

06 Yanvar 2026, 22:35

Aygün Əliyevaya yeni vəzifə verildi 

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.CityPost.az xəbər verir ki, iclas zamanı artıq Agentliyin İcraçı direktoru vəzifəsinin ləğv edildiyi, əvəzində 3 üzvdən - sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradıldığı açıqlanıb.Daha sonra Şura Agentliyin İdarə Heyətini formalaşdırıb. Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.Qeyd edək ki, Aygün Əliyeva 2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru seçilmişdi....

06 Yanvar 2026, 18:50

Elmar Allahverdiyev respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib 

Elmar Allahverdiyev Azərbaycan Qida Təhülkəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri - respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib.CityPost.az  xəbər verir ki, bununla bağlı AQTA-nın sədri Qoşqar Təhməzli müvafiq əmr imzalayılb.Qeyd edək ki, E.Allahverdiyev aqrar elmlər üzrə fəlsəfə doktorudur. O, əmək fəaliyyətinə 2011-ci ildə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda mexanik, böyük laborant, təsərrüfat işləri üzrə qrup rəhbəri, təsərrüfat işləri və istehsalat üzrə direktor müavini vəzifələrində çalışıb. E.Allahverdiyev 2018-ci ildən İnstitutun İdarə heyətinin sədri vəzifəsində çalışıb....

06 Yanvar 2026, 17:06

Hesablama Palatası: Naxçıvanın 2026-cı il büdcəsi ilə bağlı izahatda analitik boşluqlar var 

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinə dair təqdim edilmiş izahat sənədində bir sıra analitik boşluqlar aşkar edib.CityPost.az bu barədə Palataya istinadən xəbər verir.Auditor hesabatında qeyd olunub ki, izahatda büdcə siyasətinin əsas istiqamətləri, gəlir və xərclərin formalaşdırılmasının iqtisadi əsasları kifayət qədər ətraflı açıqlanmayıb. Sənəddə növbəti il üzrə makroiqtisadi göstəricilər, büdcə gəlirlərinin mənbələri və onların dinamikası, eləcə də sosial yönümlü xərclərin payı və prioritet istiqamətlər üzrə dəyişikliklər konkret iqtisadi və analitik əsaslandırma ilə təqdim edilməyib.Hesablama Palatası hesab edir ki, izahatda büdcə siyasətinin iqtisadi və sosial təsirlərinə dair analitik təhlilin və izahlı müqayisələrin verilməsi zəruridir. Bu cür yanaşma büdcə...

06 Yanvar 2026, 16:54

Maaş artımı olacaq 

"Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son yeddi il ərzində 5 sosial islahat paketin icra edildiyini və bu islahatların 4 milyon vətəndaşımızı əhatə etdiyini bildirib. Yalnız ötən il reallaşan 5-ci sosial pakket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib".CityPost.az   xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, 2024-cü ildə respublika üzrə orta aylıq əmək...

06 Yanvar 2026, 16:05