Bizə yazın

Baku

-°C

USD

-

Yüksək vəzifə verilən Anar Qocayev məşhur polkovnikin qardaşı oğludur - FOTO 

Cəmiyyət 06 Yanvar 2026, 11:22

446

Ədliyyə naziri Fərid Əhmədovun əmri ilə Cəzaların icrasına nəzarət Baş idarəsinin rəisi vəzifəsinə təyin olunan Anar Qocayev Azərbaycanın məşhur polkovnikinin qardaşı oğludur.

Manset.az-ın əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyində idarə rəisi təyin edilən Anar Qocayev keçmiş polis rəisi, həmçinin Ədliyyə Nazirliyinin regional icra xidmətinin rəisi olmuş polkovnik Nizami Qocayevin qardaşı oğludur.

Belə ki, Anar Qocayev Nizami Qocayevin qardaşı, keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində vəzifə tutmuş Eldar Qocayevin oğludur

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı metrosunda bədbəxt hadisə: Ölən var 

Bu gün saat 20:00 radələrində metronun “Nərimanov” stansiyasında sərnişin qatar relsinə düşüb.CityPost.az  xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin Mətbuat xdməti məlumat yayıb.Bildirilib ki, ilkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilsə də, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb....

07 Yanvar 2026, 21:43

Biləcəridə iki küçənin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub 

Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilib.Bu barədə CityPost.az-a  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub. Artıq sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanır. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə etməklə paytaxt istiqamətində hərəkət edə bilirlər.Layihəyə uyğun olaraq, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılıb, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunub. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin...

07 Yanvar 2026, 18:23

Bir qrup şəxs Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilib 

Bir qrup şəxs Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" iləNovruzov Cahangir Mütəllib oğlu"Şöhrət" ordeni iləAşina Məsud Rüstəm oğlu"Dostluq" ordeni iləAcar Ziya Zakir Musa oğlu"Tərəqqi" medalı iləAlaferdov Akif Qədir oğluKələntər Xəlil Əliməmməd oğluKərimova Sevinc Kərim qızıPənahova Fəridə Fərhad qızıSiracov Bəxtiyar Tahir oğluZeynalova Xədicə Əbdülrəhim qızı....

07 Yanvar 2026, 17:48

Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM 

Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı göstərilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla dini qurumlara maliyyə yardımı göstərmək üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Sefarad yəhudilərinin Bakı dini icmasına, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının hər birinə 400 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində...

07 Yanvar 2026, 17:48

Həmin qəzet ləğv edildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" MMC ləğv olunduğunu elan edib.CityPost.az   bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini ƏMDX-nın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139 ünvanına bildirə bilərlər."Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 300 manatdır....

07 Yanvar 2026, 14:43

Qazaxda yanacaq daşıyan avtomobildə yanğın olub 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.CityPost.az  FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir....

07 Yanvar 2026, 13:52