Prezident anons etdi: İH-lər ləğv ediləcək
Cəmiyyət 06 Yanvar 2026, 13:53
564
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Cənab Prezident əlavə edib ki, bu operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.
CityPost.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib.
“Prezidentin bu açıqlaması yerli idarəetmə strukturunun təkmilləşdirilməsinin davam etdiriləcəyi baxımdan vacib bəyanatdır. Paytaxt ilə regionlar arasında iqtisadi fərqin minimumlaşdırılması üçün yerli idartəetmə sistemində islahatların davam etdirilməsi aktual məsələlərdəndir. Regionlarda formalaşdırılan infrastrukturun daha çox dəyərə çevrilməsi üçün struktur islahatların rolu heç də az deyil” , - o qeyd edib.
Millət vəkili vurğulayıb ki, yeni dövrün yeni tələbləri var:
Həmçinin oxuyun
“Bu tələblər isə struktur islahatları nəticəsində bögələrimizə daha çox sərmayənin cəlb edilməsini aktuallaşdırıb. Hazırda Azərbaycan 14 iqtisadi rayon var. Bununla belə, Bakı şəhərindəki, Naxçıvan MR-dəki rayonlar daxil olmaq respublikada 76 rayon mövcuddur (12-si Bakıda, 7-si Naxçıvan MR-də, 57-si respublika tabeli rayon). Göründüyü kimi, rayonların sayı iqtisadi rayonların sayından 5.4 dəfə çoxdur.
Prezidentin rəhbərliyi ilə struktur və institutsional islahatlar davam edəcək. Bu isə Azərbaycan üçün yeni dövrün yeni hədəflərinə uyğun olaraq yeni idarəetmə modeli deməkdir”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakı metrosunda bədbəxt hadisə: Ölən var
Bu gün saat 20:00 radələrində metronun “Nərimanov” stansiyasında sərnişin qatar relsinə düşüb.CityPost.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin Mətbuat xdməti məlumat yayıb.Bildirilib ki, ilkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilsə də, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb....
07 Yanvar 2026, 21:43
Biləcəridə iki küçənin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub
Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilib.Bu barədə CityPost.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub. Artıq sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanır. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə etməklə paytaxt istiqamətində hərəkət edə bilirlər.Layihəyə uyğun olaraq, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılıb, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunub. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin...
07 Yanvar 2026, 18:23
Bir qrup şəxs Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilib
Bir qrup şəxs Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" iləNovruzov Cahangir Mütəllib oğlu"Şöhrət" ordeni iləAşina Məsud Rüstəm oğlu"Dostluq" ordeni iləAcar Ziya Zakir Musa oğlu"Tərəqqi" medalı iləAlaferdov Akif Qədir oğluKələntər Xəlil Əliməmməd oğluKərimova Sevinc Kərim qızıPənahova Fəridə Fərhad qızıSiracov Bəxtiyar Tahir oğluZeynalova Xədicə Əbdülrəhim qızı....
07 Yanvar 2026, 17:48
Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM
Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı göstərilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla dini qurumlara maliyyə yardımı göstərmək üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Sefarad yəhudilərinin Bakı dini icmasına, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının hər birinə 400 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində...
07 Yanvar 2026, 17:48
Əmlak Məsələləri Dövlət Xidmətinin şirkəti ləğv olunur
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" MMC ləğv olunduğunu elan edib.CityPost.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini ƏMDX-nın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139 ünvanına bildirə bilərlər."Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 300 manatdır....
07 Yanvar 2026, 14:43
Qazaxda yanacaq daşıyan avtomobildə yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.CityPost.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir....
07 Yanvar 2026, 13:52