Bəzi kəndlərdə işıq OLMAYACAQ
Cəmiyyət 16 Yanvar 2026, 10:16
139
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.
Citypost.az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 35 kV-luq Şahbuz hava elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq.
Aparılacaq işlərlə əlaqədar olaraq Şahbuz şəhəri, Nursu, Mahmudoba, Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Ağbulaq, Gömür, Ayrınc, Qızıl Qışlaq, Güney Qışlaq və Kükü kəndlərində saat 13:00-dan 14:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Həmçinin oxuyun
Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan Nəşriyyatı bu TARİXDƏN istismarını DAYANDIRIR
"Azərbaycan Nəşriyyatı" MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.Citypost.az-a MMC-dən bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil. Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:"Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib".Qeyd edək ki, artıq binada...
16 Yanvar 2026, 11:25
Repressiya aparatını “əridən” sevgi
La Fayedən Murğuzallıyadək uzanan yol, yaxud tarixə bələdçilik etmiş qadın...4 iyul 1928-ci ildə Monakonun "Prince Albert" xəstəxanasında İvon Botto adlı, cinsi qadın olan bir uşaq doğulur. Atası italiyan, anası fransız idi. Həmin vaxt bottolar ailəsi Fransanın Annesi şəhərində yaşayırdılar, üç il sonra Passi şəhəri yaxınlığındakı La Faye kəndinə köçürlər. Tale elə gətirir ki, bu qız 1947-ci ildə İmişlinin Murğuzallı kəndinə gəlib çıxır. Bu başıbəlalı qadının həyat hekayəsi maraqlı olmaqla yanaşı, son bir əsrdə dünyanın böyük bir parçasında baş verən mühüm ictimai-siyasi hadisələrə işıq salır.Fransanın azadlığı üçün vuruşmuş azərbaycanlıİkinci Dünya Müharibəsində Fransa eyni vaxtda həm Almaniyanın, həm də İtalyanın hərbi müdaxiləsinə...
16 Yanvar 2026, 10:57
Milli Qəhrəmanın cənazəsi Təzəpir məscidinə GƏTİRİLİB
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi Təzəpir məscidinə gətirilib.Citypost.az xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün Hərbi Memorial Məzarlığa aparılacaq.Milli Qəhrəmanla vida mərasimi də Hərbi Memorial Məzarlıqda keçiriləcək.Qeyd edək ki, Şahin Tağıyev İsveçin Malmö şəhərində vəfat edib. Onun cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ötən gün vətənə gətirilib.Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.(Mənbə oxu.az)...
16 Yanvar 2026, 10:32
Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirərək, Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələyə başlayıb. Belə ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı digər ölkələrlə yanaşı, Avstriya və Almaniyadan olan alıcılara təchiz edilir.SOCAR-dan Citypost.az-a bildirilib ki, İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir. Beləliklə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.SOCAR Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış qaz strategiyasına uyğun olaraq, Avropa və Yaxın Şərq regionlarında qaz marketinqi fəaliyyətini davamlı şəkildə genişləndirir, müxtəlif...
16 Yanvar 2026, 10:30
Ramin Məmmədov Misirdə beynəlxalq konfransda iştirak edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qahirə şəhərində "İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi" mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edəcək.Bu barədə Citypost-a qurumdan məlumat verilib.Bildirilib ki, Misir İslam Məsələləri üzrə Ali Şurasının təşkilatçılığı ilə yanvarın 19-20-də keçiriləcək konfrans çərçivəsində süni intellektin peşə fəaliyyətinə və etik dəyərlərə təsiri, eləcə də bu sahədə mövcud çağırışlar və perspektivlər müzakirə olunacaq.Dövlət Komitəsi sədrinin tədbirdə çıxışı, həmçinin, Misirə səfəri çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədilə görüşləri nəzərdə tutulur....
16 Yanvar 2026, 10:14
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.CityPost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hazırda:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;3. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;4. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;11. Rəşid Behbudov küçəsi, Mərkəzi...
16 Yanvar 2026, 09:35