Bizə yazın

Baku

-°C

USD

-

Yəməndə hökumət istefa verib


Dünya 16 Yanvar 2026, 10:00

156

Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi xarici işlər naziri Şaya Möhsün əl-Zindanini yeni baş nazir təyin edib.

CityPost.az  xəbər verir ki, bu barədə 16 yanvar gecəsi Yəmənin SABA xəbər agentliyi məlumat yayıb.

"Doktor Şaya Möhsün əl-Zindani Nazirlər Şurasının sədri təyin edilsin və ona hökumət qurmaq tapşırılsın", - fərmanda bildirilir.

Sənədə əsasən, mövcud kabinet yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

KİV: İlk Tramp sinifli döyüş gəmisi ABŞ-a 22 milyard dollara başa gələ bilər  

İlk Tramp sinifli döyüş gəmisinin tikintisi ABŞ-a 22 milyard dollara başa gələ bilər.Citypost.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Konqresin Büdcə İdarəsinin ilkin hesablamalarına istinadla məlumat yayıb.Məlumata görə, Prezident Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələri üçün iki yeni döyüş gəmisinin inşası planını təsdiqləyib. Son xərclər gəminin ölçüləri, heyət üzvlərinin sayı və silah sistemləri ilə bağlı qəbul ediləcək bir sıra qərarlardan asılı olacaq. İlkin hesablamalara görə, minimum xərc 15,1 milyard dollar təşkil etsə də, ümumi məbləğin 22 milyard dollara çatması mümkündür.Agentliyin məlumatına görə, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin ən bahalı gəmisi “Gerald R. Ford” təyyarədaşıyan gəmisidir. 2017-ci ildə istismara verilən...

16 Yanvar 2026, 10:28

HƏMAS idarəetməni təhvil verməyə HAZIRDIR

HƏMAS hərəkatı Qəzza zolağında idarəetməni yeni yaradılmış texnokratik administrasiyaya təhvil verməyə razılaşıb.Citypost.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı Fələstin Milli Muxtariyyəti (FMM) rəhbərinin müşaviri Mahmud əl-Habaşa istinadla məlumat yayıb. Onun sözlərinə görə, 15 üzvdən ibarət administrasiya Qəzzanın idarə olunmasını üzərinə götürəcək və ABŞ Prezidenti Donald Trampın ötən il razılaşdırdığı plan çərçivəsində fəaliyyət göstərəcək. Administrasiya Fələstin Milli Hakimiyyəti ilə əlaqəli işləyəcək, lakin qərarlarında müstəqil olacaq. Bildirilib ki, administrasiyanın əsas vəzifəsi humanitar məsələlərin həlli, əhaliyə zəruri xidmətlərin göstərilməsi və Fələstin əhalisinin köçürülməsinin qarşısının alınmasıdır. Siyasi məsələlər administrasiyanın səlahiyyətlərinə daxil olmayacaq....

16 Yanvar 2026, 10:07

Maduronun mühafizəçilərinin tabutları niyə kiçikdir? - Şok iddia 

ABŞ-ın Venesuelaya məlum hücumu nəticəsində həlak olan 32 kubalı əsgərin cəsədi vətənlərinə çatdırılıb.CityPost.az   Savaşmedia.az-a istinadən xəbər verir ki, cəsədlərin qarşılanma mərasimi paytaxt Havananın Xose Marti hava limanının uçuş-enmə zolağında baş tutub.Mərasimdə Kuba prezidenti Migel Diaz-Kanel, keçmiş prezident Raul Kastro və daxili işlər naziri Lazaro Alberto Alvares iştirak ediblər.Dünya mediasının mərasimdə diqqətini çəkən maraqlı məqam isə təyyarədən endirilərək üç motosikiletçinin müşaiyyəti ilə küçələrdə gəzdirilən tabutların kiçik olmasıdır.Tabutların niyə bu qədər kiçik olmasına rəsmi izah verilməsə də, tabutda cəsədlərin deyil, qurbanların qalıqlarının olduğu ehtimal edilir.Xatırladaq ki, 32 kubalı əsgərin öldürüldüyü həmin əməliyyat zamanı ABŞ qüvvələri Venesuela prezidenti Nikolas Maduronu qaçırıb.Venesuela Daxili İşlər...

16 Yanvar 2026, 09:25

İranda 6 gündür internet yoxdur - Hesabat 

İranda yanvarın 8-dən tətbiq edilən ümummilli internet blokadası artıq 144 saatı (6 günü) ötüb və ölkə tarixinin ən uzunmüddətli rəqəmsal qaranlıqlarından birinə çevrilib.CityPost.az xəbər verir ki, qlobal internet monitorinq təşkilatı “NetBlocks” ölkədəki qoşulma səviyyəsinin normal həddin cəmi 1%-nə düşdüyünü təsdiqləyib.Hesabatda bildirilir ki, həm mobil, həm də stasionar internet xidmətlərinin kəsilməsi təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq üçün tətbiq etdiyi sərt metodların dünya ictimaiyyətindən gizlədilməsinə xidmət edir.Xatırladaq ki, dekabrın 28-də iqtisadi çətinliklər səbəbindən başlayan etirazlar hazırda 180-dən çox şəhəri əhatə edib....

16 Yanvar 2026, 09:15

İranda 800 nəfərin edam qərarı dayandırılıb 

“Trampın xəbərdarlıqlarından sonra İran 800 nəfərin edam qərarını dayandırıb”.CİtyPost.az  xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib."Prezident və onun komandası İran rejiminə qətllərin davam edəcəyi təqdirdə ağır nəticələrə səbəb olacağını bildirib. Dünən planlaşdırılan və baş tutması nəzərdə tutulan 800 edam dayandırılıb, Prezident və onun komandası bu vəziyyəti yaxından izləyir və bütün variantlar hələ də masada qalır", - Livitt deyib....

15 Yanvar 2026, 23:32

HƏMAS Qəzza zolağında hakimiyyəti yeni administrasiyaya verməyə razılaşıb 

HƏMAS hərəkatı Qəzza zolağı üzərindəki nəzarəti yeni formalaşdırılmış texnokratik komitəyə təhvil verməyə razılaşıb.CityPost.az  xəbər verir ki, bu barədə "Al Arabiya" Fələstin Milli Administrasiyasının rəhbərinin müşaviri Mahmud Əl-Habaşa istinadən məlumat yayıb."HƏMAS Qəzzada bütün işləri keçən il ABŞ Prezidenti Donald Trampın razılaşdırdığı plana uyğun olaraq ərazini idarə edəcək komitəyə verəcəyini elan edib", - bəyanatda deyilir.Bundan əlavə o qeyd edib ki, 15 nəfərdən ibarət yeni komitə Fələstin Milli Administrasiyası ilə koordinasiya şəklində işləyəcək, lakin eyni zamanda öz qərarlarında müstəqil olacaq.Əl-Habaşın sözlərinə görə, komitənin əsas prioriteti anklavın fələstinli əhalisinin köçürülməsinin qarşısını almaqdır. O vurğulayıb ki, komitə siyasi işlərə qarışmayacaq, onun rolu icraedici və texniki...

15 Yanvar 2026, 22:36