Bizə yazın

Baku

-°C

USD

-

Milli Qəhrəmanın cənazəsi Təzəpir məscidinə GƏTİRİLİB

Cəmiyyət 16 Yanvar 2026, 10:32

147

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi Təzəpir məscidinə gətirilib.

Citypost.az xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün Hərbi Memorial Məzarlığa aparılacaq.

Milli Qəhrəmanla vida mərasimi də Hərbi Memorial Məzarlıqda keçiriləcək.

Qeyd edək ki, Şahin Tağıyev İsveçin Malmö şəhərində vəfat edib. Onun cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ötən gün vətənə gətirilib.

Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.(Mənbə oxu.az)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda orta aylıq əməkhaqqı 9%-dən çox artıb 

2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib.Bu barədə CityPost.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.Məlumata görə, 2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1797,4 min nəfər olub, onlardan 869,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2...

16 Yanvar 2026, 12:15

Milli Qəhrəman Şahin Tağıyev DƏFN edildi

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib.Citypost.az “APA”a istinadən xəbər verir ki, mərasimdə Ş.Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.Vida mərasimindən sonra onun cənazəsi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.Xatırladaq ki, o, dekabrın 29-da İsveçin Malmö şəhərində uzunsürən xəstəlikdən sonra vəfat edib.

16 Yanvar 2026, 11:48

Azərbaycan Nəşriyyatı bu TARİXDƏN istismarını DAYANDIRIR

"Azərbaycan Nəşriyyatı" MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.Citypost.az-a MMC-dən bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil. Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:"Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib".Qeyd edək ki, artıq binada...

16 Yanvar 2026, 11:25

Repressiya aparatını “əridən” sevgi 

La Fayedən Murğuzallıyadək uzanan yol, yaxud tarixə bələdçilik etmiş qadın...4 iyul 1928-ci ildə Monakonun "Prince Albert" xəstəxanasında İvon Botto adlı, cinsi qadın olan bir uşaq doğulur. Atası italiyan, anası fransız idi. Həmin vaxt bottolar ailəsi Fransanın Annesi şəhərində yaşayırdılar, üç il sonra Passi şəhəri yaxınlığındakı La Faye kəndinə köçürlər. Tale elə gətirir ki, bu qız 1947-ci ildə İmişlinin Murğuzallı kəndinə gəlib çıxır. Bu başıbəlalı qadının həyat hekayəsi maraqlı olmaqla yanaşı, son bir əsrdə dünyanın böyük bir parçasında baş verən mühüm ictimai-siyasi hadisələrə işıq salır.Fransanın azadlığı üçün vuruşmuş azərbaycanlıİkinci Dünya Müharibəsində Fransa eyni vaxtda həm Almaniyanın, həm də İtalyanın hərbi müdaxiləsinə...

16 Yanvar 2026, 10:57

Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb

SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirərək, Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələyə başlayıb. Belə ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı digər ölkələrlə yanaşı, Avstriya və Almaniyadan olan alıcılara təchiz edilir.SOCAR-dan Citypost.az-a bildirilib ki, İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir. Beləliklə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.SOCAR Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış qaz strategiyasına uyğun olaraq, Avropa və Yaxın Şərq regionlarında qaz marketinqi fəaliyyətini davamlı şəkildə genişləndirir, müxtəlif...

16 Yanvar 2026, 10:30

Bəzi kəndlərdə işıq OLMAYACAQ

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.Citypost.az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 35 kV-luq Şahbuz hava elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq.Aparılacaq işlərlə əlaqədar olaraq Şahbuz şəhəri, Nursu, Mahmudoba, Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Ağbulaq, Gömür, Ayrınc, Qızıl Qışlaq, Güney Qışlaq və Kükü kəndlərində saat 13:00-dan 14:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli...

16 Yanvar 2026, 10:16