Bizə yazın

Baku

-°C

USD

-

"Qarabağ" dünya reytinqində bir pillə geriləyib 

İdman 16 Yanvar 2026, 10:12

181

"Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib.

Citypost.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

182,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 69-cu sıraya düşüb. "Sabah" (93,5 xal) 252-ci mövqedən 224-ə qalxıb. "Zirə" (66,75) 360-cı sıradan 389-a enib. "Araz-Naxçıvan" (60,25) 486-cı pillədən 456-ya, "Neftçi" (51,25) 563-dən 553-dək irəliləyib. "Turan Tovuz" (45) da geriləyən klublar sırasındadır. Tovuz komandası 608-ci pillədən 627-yə düşüb.

Qeyd edək ki, 704 klubun yer aldığı cədvəldə Fransa təmsilçisi PSJ (613) liderdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yurqen Klopp Alonsonun “Real”dan qovulmasına münasibət bildirib  

“Maynts”, Dortmund “Borussiya”sı və “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Xabi Alonsonun Madrid “Real”ındakı vəzifəsindən uzaqlaşdırılmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, Kloppun sözlərinə görə, Alonsonun qısa müddətdə klubdan göndərilməsi “Real”da ciddi problemlərin olduğuna işarədir: “Əgər Xabi Alonso iki ildən artıq Leverkuzendə özünün yüksək səviyyəli məşqçilik bacarığını nümayiş etdiribsə, lakin cəmi 6 ay sonra ‘Real’dan ayrılmaq məcburiyyətində qalıbsa, bu, klubda hər şeyin qaydasında olmadığını göstərir”, – deyə Kloppun fikirlərini sitat gətirib.Qeyd edək ki, Xabi Alonso ötən ilin yayında Almaniyanın “Bayer” klubundan Madrid “Real”ına keçmişdi.Əli...

14 Yanvar 2026, 12:21

Keçmiş Formula 1 pilotu HƏBS edilib 

Formula 1 üzrə keçmiş pilot Antonio Pitssonia ABŞ-ın Texas ştatında saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə “Formula Passion” portalı məlumat yayıb. Bildirilib ki, braziliyalı pilot bir nəfərə xəsarət yetirməkdə ittiham olunur. Hadisə Pitssonianın oğlunun iştirak etdiyi kartinq yarışı zamanı baş verib. İddialara görə, o, yarışdan sonra digər iştirakçının atası ilə mübahisə edib və bu, fiziki qarşıdurmaya çevrilib.45 yaşlı Pitssonia saxlanıldıqdan sonra girov müqabilində azadlığa buraxılıb.Qeyd edək ki, Antonio Pitssonia 2003–2005-ci illərdə Formula 1 yarışlarında “Uilliams” və “Yaquar” komandalarının heyətində çıxış edib....

13 Yanvar 2026, 15:24

Tahir Gözəl "Qarabağ"ın üzvləri ilə görüşüb 

"Qarabağ"ın prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüşüb.CİTYpOST.AZ  xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.O, Misli Premyer Liqasının XV turunun "Azərsun Arena"da keçirilən "Qarabağ" – "Araz-Naxçıvan" oyunundan öncə baş məşqçi Qurban Qurbanovla və komanda üzvləri ilə görüşüb.Klub rəhbəri komandaya dəstəyini ifadə edib və qarşılaşmada uğurlar arzulayıb.

15 Dekabr 2025, 09:55

"Qarabağ" Çempionlar Liqasında cari mövsüm 60 milyon manata yaxın gəlir əldə edib 

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra əldə etdiyi gəlir müəyyənləşib.CityPost.az  xəbər verir ki, Ağdam təmsilçisinin indiyədək əldə etdiyi gəlir 30 milyon avroya (təxminən 59 milyon manat) bərabərdir.Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində büdcəsini yaxşılaşdıran komandalar sırasında 33-cü pillədə qərarlaşıb.Bu mənada, "köhlən atlar" "Union" (Belçika), "Pafos" (Kipr) və "Kayrat" (Qazaxıstan) kollektivlərini üstələyib.Sıralamanın lideri isə 73,2 milyon avro ilə Fransanın PSJ klubudur....

29 Noyabr 2025, 14:50

Boksçularımız İslamiadanı 6 medalla başa vurdular 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.CityPost.az  xəbər verir ki, komandamızın heyətində Səidcəmşid Cəfərov (80 kq) çempion tituluna yiyələnib.O, bu gün keçirilən finalda Sultan Osmanlı (Türkiyə) ilə üz-üzə gəlib və rəqibini 4:1 (28:29, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edərək, Ər-Riyadda Azərbaycan Himnini səsləndirib.Nərgiz Zeynalova (54 kq) və Aynur Mikayılova (57 kq) İslamiadada ikinci yeri tutublar. Məhəmmədəli Qasımzadə (60 kq) finalda Madiyar Daniyarovla (Özbəkistan) döyüşməli olsa da, zədə səbəbindən rinqə çıxmayıb və gümüş medala yiyələnib.Boksçularımız VI İslam Həmrəyliyi Oyunlarını 6 medalla...

11 Noyabr 2025, 10:17

Çempionlar Liqası: "Qarabağ" "Çelsi" ilə oyunda növbəti xalını qazanıb

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə qarşılaşıb.CityPost.az-ın  məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib. İkinci hissədə isə "zadəganlar" məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıblar.Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də...

05 Noyabr 2025, 23:48