DYP həftəsonu yollarda vəziyyətlə bağlı müraciət edib
Cəmiyyət 31 Yanvar 2026, 11:09
195
"Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur".
Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində qeyd olunub.
Məlumata görə, BDYPİ tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır.
Həmçinin oxuyun
"Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqətinə çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur. Xüsusilə uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir", məlumatda deyilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən azad edilməsinin səbəb və təfərrüatları məlum olub.“Yeni Sabah”ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə, onun işdən çıxarılması son zamanlar ard-arda yol verdiyi çoxsaylı səhvlə bağlıdır.Bunlardan ən ciddisi rayonda rüşvətxorluq və korrupsiya hallarının geniş yayılmasıdır. S.Mikayılovun fəaliyyətində aşkarlanan nöqsanlar sonda dövlət qurumlarının ciddi addımlar atmasına səbəb olub.Ötən il noyabr ayının 1-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Rəsmi məlumata görə, rayon ərazisində rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.Baş Prokurorluğun yaydığı məlumata görə, S.Mikayoluvun ən yaxın adamları sayılan icra başçısının...
31 Yanvar 2026, 12:23
Azərbaycan Yazıçılar Birliyinin sədri Anara açıq MƏKTUB
Hörmətli Anar müəllim, sizin mətbuata verdiyiniz son müsahibələriniz AYB sədri kimi illəri adlayan fiaskonuzun NÖVBƏTİ ən qabarıq etirafı, nümayişkaranə “fotosudur”...40 ilə yaxın sədrlik dönəminizdə demokratik fikir, gənc kadr, düzgün idarəçilik prinsipi, islahat... anlayışlarını tanımadınız, tanımaq istəmədiniz. Siz olan yerdə qanun da özünüz oldunuz, şah da! Neçə gənc nəsillə üz – üzə gəldiniz. Kimlər GƏNCLİYindən, GƏLƏCƏYindən keçmədi ki?! Xarakteri sizin “dəyirmanınızda” üyüdülənlər də az olmadı, taleyindən küsüb gedənlər də…Siz Azərbaycan Yazıçılar Birliyinin həyatındakı 40 illik “əsarətnamə”nin müəllifisiniz...Mənsub olduğunuz qurumu diktator prinsiplərinizlə necə istədinizsə eləcə də idarə etdiniz. Necə deyərlər, gəmiyə də sahib oldunuz, dənizə də!..BU QƏDƏR illər bəs etmədimi?Vəzifə hərisliyi, kürsü...
31 Yanvar 2026, 11:35
Gənclərə veriləcək Prezident Mükafatının MƏBLƏĞİ
Prezident İlham Əliyev dünın 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. CityPost.az bildirir ki, Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib. Bəs gənclərə verilən Prezident Mükafatı nə vaxt təsis olunub və nədən ibarətdir? Modern.az-ın məlumatına görə, Gənclər üçün Prezident Mükafatı 2013-cü il iyulun 2-də təsis olunub. Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclər üçün ildə bir dəfə verilən Prezident Mükafatının sayı...
31 Yanvar 2026, 11:11
Polkovnik Telman Orucov vəfat edib
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müəllimi polkovnik Telman Orucov vəfat edib.APA-nın məlumatına görə, Birinci Qarabağ müharibəsi iştirakçısı, Hərbi Akademiyanın müəllimi polkovnik Telman İzzət oğlu Orucov uzun sürən xəstəlikdən 64 yaşında vəfat edib.Qeyd edək ki, Telman Orucov generallar Elbrus Orucov və Elman Orucovun qardaşıdır.Telman Orucov 1962-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub.
31 Yanvar 2026, 10:11
Bu rayonun icra başçısı işdən çıxarıldı
Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.Qeyd edək ki, S.Mikayılov həmin vəzifəyə 2010-cu il martın 4-də təyin olunmuşdu.
30 Yanvar 2026, 20:16
Hacıqabulda palçıq vulkanı püskürüb
Hacıqabul rayonunda yanvarın 30-da yerli vaxtla saat 16:53-də palçıq vulkanının püskürməsi qeydə alınıb.CityPost.az xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi (RSMX) məlumat yayıb.Bildirilib ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb. RSXM-nin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub.Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji "3.38×10^6 coul" olub....
30 Yanvar 2026, 19:40