Bizə yazın

Baku

-°C

USD

-

İnsanlığın vicdanı Qəzzada donur  

Dünya 30 Yanvar 2026, 16:26

217

Atəşkəs razılaşmasına əsasən, HƏMAS bütün girovları və girovların cəsədlərini İsrailə təhvil verib. Lakin İsrail tərəfi atəşkəsin ikinci mərhələsinə keçidi ləngidir və Qəzzada dağıntılar davam edir.

Citypost.az SABAH qəzetinə istinadən xəbər verir ki, Qəzzadakı rəsmi qurumlarla fasiləsiz əlaqələri bölgədə yaşanan dərin humanitar faciəni üzə çıxarır.

Qəzza İnformasiya İdarəsinin direktoru Dr. İsmail İbrahim Althawabta bildirib ki, soyuq hava şəraiti səbəbindən 27 nəfər həyatını itirib, onlardan 24-ü körpədir. Onun sözlərinə görə, “soyuqdan ölən təkcə körpələr deyil, insanlığın vicdanıdır”.

Althawabta vurğulayıb ki, İsrailin infrastrukturu məqsədli şəkildə hədəfə alması, sığınacaq və isinmə vasitələrinin bölgəyə girişini əngəlləməsi beynəlxalq humanitar hüquqa zidd, ölümcül yaşayış şəraiti yaradıb. O, beynəlxalq hüququ və beynəlxalq ictimaiyyəti Qəzzanın səsi olmağa çağırıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rəqəmsal platformalarda casusluq böhranı  

Dünyada milyardlarla istifadəçisi olan sosial media və texnologiya nəhənglərinin məlumat sızıntıları, casusluq və məxfiliklə bağlı iddiaları getdikcə artır. Son dövrlərdə bu mübahisələrin mərkəzində əsasən Google və Meta dayanır.Citypost.az xarici mediaya istinadən xəbər verir ki, rəqəmsal texnologiyaların qlobal miqyasda yayılması ilə, xüsusilə ABŞ və Çin mərkəzli texnologiya şirkətləri dünyanın ən dəyərli brendləri sırasına yüksəlib. İstifadəçi sayının artması ilə yanaşı toplanan məlumat həcminin böyüməsi isə məxfiliklə bağlı narahatlıqları daha da gücləndirir.Bu kontekstdə Google-un səsli köməkçisinin istifadəçiləri məlumatları olmadan dinlədiyi və toplanan səsləri reklam məqsədləri üçün istifadə etdiyi iddia olunur. Reuters-in məlumatına görə, Google uzunmüddətli məhkəmə prosesindən yayınmaq üçün 68 milyon dollar məbləğində...

30 Yanvar 2026, 16:29

Monteneqroda “seks videosu” qalmaqalı: Gizli görüntülərdən sonra istefalar  

Monteneqroda yüksək vəzifəli dövlət məmuru ilə prezidentin evli müşaviri arasında olduğu iddia edilən intim məzmunlu görüntülərin sosial şəbəkələrə sızması ölkədə ciddi siyasi qalmaqala səbəb olub. Qarşılıqlı şantaj və hədələmə iddiaları fonunda hər iki şəxs vəzifəsindən istefa verib, hadisə isə məhkəmə müstəvisinə daşınıb.Qalmaqal İnsan Hüquqlarının Təşviqi və Qorunmasına cavabdeh Baş Direktor Mirjana Paykoviç və keçmiş Milli Təhlükəsizlik Agentliyinin direktoru, eyni zamanda prezidentin müşaviri Dejan Vukşiç ilə bağlıdır. İddialara görə, sızdırılan görüntülərdə evli olan Vukşiçlə Paykoviç arasında intim münasibət əks olunub.Paykoviç yerli mətbuata açıqlamasında görüntülərdən xəbərsiz olduğunu bildirib və Vukşiçi bu materiallarla ona şantaj etməkdə ittiham edib. O, yüksək vəzifəli təhlükəsizlik rəsmisi...

30 Yanvar 2026, 16:20

Türkiyədə təqaüdçülərdən sərt bəyanat: “Susmayacağıq, diz çökməyəcəyik”  

Türkiyədə Bütün Təqaüdçülərin Həmkarlar İttifaqı (Tüm Emeklilerin Sendikası) rəhbərliyi adından yayılan bəyanatda təqaüdçülərin səbrinin tükəndiyi bildirilib. Açıqlamada bütün təqaüdçülərə dərhal 20 min lirə məbləğində sabit artım (seyyanen zam) edilməsinin zəruri olduğu bir daha vurğulanıb.Citypost.az cumhuriyet.com.tr-ə istinadən xəbər verir ki, bəyanatda qeyd olunub ki, təqaüdlərin aclıq həddindən aşağı saxlanılması qəbuledilməzdir və “uyğun vaxt yoxdur” kimi vədlərlə təqaüdçüləri aldatmaq mümkün deyil. Həmçinin təqaüdçülərin həmkarlar ittifaqında birləşmək hüququnun tanınması, ittifaqın bağlanması ilə bağlı təhdidlərin, hüquqi və inzibati təzyiqlərin dərhal dayandırılması tələb olunub.Açıqlamada vurğulanıb ki, təqaüdçülər insana layiqli həyat və ləyaqətli gələcək uğrunda mübarizəni davam etdirəcəklər. İttifaq rəhbərliyi eyni zamanda bildirib ki, 31 mart...

29 Yanvar 2026, 16:49

Fransız senator Azərbaycan və Türkiyəni HƏDƏFƏ aldı  

Fransa Senatının üzvü Valeri Boye Ermənistanın paytaxtı İrəvanda yerləşən Yerablur Hərbi Panteonunda olub. O, bu barədə çərşənbə günü “Facebook” hesabında paylaşım edərək, döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin anıldığını bildirib.Citypost.az Fransa mətbuatına istinadən xəbər verir ki, Valeri Boye həddini aşaraq, həmin hərbçilər Azərbaycanın Türkiyənin dəstəyi ilə həyata keçirdiyi hücumlar zamanı həyatlarını itiriblər. Senator beynəlxalq ictimaiyyətin bu proseslərə tez-tez biganə qaldığını vurğulayıb.“Onların xatirəsi məni məsuliyyətə sövq edir. Mən erməni xalqını müdafiə etməyə davam edəcəyəm”, – deyə fransız senator bildirib.Yeganə...

29 Yanvar 2026, 16:44

Köçaryan:TRIPP faktiki olaraq Azərbaycan və Türkiyənin maraqlarına xidmət edir

Ermənistanın ikinci prezidenti Robert Koçaryan TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin ölkəsi üçün ciddi təhlükə yarada biləcəyini bildirib. O, mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, TRIPP faktiki olaraq erməni–amerikan layihəsi deyil və daha çox Azərbaycan və Türkiyənin maraqlarına xidmət edir.Citypost.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Koçaryanın sözlərinə görə, bu layihədə Ermənistan tamhüquqlu tərəf kimi çıxış etmir və prosesdən real fayda əldə etmir. O bildirib ki, layihə yalnız genişlənərsə və digər güclər – məsələn, Çin və ya Rusiya da prosesə qoşularsa, Ermənistan üçün müəyyən imkanlar yarana bilər.Keçmiş prezident ABŞ-ın Cənubi Qafqazda ciddi iqtisadi maraqlarının olmadığını vurğulayıb....

29 Yanvar 2026, 16:37

Tramp İranı hədələyib: Növbəti hücum daha pis olacaq 

ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıq edib.Citypost.az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” hesabında yazıb.“Böyük bir armada İrana tərəf gedir. Gəmilər sürətli şəkildə, böyük güc və məqsədlə hərəkət edir. Bu daha böyük hərbi gəmi dəstəsidir və qrupa Abraham Linkoln aviadaşıyıcısı başçılıq edir.Bu qrup Venesuelaya göndərdiyimizdən daha böyükdür və lazım olduğu təqdirdə, öz missiyasını böyük sürətlə, qüdrətlə yerinə yetirməyə hazırdır, həvəslidir və qadirdir. Ümid edirəm ki, İran masaya gələcək və ədalətli, bərabər və nüvə silahlarını qadağan edən bir razılaşma ətrafında danışıqlar aparacaq. Bu razılaşma bütün tərəflər üçün yaxşı olardı. Vaxt azalır və bu vaxt çox dəyərlidir. İrana bundan...

28 Yanvar 2026, 17:33