Bizə yazın

Baku

-°C

USD

-

Gənclərə veriləcək Prezident Mükafatının MƏBLƏĞİ 

Cəmiyyət 31 Yanvar 2026, 11:11

171

Prezident İlham Əliyev dünın 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

 

CityPost.az  bildirir ki, Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.

 

Bəs gənclərə verilən Prezident Mükafatı nə vaxt təsis olunub və nədən ibarətdir?

 

Modern.az-ın məlumatına görə, Gənclər üçün Prezident Mükafatı 2013-cü il iyulun 2-də təsis olunub.

 

Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclər üçün ildə bir dəfə verilən Prezident Mükafatının sayı 10 ədəddir.

 

Elm və təhsil sahələri üzrə – 2 mükafat

Mədəniyyət sahəsi üzrə – 2 mükafat

İctimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat

Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat

İnnovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat

 

Hər bir Prezident Mükafatı 10000 (on min) manat məbləğindədir.

 

Gənclər üçün Prezident Mükafatının diplomu, nişanı və həmin nişanın vəsiqəsi də var.

 

Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa da verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.

 

Mükafat ildə bir dəfə, 2 fevral Gənclər günü ərəfəsində verilir.

 

Gənclər üçün Prezident Mükafatı laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda təqdim olunan pul mükafatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir.

 

Nəzərdə tutulan sahələr üzrə Mükafata namizədləri aşağıdakı qurumlar irəli sürürlər:

 

elm və təhsil sahələri üzrə – Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyi;

 

mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə – Mədəniyyət Nazirliyi;

 

ictimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər Fondu;

 

gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və qeyri-hökumət təşkilatları;

 

innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər Fondu.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ 

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən azad edilməsinin səbəb və təfərrüatları məlum olub.“Yeni Sabah”ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə, onun işdən çıxarılması son zamanlar ard-arda yol verdiyi çoxsaylı səhvlə bağlıdır.Bunlardan ən ciddisi rayonda rüşvətxorluq və korrupsiya hallarının geniş yayılmasıdır. S.Mikayılovun fəaliyyətində aşkarlanan nöqsanlar sonda dövlət qurumlarının ciddi addımlar atmasına səbəb olub.Ötən il noyabr ayının 1-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Rəsmi məlumata görə, rayon ərazisində rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.Baş Prokurorluğun yaydığı məlumata görə, S.Mikayoluvun ən yaxın adamları sayılan icra başçısının...

31 Yanvar 2026, 12:23

Azərbaycan Yazıçılar Birliyinin sədri Anara açıq MƏKTUB  

Hörmətli Anar müəllim, sizin mətbuata verdiyiniz son müsahibələriniz AYB sədri kimi illəri adlayan fiaskonuzun NÖVBƏTİ ən qabarıq etirafı, nümayişkaranə “fotosudur”...40 ilə yaxın sədrlik dönəminizdə demokratik fikir, gənc kadr, düzgün idarəçilik prinsipi, islahat... anlayışlarını tanımadınız, tanımaq istəmədiniz. Siz olan yerdə qanun da özünüz oldunuz, şah da! Neçə gənc nəsillə üz – üzə gəldiniz. Kimlər GƏNCLİYindən, GƏLƏCƏYindən keçmədi ki?! Xarakteri sizin “dəyirmanınızda” üyüdülənlər də az olmadı, taleyindən küsüb gedənlər də…Siz Azərbaycan Yazıçılar Birliyinin həyatındakı 40 illik “əsarətnamə”nin müəllifisiniz...Mənsub olduğunuz qurumu diktator prinsiplərinizlə necə istədinizsə eləcə də idarə etdiniz. Necə deyərlər, gəmiyə də sahib oldunuz, dənizə də!..BU QƏDƏR illər bəs etmədimi?Vəzifə hərisliyi, kürsü...

31 Yanvar 2026, 11:35

DYP həftəsonu yollarda vəziyyətlə bağlı müraciət edib 

"Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur".Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində qeyd olunub.Məlumata görə, BDYPİ tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır."Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan...

31 Yanvar 2026, 11:09

Polkovnik Telman Orucov vəfat edib 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müəllimi polkovnik Telman Orucov vəfat edib.APA-nın  məlumatına görə, Birinci Qarabağ müharibəsi iştirakçısı, Hərbi Akademiyanın müəllimi polkovnik Telman İzzət oğlu Orucov uzun sürən xəstəlikdən 64 yaşında vəfat edib.Qeyd edək ki, Telman Orucov generallar Elbrus Orucov və Elman Orucovun qardaşıdır.Telman Orucov 1962-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub.

31 Yanvar 2026, 10:11

Bu rayonun icra başçısı işdən çıxarıldı 

Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.Qeyd edək ki, S.Mikayılov həmin vəzifəyə 2010-cu il martın 4-də təyin olunmuşdu.

30 Yanvar 2026, 20:16

Hacıqabulda palçıq vulkanı püskürüb

Hacıqabul rayonunda yanvarın 30-da yerli vaxtla saat 16:53-də palçıq vulkanının püskürməsi qeydə alınıb.CityPost.az  xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi (RSMX) məlumat yayıb.Bildirilib ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb. RSXM-nin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub.Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji "3.38×10^6 coul" olub....

30 Yanvar 2026, 19:40