Görmənin zəifləməsi yüksək qan təzyiqinin əlaməti ola bilər
Tibb 30 Yanvar 2026, 22:03
207
Görmənin zəifləməsi yüksək qan təzyiqinin əlaməti ola bilər
Citypost.az-ın məlumatına görə,görmədə bulanıqlıq, baş ağrısı, ürək döyüntüsünün güclənməsi və gicgah nahiyəsində təzyiq hissi arterial qan təzyiqinin qəfil yüksəlməsinin əlamətləri ola bilər.
Həkimlərin sözlərinə görə, yüksək qan təzyiqinin ilkin xəbərdaredici əlamətlərindən biri məhz görmə pozuntularıdır. Arterial təzyiq yüksəldikdə gözün torlu qişasında (retinada) qan dövranı dəyişir, bu da görmədə bulanıqlıq, işıq ləkələri və fokuslanma çətinliyi ilə müşayiət olunur. Bu simptomlar əksər hallarda ürəkbulanma və baş ağrısı ilə birlikdə ortaya çıxır.
Kardioloqlar qeyd edib ki, yüksək təzyiq zamanı nəfəs darlığı da tez-tez müşahidə olunan əlamətlərdəndir. Qan təzyiqi artdıqda ürəyin üzərinə düşən yük çoxalır və bu da fiziki gərginlik olmasa belə nəfəsalma çətinliyinə səbəb ola bilər. Bu vəziyyət fonunda sürətli ürək döyüntüsü və sinədə güclü vurma hissi yarana bilər.
Həmçinin oxuyun
Mütəxəssislər arterial hipertenziyanın digər əlamətləri sırasında gicgah nahiyəsində təzyiq və narahatlıq hissi, başgicəllənmə və tarazlığın pozulması hissini də qeyd edib. Onun sözlərinə görə, bu hallar qan təzyiqinin yüksəlməsi nəticəsində damar divarlarına düşən yükün artması, damarların genişlənməsi və spazmların yaranması ilə əlaqədardır.
Kardioloqlar vurğulayıb ki, sadalanan əlamətlər hər zaman yüksək qan təzyiqi demək deyil. Lakin bu simptomlar müşahidə olunduqda qan təzyiqinin mümkün qədər tez ölçülməsi və zərurət yarandığı halda həkimə müraciət edilməsi tövsiyə olunur.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hansı amillər mədə xərçəngi riskini artırır, hansılar azaldır?
Son elmi araşdırmalar göstərir ki, gündəlik qidalanma vərdişləri mədə xərçənginin yaranma riskinə təsir göstərə bilər. Bununla belə, xəstəlikdən tam qoruyan “möcüzəvi” qidaların mövcud olmadığı vurğulanır. Bu barədə Medical Xpress nəşri məlumat yayıb.Citypost.az-ın məlumatına görə həkimlərin rəyinə görə mədə xərçəngi riskində əsas rol genetik amillərə məxsusdur. Lakin düzgün qidalanma və sağlam həyat tərzi uzunmüddətli perspektivdə bu riski azaltmağa kömək edə bilər.Risk yaradan qidalar nələrdir?Mütəxəssislər emal olunmuş və uzun müddət saxlanılan qidaların istifadəsinin məhdudlaşdırılmasını tövsiyə edirlər. Belə məhsullar adətən yüksək miqdarda duz, şəkər, həmçinin potensial təhlükəli nitrit və nitratlar ehtiva edir. Epidemioloji tədqiqatlar bu maddələrin mədə xərçəngi də daxil olmaqla bir sıra...
30 Yanvar 2026, 22:14
DİQQƏT - Kaju qozu uşaqlarda ağır allergik reaksiyalara səbəb ola bilər
Kaju qozu son illər uşaqlar arasında ağır allergik reaksiyaların əsas səbəblərindən birinə çevrilib.Citypost.az-ın məlumatına görə,pediatrik qrupda kaju qozu 334 anafilaksi halı ilə siyahıya başçılıq edir. Bu göstərici fındıq (211 hal) və qozu (146 hal) geridə qoyur. Xüsusilə narahatedici məqam ondan ibarətdir ki, ağır simptomlar bəzən çox kiçik miqdarda — bir çay qaşığından da az kaju qozu qəbul edildikdən sonra belə baş verib.Mütəxəssislər bildirirlər ki, allergik reaksiya yaşayan şəxslərin böyük əksəriyyəti əvvəlcədən bu allergiyadan xəbərsiz olub. Belə ki, uşaqların yalnız 23 faizi, böyüklərin isə 21 faizi mümkün allergik reaksiya barədə öncədən məlumatlı olub.Araşdırmada diqqət çəkən digər mühüm məqam anafilaksiyanın əsas təcili...
30 Yanvar 2026, 21:59
Artıq çəki damar demensiyası riskini birbaşa artırır
Yeni araşdırma göstərir ki, artıq bədən çəkisi damar demensiyasının birbaşa səbəbi ola bilər və bu prosesdə yüksək qan təzyiqi əsas rol oynayır. Tədqiqatçılar yüz minlərlə insanın genetik və tibbi məlumatlarını təhlil edərək nəticəyə gəlib. Araşdırma The Journal of Clinical Endocrinology & Metabolism (JCEM) jurnalında dərc olunub.Əvvəlki müşahidə tədqiqatlarında artıq çəki və zehni geriləmə arasında qarışıq nəticələr çıxmışdı: bəziləri orta yaşda artıq çəkisi olan insanlarda demensiya riskinin yüksəldiyini göstərirdi, digərləri isə yaşlılarda yüksək bədən kütlə indeksi üçün “qoruyucu təsir” təklif edirdi. Yeni araşdırma bunun əslində “tərs səbəb-nəticə” ilə izah oluna biləcəyini göstərir: demensiyanın ilkin mərhələlərində insanlar tez-tez çəki itirir, bu da...
30 Yanvar 2026, 15:50
Uzunmüddətli spirtli içki qəbulu düz bağırsaq xərçəngi riskini artırır
Həyat boyu uzunmüddətli və yüksək miqdarda spirtli içki qəbulu düz bağırsaq xərçəngi, xüsusilə kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə artırır.Araşdırma çərçivəsində 88 mindən çox yetkin şəxsin məlumatları təhlil edilib. İştirakçılar orta hesabla 14–20 il müddətində izlənilib. Nəticələrə görə, həftədə 14 porsiyadan (təxminən gündə iki içki) artıq spirtli içki qəbul edən şəxslərdə, həftədə bir içkidən az içənlərlə müqayisədə düz bağırsaq xərçənginə tutulma riski təxminən 25 faiz daha yüksəkdir.Mütəxəssislərin qənaətinə əsasən, ağır içki qəbul edənlərdə kolorektal xərçəng riski az miqdarda spirt qəbul edənlərlə müqayisədə demək olar ki, iki dəfə çoxdur. Bu risk xüsusilə yetkinlik dövrünə qədər və sonrasında spirtli içkiləri yüksək miqdarda qəbul...
30 Yanvar 2026, 15:43
Uşaqlarda nitq geriliyi niyə artır? – Mütəxəssis əsas səbəbləri açıqladı
Son illərdə uşaqlarda nitq geriliyinin artması valideynlər və mütəxəssislər arasında ciddi narahatlıq doğurur. Mütəxəssislər problemin yalnız tibbi deyil, eyni zamanda sosial və psixoloji amillərlə də sıx bağlı olduğunu bildirirlər. Mövzu ilə bağlı defektoloq-loqoped Nazilə Rəşid Citypost.az-a açıqlamasında nitq inkişafının əhəmiyyətindən və geriləmənin əsas səbəblərindən danışıb.Nazilə Rəşidin sözlərinə görə, nitq insanın əsas ünsiyyət vasitəsidir və uşağın ümumi inkişafında mühüm rol oynayır:“Nitq ünsiyyətin əsas formasıdır. İnsanlar məhz nitq vasitəsilə bir-birini anlayır, arzu və istəklərini ifadə edirlər. Nitqin inkişafı uşağın sosial, emosional və koqnitiv inkişafının əsas göstəricilərindən biridir. Uşağın həyatının ilk ili onun gələcək nitq inkişafı üçün hazırlıq mərhələsi hesab olunur”.Mütəxəssis vurğulayıb ki,...
30 Yanvar 2026, 12:35
İnfarkt anında nə etməli? Kardioloqlardan həyati xəbərdarlıq
Ürək infarktı qəfil baş verir və əksər hallarda insanı hazırlıqsız yaxalayır. Bir an öncə özünü normal hiss edən şəxs birdən döş qəfəsində şiddətli ağrı, nəfəs darlığı və güclü qorxu ilə üz-üzə qalır. Mütəxəssislər bildirir ki, infarkt zamanı ilk yarım saat taleyüklü hesab olunur. Məhz bu zaman kəsiyində düzgün göstərilən ilk yardım insanın həyatını xilas edə, gecikmə isə geri dönməz nəticələrə səbəb ola bilər.Citypost.az məlumatına görə, Kardioloqların sözlərinə görə, infarkt adətən döş qəfəsində sıxıcı, basqı və ya yandırıcı ağrı ilə başlayır. Bu ağrı çox vaxt sol qola, çənəyə, boyuna və kürəyə yayılır. Xəstədə eyni zamanda nəfəs darlığı, soyuq tər, ürəkbulanma, halsızlıq...
30 Yanvar 2026, 10:54