Bizə yazın

Baku

-°C

USD

-

Dünyanı ağ-qara yox, çalarları ilə görən ALİM

Cəmiyyət 04 Fevral 2026, 11:55

179

Bu gün təqvimdə sadəcə bir tarix deyil. Bu gün dünya elminin düşünmə tərzini dəyişmiş, insan ağlının sərhədlərini yenidən cızmış böyük bir azərbaycanlının – Lütfi Zadənin doğum günüdür. 4 fevral 1921-ci ildə Bakının Novxanı kəndində dünyaya gələn Lütfəli Rəhim oğlu Ələsgərzadə zamanın gedişində yalnız adını yox, elmin öz dilini də dəyişdi. O, dünyaya “ya var, ya yox” kimi baxmağı öyrədən minillik məntiqi sındırdı və insan düşüncəsinə daha yaxın, daha canlı, daha həyat dolu bir elmi fəlsəfə bəxş etdi. Lütfi Zadə elmi kabinetlərdə qapanıb qalan alimlərdən olmadı; onun ideyaları gündəlik həyatın içinə girdi, texnologiyaya can verdi, maşınlara düşünməyi öyrətdi.

Onun həyat yolu taleyin müxtəlif döngələrindən keçərək formalaşdı. Uşaqlıq illəri Bakıda başlayan, gəncliyi Tehranda davam edən, yetkinlik dövrü isə Amerikada elmin zirvəsinə yüksələn bu yol təkcə bir insanın bioqrafiyası deyil, XX əsr intellektual miqrasiyasının simvoludur. Tehrandakı amerikalı missioner məktəbində qazandığı dünyagörüşü Lütfi Zadəni erkən yaşlarından Qərb elminin sərbəst düşüncə mühitinə yaxınlaşdırdı. O, Berkli Universitetində professor olanda artıq sadəcə dərs deyən müəllim yox, elmin gələcəyini müəyyənləşdirən fiqur idi. Elə buna görə də o, ABŞ-da süni intellekt sahəsində ömürlük professor adına layiq görülən nadir alimlərdən biri oldu.

1965-ci ildə irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi elm tarixində səssiz, lakin dərin bir zəlzələ yaratdı. Aristotel məntiqinin sərt çərçivəsində formalaşmış “ya doğru, ya yalan” prinsipi Lütfi Zadənin yanaşması ilə köhnəlmiş kimi göründü. O dedi ki, həyat qəti hökmlər üzərində qurulmayıb; həyat ehtimalların, tərəddüdlərin, aralıq vəziyyətlərin məcmusudur. Bu fikir ilk vaxtlar ciddi müqavimətlə qarşılandı, illərlə qəbul edilmədi, bəzən hətta istehza ilə qarşılandı. Amma zaman Lütfi Zadənin haqlı olduğunu göstərdi. Yapon alimləri bu nəzəriyyənin gücünü anlayaraq onu sənayeyə tətbiq etdilər və texnologiya tarixində yeni mərhələ başlandı. Qeyri-səlis məntiq sayəsində texnika daha “insaniləşdi”, maşınlar insan davranışına uyğun qərarlar verməyə başladı.

Bu gün dünyanın aparıcı şirkətlərində işləyən saysız-hesabsız texnologiyalar Lütfi Zadənin ideyaları üzərində qurulub. Avtomobillər, qatarlar, məişət texnikası, sənaye idarəetmə sistemləri, süni intellekt modelləri onun düşüncə fəlsəfəsindən qidalanır. O, texnologiyaya yalnız funksionallıq deyil, məna da verdi. Qeyri-səlis məntiq təkcə riyazi nəzəriyyə olmadı, tolerantlığın, çevikliyin və reallığa daha yaxın baxışın elmi ifadəsinə çevrildi. Elə bu səbəbdən də Lütfi Zadə yalnız alim kimi deyil, düşüncə adamı kimi də qəbul olunur.

Onun elmi irsi bununla bitmir. Soft computing, sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüterlər, Z-çevirmə və dinamik sistemlərin idarə olunması sahəsində apardığı tədqiqatlar müasir elmin dayaq nöqtələrindəndir. NASA-nın kosmik proqramlarından tutmuş, süni intellekt laboratoriyalarına qədər onun ideyaları bu gün də işləyir, inkişaf edir, yeni nəsil alimlər üçün yol açır. Minlərlə elmi istinad, onlarla fəxri doktor adı, nüfuzlu mükafatlar Lütfi Zadənin elmdə tutduğu mövqenin rəsmi təsdiqidir.

Bütün bu qlobal uğurlara baxmayaraq, Lütfi Zadə heç vaxt öz milli kimliyindən uzaq düşmədi. O, Azərbaycan elmi ilə daim əlaqədə oldu, Milli Elmlər Akademiyasının institutlarının fəaliyyətinə töhfə verdi, diaspor təşkilatlarında fəal iştirak etdi və hər fürsətdə azərbaycanlı olduğunu vurğuladı. Və həyatının sonunda da doğma torpağa qayıtmağı seçdi. 2017-ci ildə dünyasını dəyişən alim vəsiyyətinə uyğun olaraq Bakıda – Fəxri Xiyabanda dəfn olundu. Bu dəfn bir alimin deyil, bütöv bir elmi epoxanın Vətənə dönüşü idi.

Bu gün Lütfi Zadənin doğum günündə onu xatırlamaq sadəcə keçmişi anmaq deyil. Bu, düşünməyə, dünyaya daha geniş baxmağa, qəti hökmlərdən çəkinməyə çağırışdır. O, bizə öyrətdi ki, dünya ağ və qara arasında sıxışıb qalmır, dünya çalarlardan ibarətdir. Və elmin ən böyük gücü də məhz bu çalarları görə bilmək bacarığındadır. Lütfi Zadə bu bacarığı elmə öyrətdi, elm vasitəsilə isə bütün dünyaya.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şəhid polkovnik Emil Nəzərovun xatirəsi yad edildi 

Bu gün, 30 noyabr, Azərbaycan Silahlı Qüvvələri və Sərhəd Qoşunları polkovniki, Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzasında şəhid olan Emil Nəzərovun doğum günüdür. Citypost.az xəbər verir ki, onun xatirəsi II Fəxri Xiyabanda anılıb, mərasimdə ailə üzvləri və yaxınları iştirak ediblər.Məlumat üçün bildirək ki, Emil Nəzir oğlu Nəzərov 4 fevral 1969-cu ildə Lənkəran rayonunun Viravul kəndində anadan olub. 1976–1986-cı illərdə Viravul kənd orta məktəbində təhsil alıb, 1987–1990-cı illərdə Lomonosov adına Hərbi Aviasiya Mühəndisləri Məktəbində təhsilini davam etdirib. Hərbi xidmətə leytenant rütbəsində göndərişlə başlayıb və Zaqafqaziya hərbi dairəsinin indiki Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissədə təyyarə texniki vəzifəsində xidmət...

04 Fevral 2026, 12:40

Firuzə Rzayeva elmlər doktoru OLDU

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin dekanı, dosent Firuzə Ədalət qızı Rzayeva Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28 yanvar 2026-cı il tarixli qərarı ilə pedaqogika elmi sahəsində elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. Citypost.az xəbər verir ki, O, 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ingilis dilinin tədrisi metodikası) ixtisası üzrə bu yüksək elmi dərəcəni əldə edib.Yeganə

04 Fevral 2026, 12:25

Hüseyn Abdullayev  şikayətini geri götürdü 

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayevin şikayətini geri götürdüyü məlum olub.Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Hüseyn Abdullayev 3 il dövlət və özəl sektorda vəzifə tutmaq hüququ məhdudlaşdırılmaqla 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında...

04 Fevral 2026, 12:03

Yetkinlər də aliment tələb edə bilər 

Cəmiyyətimizdə aliment məsələsi adətən yetkinlik yaşına çatmayan uşaqlarla əlaqələndirilsə də, qanunvericilik bu anlayışı daha geniş çərçivədə tənzimləyir. Az bilinən, lakin hüquqi baxımdan mühüm olan məqamlardan biri də yetkinlik yaşına çatmış şəxslərin müəyyən hallarda valideynlərindən aliment tələb etmək hüququnun olmasıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi bu məsələni aydın şəkildə təsbit edir və konkret hüquqi mexanizmlər müəyyənləşdirir.Citypost.az-ın məlumatına görə,Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxslər valideynlərindən aliment tələb edə bilərlər. Bu norma valideyn–övlad münasibətlərində qarşılıqlı sosial məsuliyyət prinsipinə əsaslanır və ailə üzvlərinin bir-birinə dəstəyini hüquqi müstəvidə qoruyur.Qanunvericiliyə görə, aliment öhdəliyi...

04 Fevral 2026, 11:34

Nigar Köçərli “Liv Bona Dea”nı məhkəməyə VERDİ

“Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli paytaxtdakı “Liv Bona Dea” tibb müəssisəsinə qarşı məhkəməyə müraciət edəcəyini açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib və hüquqlarını vəkil Zibeydə Zəkəriyyəyevanın qoruyacağını bildirib.Citypost.az-ın məlumatına görə, Köçərli vurğulayıb ki, məqsədi insan sağlamlığı üzərindən yüksək məbləğlər əldə edib, zəruri tibbi xidmət göstərməyən sistemə qarşı çıxmaqdır: “Mən uzun bir mübarizə yoluna qədəm qoyuram və bu yolda tək deyiləm. Bu strukturların fəaliyyəti nəticəsində əziyyət çəkmiş bütün xəstələrin səsini daşıyıram. Xəstəliyi biznesə çevirənlərə qarşıyıq və peşəkar tibbi xidmət tələb edirik. Qiyməti böyük, xidməti isə aşağı səviyyədə olan yanaşmaya etiraz edirik”, – deyə o yazıb.Məlumat...

04 Fevral 2026, 11:09

Emil Abbasov mərhum Ramiz Mirzəyevin kürəkəni imiş

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yanvarın 30-da vəzifəsindən azad olunub. Hazırda onu birinci müavini Emil Abbasov əvəz edir.Yerli medianın yazdığına görə,E.Abbasov məşhur hüquqşünas İlqar Abbasovun oğludur.İ.Abbasov uzun illər hakim kimi fəaliyyət göstərib. Belə ki,O,bir müddət Mərkəzi Seçki Komissiyasının üzvü,Abşeron,Yasamal və Sabunçu Rayon Məhkəmələrinin sədri olub. Son iş yeri Sabunçu Məhkəməsi olub. İlqar Abbasov hazırda karyerasını vəkil kimi davam etdirir. 1 iyul 2022-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.CityPost.az-ın əldə etdiyi məlumata görə,Emil Abbasov YAP-ın Xətai Rayon Təşkilatının  sabiq sədri,SOCAR-ın “Azərneftyağ”İstehsalat Birliyinin sabiq baş direktoru,Energetika naziri müavini postunu tutmuş,AFFA-nın keçmiş prezidenti mərhum Ramiz Mirzəyevin qızı,Şəmkir Rayon İcra Hakimiyyətinin 14 il başçısı,Kənd...

04 Fevral 2026, 11:04