MTK-ların gizli oyunu: mənzillər alıcıların deyil, kooperativlərin adına keçirilir
Hüquq 03 Fevral 2026, 16:56
2973
Son illər paytaxt və regionlarda mənzil bazarında müşahidə olunan problemlər vətəndaşların hüquqlarının pozulması ilə nəticələnir. Xüsusilə də Mənzil-Tikinti Kooperativləri (MTK) ilə bağlanan müqavilələrdən sonra yaranan hüquqi anlaşılmazlıqlar getdikcə daha çox gündəmə gəlir. İlkin ödəniş edərək mənzil alan, kredit öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirən vətəndaşlar gözlənilməz maneələrlə üzləşirlər.
Citypost.az-ın məlumatına görə, Belə ki, vətəndaş ev üçün ilkin ödənişi edir, kredit borcunu hissə-hissə ödəyərək tam bağlayır. Bundan sonra isə qanunvericiliyin tələbinə uyğun olaraq MTK-yə müraciət edərək ilkin sənədləri – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq üçün zəruri olan sənədləri tələb edir. Lakin bəzi hallarda MTK-lar müxtəlif bəhanələr gətirərək bu sənədləri təqdim etməkdən imtina edirlər.
Məlumata görə, son dövrlər təcrübədə daha ciddi bir problemlə də rastlaşılır. Belə ki, MTK-ların vətəndaşlara satdıqları mənzillər üzrə çıxarışı alıcıların adına deyil, öz adlarına rəsmiləşdirməsi halları artmaqdadır. Bu isə faktiki olaraq mənzilin pulunu tam ödəyən vətəndaşın mülkiyyət hüququnun pozulması deməkdir.
Hüquqi tərəfi nə deyir?
Mövcud qanunvericiliyə əsasən, vətəndaş mənzilin dəyərini tam ödədikdən sonra MTK həmin mənzilə dair bütün ilkin sənədləri alıcıya təqdim etməyə borcludur. MTK-nın sənədləri verməkdən imtina etməsi və ya mənzilə çıxarışı öz adına alması qanunsuzdur və bu hal mülki hüquqların kobud şəkildə pozulması hesab olunur.
Belə vəziyyətlə üzləşən vətəndaşlar məhkəməyə müraciət etməklə yanaşı, həmçinin aidiyyəti dövlət qurumlarına – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər. Hüquqşünaslar vətəndaşlara müqavilə şərtlərini diqqətlə oxumağı, ödənişlərə dair bütün qəbzləri və sənədləri mütləq şəkildə qorumağı tövsiyə edirlər.
Mütəxəssislərin fikrincə, bu sahədə nəzarətin gücləndirilməsi və MTK-ların fəaliyyətinə ciddi hüquqi qiymət verilməsi vətəndaşların mülkiyyət hüquqlarının qorunması baxımından zəruridir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mənzilin kvadratmetri niyə fərqli hesablanır?
Vətəndaşların ən çox qarşılaşdığı suallardan biri də mənzilin müqavilədə göstərilən sahəsi ilə faktiki ölçü arasında fərqin yaranmasıdır. Bəzən alıcılar mənzili, məsələn, 150 kvadratmetr sahə kimi alırlar, lakin sonradan mütəxəssis tərəfindən aparılan ölçmə zamanı sahənin 230 kvadratmetr olduğu müəyyən edilir. Bu isə haqlı olaraq alıcılarda sual yaradır: bu fərq necə yaranır və qanun buna necə yanaşır?Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, belə halların əsas səbəbi tikinti şirkətlərinin sahəni hesablama üsulu ilə bağlıdır. Bir sıra hallarda mənzil satılarkən ümumi sahəyə yalnız yaşayış otaqları deyil, həm də divarların, ara kəsmələrin və digər konstruktiv elementlərin altında qalan hissələr daxil edilir. Nəticədə alıcıya təqdim olunan...
28 İyul 2026, 11:00
Leyvi işıqdan istifadəyə görə hansı cərimələr tətbiq olunur?
Elektrik enerjisindən qanunsuz istifadə, yəni ictimaiyyət arasında "leyvi işıq" kimi tanınan hallara görə Azərbaycan qanunvericiliyində həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. Hüquqşünasların sözlərinə görə, məsuliyyətin növü vurulan ziyanın məbləğindən və əməlin nəticələrindən asılı olaraq müəyyən edilir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, elektrik enerjisinin sayğacdan kənar qoşulma yolu ilə mənimsənilməsi, sayğacın göstəricilərinə müdaxilə edilməsi, plombun qırılması və ya digər qanunsuz üsullarla elektrik enerjisindən istifadə edilməsi qanun pozuntusu hesab olunur.Onların sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə əsasən, elektrik enerjisinin qanunsuz istehlakı nəticəsində az miqdarda ziyan vurulduqda fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan...
28 İyul 2026, 09:58
Valideyn evdən qovan və ya əl qaldıran övladı nə gözləyir?
Valideynə qarşı zorakılıq, onu yaşadığı evdən zorla çıxarmaq, əşyalarını küçəyə atmaq və fiziki xəsarət yetirmək son dövrlər cəmiyyətdə narahatlıq doğuran hallardan biridir. Belə vəziyyətlərlə üzləşən vətəndaşlar isə çox vaxt hansı hüquqlara malik olduqlarını və hara müraciət etməli olduqlarını bilmirlər.Citypost.az xəbər verir kii, mütəxəssislərin sözlərinə görə, ilk növbədə hadisənin bütün təfərrüatları araşdırılmalıdır. Çünki hüquqi qiymətləndirmə evin kimə məxsus olmasından, həmin şəxsin evdə hansı hüquqi əsasla yaşamasından, qeydiyyat məsələsindən və zorakılığın hansı formada baş verməsindən asılıdır.Hüquqşünaslar bildirirlər ki, əgər övlad anasını və ya atasını döyərək evdən çıxarıbsa, əşyalarını küçəyə atıbsa və fiziki xəsarət yetiribsə, bu artıq sadəcə ailədaxili mübahisə hesab edilmir. Belə...
28 İyul 2026, 08:56
Zaminin ölümündən sonra hüquqi vəziyyət necə olur?
Kredit münasibətlərində ən çox müzakirə olunan hüquqi məsələlərdən biri də zaminin vəfat etməsindən sonra onun öhdəliklərinin taleyidir. Xüsusilə vətəndaşlar arasında "zamin ölərsə, onun borcu avtomatik silinirmi?" və ya "zaminin varisləri bu borca görə məsuliyyət daşıyırmı?" kimi suallar tez-tez səsləndirilir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirib ki, bu məsələ ilə bağlı hüquqşünaslar arasında fərqli yanaşmalar mövcuddur və hüquqi praktikada da müxtəlif mövqelər irəli sürülür.Bir qrup hüquqşünas hesab edir ki, zamin vəfat etdikdən sonra onun varisləri mirası qəbul etdikləri halda, miras əmlakının onlara çatan hissəsi həcmində zaminlik öhdəliyinə görə məsuliyyət daşıya bilərlər. Yəni varislər şəxsi əmlakları ilə deyil, yalnız miras olaraq qəbul etdikləri...
27 İyul 2026, 10:21
Qaynana və gəlin ev mübahisəsi: Qanun nə deyir?
Daşınmaz əmlakla bağlı ailədaxili mübahisələr məhkəmələrdə ən çox rast gəlinən işlərdən biridir. Xüsusilə uzun illər eyni evdə yaşamış gəlin və qaynana arasında yaranan mülkiyyət mübahisələri bir çox suallar doğurur. Oxuculardan biri də məhz bu mövzu ilə bağlı müraciət edərək bildirib ki, 19 ildir qayınanası ilə birlikdə sənədsiz evdə yaşayırlar. Sonradan qayınanası evi öz adına rəsmiləşdirib və indi ailənin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət edib.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, belə hallarda ilk növbədə evin hüquqi statusu və mülkiyyət hüququ araşdırılır. Əgər yaşayış evi artıq dövlət qeydiyyatına alınıb və çıxarış (kupça) qayınananın adına rəsmiləşdirilibsə, həmin şəxs qanun qarşısında həmin...
27 İyul 2026, 09:48
Uzun illər yaşamayan şəxsi qeydiyyatdan çıxarmaq mümkündürmü?
Daşınmaz əmlakla bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsini qeydiyyatda olan, lakin uzun illərdir həmin evdə yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı işlər təşkil edir. Oxuculardan biri də bu mövzuda müraciət edərək bildirib ki, qardaşı artıq 16 ildir həmin evdə yaşamır. Mənzil isə 2021-ci ildə onun adına özəlləşdirilib. Oxucu soruşur ki, qardaşını qeydiyyatdan çıxarmaq üçün ona kompensasiya ödəməsi tələb oluna bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda kompensasiya ödənilməsi üçün hüquqi əsas hər zaman mövcud olmur.Mütəxəssislərin bildirib ki, əgər mənzil özəlləşdirilərkən qardaş öz razılığını verərək mənzilin digər ailə üzvünün adına rəsmiləşdirilməsinə etiraz etməyibsə və bununla bağlı müvafiq razılıq ərizəsi imzalayıbsa,...
27 İyul 2026, 08:55