İstənməyən zəngləri necə dayandırmaq olar?
Maraqlı 03 Fevral 2026, 16:14
162
İstənməyən və spam zənglər bu gün demək olar ki, hər telefon istifadəçisinin problemidir. Bu zənglər bəzən naməlum nömrələrdən, bəzən də dələduzluq məqsədilə edilir və gündəlik rahatlığı ciddi şəkildə pozur.
Citypost.az-ın məlumatına görə mütəxəssislərin fikrincə, sadə ayarlarla bu cür zənglərin qarşısını almaq mümkündür.
iPhone istifadəçiləri üçün effektiv üsullardan biri kontaktlarda olmayan nömrələri avtomatik səssizə almaqdır. Bu zaman tanınmayan zənglər birbaşa səsli mesaja yönləndirilir və istifadəçi narahat edilmir. Bu funksiya telefonun ayarlar bölməsindən aktivləşdirilə bilər.
Android telefonlarda isə “Arayan kimliyi və spam qorunması” funksiyası mövcuddur. Bu xüsusiyyət şübhəli və potensial dələduz zəngləri əvvəlcədən işarələyir. Xüsusilə Samsung və Pixel modellərində bu imkan daha genişdir.
Həmçinin oxuyun
Bundan əlavə, davamlı olaraq zəng edən nömrələri bloklamaq və spam zəngləri tanıyan tətbiqlərdən istifadə etmək də faydalı hesab olunur. Bu tətbiqlər naməlum nömrələri tanıyır, şübhəli zəngləri avtomatik əngəlləyir və SMS-ləri də nəzarətdə saxlayır.
Mütəxəssislər həmçinin rəsmi platformalar üzərindən reklam və tanıtım zənglərinə verilmiş icazələrin yoxlanılmasını və istənməyən şirkətlər üçün bu icazələrin ləğv edilməsini tövsiyə edirlər. Bu addımlar istənməyən zənglərin sayını əhəmiyyətli dərəcədə azalda bilər.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Smartfon istifadəçilərinin 70%-i gecə yuxusuz qalır
Yeni araşdırmalar göstərir ki, smartfon və digər ekranlı cihazlardan istifadə gecə saatlarında yuxu keyfiyyətinə ciddi təsir göstərir. Tədqiqatda 18–45 yaş arası 2 min nəfər iştirak edib və iştirakçıların təxminən 70%-i gecə saat 23:00-dan sonra ekran qarşısında vaxt keçirdiyini bildirib.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu davranış melatonin hormonunun istehsalını azaldır, yuxu rejimini pozur və nəticədə gün ərzində diqqət və məhsuldarlığı azaldır. Araşdırma həmçinin göstərib ki, ekran işığının azaldılması və yatmazdan 1 saat əvvəl telefonlardan uzaq durmaq yuxu keyfiyyətini xeyli yaxşılaşdırır.Ekspertlər valideynlər və gənclər üçün tövsiyə edir ki, gecə saatlarında cihazlardan istifadəni məhdudlaşdırsınlar və rahat yuxu üçün xüsusi mühit yaratsınlar....
03 Fevral 2026, 17:09
Tanınmış şairlərin 50 illik fotoları
Görkəmli şair Seyran Səxavət sosial şəbəkə hesabında təxminən yarım əsr əvvələ aid maraqlı xatirə və foto paylaşıb.Citypost.az xəbər verir ki, paylaşım 1976-cı ilə — Bakıda fəaliyyət göstərən köhnə “İnturist” otelində şair Tofiq Abdinin toy məclisinə həsr olunub. Seyran Səxavət həmin məclisdən mərhum şair Camal Yusifzadə ilə çəkilmiş fotosunu izləyicilərlə bölüşərək, ədəbi mühitin unudulmaz anlarını xatırladıb.Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.Əli...
03 Fevral 2026, 16:22
Yuxu qaçış zamanı zədələrin qarşısını ala bilər
Qaçışla müntəzəm məşğul olan insanlar üçün yuxu təkcə istirahət deyil, həm də zədələrdən qorunmanın vacib şərtidir. Mütəxəssis rəyinə görə, kifayət qədər və keyfiyyətli yuxu almayan qaçışçılarda zədə riski xeyli artır.Citypost.az-ın məlumatına görə aparılan müşahidələr göstərir ki, az yatan, yuxu keyfiyyəti zəif olan və tez-tez yuxu problemləri yaşayan şəxslər digərləri ilə müqayisədə demək olar ki, iki dəfə çox zədələnir. Xüsusilə gecə tez oyanmaq, yuxuya getməkdə çətinlik çəkmək və bərpaedici yuxunun olmaması risk faktorları sayılır.Yuxu bədənin bərpası, toxumaların yenilənməsi, hormon balansının tənzimlənməsi və diqqətin qorunması üçün əsas mexanizmdir. Yuxu pozulduqda isə bu proseslər zəifləyir və məşq zamanı zədələnmə ehtimalı artır.Mütəxəssislər qaçışla məşğul...
03 Fevral 2026, 16:16
Cəmiyyət niyə həmişə “günahkar” axtarır? – Ekspertlər izah edir
Son dövrlər cəmiyyətdə baş verən istənilən hadisə – istər sosial, istər mədəni, istərsə də siyasi proses olsun – çox vaxt eyni sualla müşayiət olunur: “Bunun günahkarı kimdir?” Mütəxəssislərin fikrincə, cəmiyyətin daim “günahkar” axtarması təsadüfi deyil və bunun sosial-psixoloji səbəbləri var.Citypost.az-ın məlumatına görə, sosioloqlar bildirirlər ki, mürəkkəb problemlərin sadə izahlarla qəbul edilməsi cəmiyyət üçün daha rahatdır. Uzunmüddətli sistemli problemləri analiz etməkdənsə, konkret bir şəxs və ya qurumu hədəf seçmək emosional boşalmanı təmin edir. Bu yanaşma isə problemin mahiyyətinə varmaqdan çox, məsuliyyəti fərdləşdirməyə xidmət edir.Psixoloqların qənaətinə görə, günahkar axtarışı eyni zamanda kollektiv məsuliyyətdən yayınma formasıdır. Belə hallarda “hamımızın payı var” düşüncəsi yerini...
03 Fevral 2026, 13:20
Dünyada ən bahalı kartof növləri...
Gənclər arasında ən populyar yemək növlərindən biri də “kartof fri”dir. Ümumiyyətlə, dünyada ən bahalı kartof növü Fransanın Nuamurtye adasında yetişdirilir. CityPost.az xəbər verir ki,həmin kartofdan sezon ərzində yalnız 100 ton məhsul toplamaq mümkün olur. Məhsul may ayının son 10 günlüyündə tez-tələsik tarladan yığılır ki, xarab olmasın. Toplanmış kartofu anbarlarda üç gündən artıq saxlamaq mümkün olmur. Məhz, bu səbəbdən xarab olmasın deyə onu tez emal prosesinə yönləndirirlər. Nuamurtye adasında yetişdirilən bu kartof qoz tamı və qabığı isə sitrus ətri verir.Fransa restoranlarında bu növ kartofdan hazırlanan qidalara müştərilər xüsusi əhəmiyyət verir. Barəsində bəhs etdiyimiz bu kartofun növü La Bonnete adlanır. Onu da...
02 Fevral 2026, 16:55
2026-cı ildə ultrabuk seçərkən nələrə diqqət etməli? – Mütəxəssis rəyi
Ultrabuk sadəcə nazik noutbuk deyil. O, istifadəçinin gündəlik həyatının bir hissəsinə çevrilən – ofisə, səfərə, kafeyə və ya təyyarəyə aparılan əsas iş alətidir. Bu səbəbdən ultrabuk yüngül, enerjiyə qənaətcil, eyni zamanda bir neçə il rahat istifadə üçün kifayət qədər güclü olmalıdır. Ən vacib məqam isə odur ki, bu tip noutbuklar demək olar ki, heç vaxt yenilənmir. Seçim “olduğu kimi” və uzunmüddətli düşünülməlidir.Citypost.az-ın məlumatına görə mütəxəssislərin sözlərinə görə, müasir ultrabuklar artıq minimal imkanlara malik cihazlar sayılmır. Intel Core Ultra, AMD Ryzen AI və Apple M-seriyalı prosessorlarla təchiz olunmuş modellər 4K video montajı, qrafik işlər və paralel tapşırıqların icrası üçün kifayət qədər...
31 Yanvar 2026, 16:43