Bizə yazın

Baku

-°C

USD

-

SMS Radar problemi: ödənilən cərimələr sistemdən niyə silinmir?

Hüquq 03 Fevral 2026, 17:05

106

Son illər yol hərəkəti iştirakçılarının böyük əksəriyyəti tətbiq olunan cərimələr və inzibati tənbehlərlə bağlı məlumatları operativ şəkildə əldə etmək üçün “SMS Radar” proqramından istifadə edir. Bu tətbiq sürücülərə üzərlərinə yazılan cərimələr, ödəniş müddətləri və inzibati tədbirlər barədə məlumat almağa imkan yaratsa da, bəzi hallarda ciddi hüquqi problemlərə də yol açır.

Citypost.az xəbər verir ki, bəzən vətəndaşlara tətbiq edilən cərimələrin ödənişi müxtəlif səbəblərdən — istər sürücünün öz səhlənkarlığı, istərsə də üçüncü şəxslərin məsuliyyətsizliyi ucbatından gecikdirilir. Digər hallarda isə avtomobilin son etibarnamə ilə idarə edildiyi şəxsin adına əsassız cərimələrin yazılması ilə rastlaşılır. Nəticədə sürücü “SMS Radar” proqramında İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsi barədə məlumatla qarşılaşır.

Problem ondadır ki, həmin cərimələr sonradan tam ödənilsə belə, bəzi hallarda inzibati tənbeh barədə qeydlər “SMS Radar” sistemindən silinmir. Bu isə vətəndaşın avtomobillə bağlı hər hansı əməliyyat aparmasına — nəqliyyat vasitəsinin satışı, qeydiyyatı və ya etibarnamə verilməsi kimi hüquqi prosedurlara ciddi maneə yaradır. Daha ağır nəticə isə sürücülük vəsiqəsinin müəyyən müddətə məhdudlaşdırılması ilə bağlıdır.

Hüquqi baxımdan vəziyyət necə tənzimlənir?

Hüquqşünasların sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi əsasən inzibati cərimələrin vaxtında ödənilməməsi hallarında tətbiq olunur. Lakin cərimə tam şəkildə ödənildikdən sonra inzibati tənbehin qüvvədə saxlanılması və sistemdən silinməməsi qanunvericiliyin tələblərinə zidd hesab oluna bilər.

Bu cür hallarla üzləşən vətəndaşlara aidiyyəti dövlət qurumlarına — Daxili İşlər Nazirliyinin müvafiq strukturlarına müraciət etməklə yanaşı, hüquqi yardım almaq tövsiyə olunur. Mütəxəssislər bildirirlər ki, məhz hüquqşünas vasitəsilə edilən müraciətlər və şikayətlər problemin daha qısa müddətdə həllinə imkan yarada bilər.

Əgər siz də İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati tənbeh tətbiq edilməsi ilə bağlı çətinliklə üzləşmisinizsə, hüquqlarınızı qorumaq üçün vaxt itirmədən peşəkar hüquqi dəstəyə müraciət etməyiniz məqsədəuyğundur.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

MTK-ların gizli oyunu: mənzillər alıcıların deyil, kooperativlərin adına keçirilir

Son illər paytaxt və regionlarda mənzil bazarında müşahidə olunan problemlər vətəndaşların hüquqlarının pozulması ilə nəticələnir. Xüsusilə də Mənzil-Tikinti Kooperativləri (MTK) ilə bağlanan müqavilələrdən sonra yaranan hüquqi anlaşılmazlıqlar getdikcə daha çox gündəmə gəlir. İlkin ödəniş edərək mənzil alan, kredit öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirən vətəndaşlar gözlənilməz maneələrlə üzləşirlər.Citypost.az-ın məlumatına görə, Belə ki, vətəndaş ev üçün ilkin ödənişi edir, kredit borcunu hissə-hissə ödəyərək tam bağlayır. Bundan sonra isə qanunvericiliyin tələbinə uyğun olaraq MTK-yə müraciət edərək ilkin sənədləri – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq üçün zəruri olan sənədləri tələb edir. Lakin bəzi hallarda MTK-lar müxtəlif bəhanələr gətirərək bu sənədləri...

03 Fevral 2026, 16:56

VÖEN olmadan obyekt işlətməyin cəzası nədir?

Son illər qeyri-rəsmi sahibkarlıq fəaliyyəti və qanunvericiliyin tələblərinə əməl olunmadan həyata keçirilən biznes əməliyyatları ciddi hüquqi risklər yaradır. Xüsusilə vergi uçotuna durmadan və müvafiq lisenziya almadan fəaliyyət göstərən şəxslər üçün məsuliyyət məsələsi ictimai müzakirələrin əsas mövzularından biridir. Qanunvericilik bu cür hallara qarşı sərt sanksiyalar nəzərdə tutur.Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunan hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq inzibati xəta hesab olunur. Bu zaman vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq...

02 Fevral 2026, 15:48

Kənd təsərrüfatı təyinatlı torpaqda ev tikməyin məsuliyyəti varmı?

Son illər torpaqdan təyinatına uyğun istifadə məsələsi aktual mövzulardan birinə çevrilib. Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi ilə bağlı cəmiyyətdə tez-tez suallar yaranır. Mövcud qanunvericilik isə bu məsələyə birmənalı yanaşır və torpaqdan qeyri-qanuni istifadə halları üçün konkret məsuliyyət nəzərdə tutur.Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun məqsədli təyinatına uyğun olmayan digər məqsədlər üçün istifadə edilməsi inzibati məsuliyyət yaradır. Belə hallar aşkar edildikdə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 5000 manat məbləğində cərimə edilir.Qeyd olunan inzibati xətalar üzrə işlərə baxılması və inzibati...

02 Fevral 2026, 15:42

Cəriməni vaxtında ödəməyən sürücülərin hüququ məhdudlaşdırıla bilər  

Yol hərəkəti qaydalarını pozduğuna görə inzibati cərimə edilən, lakin bu cəriməni qanunla müəyyən olunmuş müddətdə ödəməyən sürücülərin sürücülük hüququ müvəqqəti məhdudlaşdırıla bilər. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, cərimə tətbiq edildikdən sonra 3 ay 20 gün ərzində ödəniş edilmədikdə, sürücülük vəsiqəsinin məhdudlaşdırılması məsələsinə baxılır.Bu halda yol polisi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunur və iş məhkəməyə göndərilir. Məhkəmə cərimənin ödənilmədiyini təsdiqlədikdə, sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edə bilər. Qanunvericiliyə əsasən, məhkəmə bəzi hallarda sürücünün iştirakı olmadan da işə baxa bilər.Lakin qanun sürücüyə çıxış yolu da tanıyır. Əgər şəxs məhkəmə qərarı qəbul olunana qədər cəriməni və əlavə xərcləri ödəyərsə,...

31 Yanvar 2026, 16:30

Pulunuzu vermirlər? Sahibkarlar üçün qanuni addımlar

Sahibkarlıq fəaliyyəti zamanı tərəflər arasında ödənişlə bağlı yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılır. Əgər sahibkar satdığı mal və ya göstərdiyi xidmətin əvəzində ödənişi ala bilmirsə, ilk növbədə qarşı tərəfə rəsmi pretenziya – yəni xəbərdarlıq məktubu göndərməlidir. Qanunvericiliyə əsasən, bu mərhələ keçilmədən məhkəməyə müraciət etmək mümkün deyil.Citypost.az-ın məlumatına görə, pretenziya məktubu nəticə vermədikdə, sahibkar cavabdehin hüquqi ünvanı üzrə müvafiq kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. İddia ərizəsi və ona əlavə olunan sənədlər yalnız elektron qaydada – “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunur. Elektron qaydada verilməyən müraciətlər məhkəmə tərəfindən geri qaytarılır.Pul tələbinə dair iddialar da kommersiya mübahisəsi hesab olunur və...

31 Yanvar 2026, 14:57

Ştat ixtisarı zamanı işçinin hüquqları: qanun nə deyir?

Son dövrlər bir sıra müəssisə və təşkilatlarda aparılan struktur dəyişiklikləri, ştatların azaldılması və optimallaşdırma prosesi fonunda işdən azad olunan vətəndaşların sayı artmaqdadır. Bu proses çox zaman sosial narahatlıq doğurur və işçilər qarşılaşdıqları vəziyyətdə hansı hüquqlara malik olduqlarını dəqiq bilmədikləri üçün qanunla onlara verilən təminatlardan yararlana bilmirlər. Halbuki Azərbaycan Respublikasının əmək qanunvericiliyi ştat ixtisarı zamanı işçilərin hüquqlarını açıq və konkret şəkildə qoruyur.Citypost.az-ın məlumatına görə, əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işəgötürən işçilərin sayı və ya ştat vahidlərinin ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verə bilər. Lakin bu əsasla işdən azad edilmə işəgötürən üçün yalnız müqaviləyə son qoymaq hüququ deyil, eyni...

28 Yanvar 2026, 11:24