Şəhid polkovnik Emil Nəzərovun xatirəsi yad edildi
Cəmiyyət 04 Fevral 2026, 12:40
111
Bu gün, 30 noyabr, Azərbaycan Silahlı Qüvvələri və Sərhəd Qoşunları polkovniki, Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzasında şəhid olan Emil Nəzərovun doğum günüdür.
Citypost.az xəbər verir ki, onun xatirəsi II Fəxri Xiyabanda anılıb, mərasimdə ailə üzvləri və yaxınları iştirak ediblər.
Məlumat üçün bildirək ki, Emil Nəzir oğlu Nəzərov 4 fevral 1969-cu ildə Lənkəran rayonunun Viravul kəndində anadan olub. 1976–1986-cı illərdə Viravul kənd orta məktəbində təhsil alıb, 1987–1990-cı illərdə Lomonosov adına Hərbi Aviasiya Mühəndisləri Məktəbində təhsilini davam etdirib. Hərbi xidmətə leytenant rütbəsində göndərişlə başlayıb və Zaqafqaziya hərbi dairəsinin indiki Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissədə təyyarə texniki vəzifəsində xidmət edib.
O, Birinci Qarabağ və Vətən müharibələrində iştirak edib. 2021-ci il iyulun 24-də Dövlət Sərhəd Xidmətində Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya İşləri üzrə müavini və Mühəndis Aviasiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub, 30 avqust tarixində isə polkovnik rütbəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamına əsasən, Emil Nəzərov “Vətən uğrunda” medalı ilə təltif olunub.
30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində Emil Nəzərov və daha 13 nəfər şəhid olub. Mərhum II Şəhidlər Xiyabanında dəfn edilib.
Həmçinin oxuyun

Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
40 villa alan Ümid Abuzərlinin kriminal aləmlə əlaqələri üzə çıxdı - O,kriminal avtoritet "Fırtına Həsən"in yaxın qohumu imiş
“Biz heç bir qanunsuz işlə məşğul olmuruq. Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik”.Bunu Rumıniyada 40 villa aldığı deyilən Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Demokrat.az-a açıqlamasında bildirib.“Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”, - o əlavə edib.Qeyd edək ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, Ümid Abuzərli tərəfindən yaradılmış şirkət 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alınıb.Ü.Abuzərlinin yaratdığı “Memaar Capital” şirkəti Rumıniyanın...
04 Fevral 2026, 13:51
Tanınmış hüquqşünasdan qazla bağlı ETİRAZ
Nəsimi rayonunda qaz kəsintisi vətəndaşlarda narazılıq doğurubCitypost.az xəbər verir ki, yazıçı və hüquqşünas Lətifə Oruc Nəsimi rayonunda qaz paylanmasında yaranan problemlə bağlı narazılığını ifadə edib. O bildirib ki, soyuq havada səhərdən qaz verilməsi dayanıb və bəzi evlərdə qaz ən azı 10 dəfə kəsilib.Lətifə Oruc bunun evlərdə təhlükəli vəziyyətlər yarada biləcəyini, hətta partlayış və insan tələfatına səbəb ola biləcəyini qeyd edib. O, aidiyyəti qurumları vətəndaşların təhlükəsizliyini təmin etməyə çağırıb və bu cür hərəkətlərə nə zaman son qoyulacağını soruşub.Yeganə...
04 Fevral 2026, 13:37
Azərbaycan və Pakistan HDQ-ləri arasında əməkdaşlıq gücləndiriləcək
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov Pakistanda səfər edib.Citypost.az xəbər verir ki, bu barədə Pakistan donanmasının “X” hesabında məlumat verilib.İslamabad Hərbi Hava Qüvvələrinin qərargahında olan Şahin Məmmədov Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Navid Əşrəflə görüşüb.HDQ komandanları təhlükəsizliyi, təlimlər və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.Eyni zamanda, Azərbaycan və Pakistan Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub. (APA)...
04 Fevral 2026, 13:33
Azərbaycana Sibir mənşəli soyuq hava kütlələri daxil olub
Hazırda ölkə ərazisində hava şəraiti mürəkkəb sinoptik proseslərin təsiri altında formalaşır.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib."Fevralın 3-ü axşam saatlarından başlayaraq şimal-qərb istiqamətindən ölkə ərazisinə daxil olan arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub. Eyni zamanda, rütubətli Aralıq dənizi siklonunun təsiri ilə buludluluq artıb, yağış, bəzi yerlərdə sulu qar, qar yağması müşahidə olunur. Fərqli xüsusiyyətlərə malik hava kütlələrinin qarşılıqlı təsiri nəticəsində atmosferdə təzyiq qradiyenti yüksəlib, qeyri-sabitlik müşahidə olunur. Bu səbəbdən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə edilir. Hazırda Bakı və...
04 Fevral 2026, 13:32
Firuzə Rzayeva elmlər doktoru OLDU
Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin dekanı, dosent Firuzə Ədalət qızı Rzayeva Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28 yanvar 2026-cı il tarixli qərarı ilə pedaqogika elmi sahəsində elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. Citypost.az xəbər verir ki, O, 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ingilis dilinin tədrisi metodikası) ixtisası üzrə bu yüksək elmi dərəcəni əldə edib.Yeganə
04 Fevral 2026, 12:25
Hüseyn Abdullayev şikayətini geri götürdü
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayevin şikayətini geri götürdüyü məlum olub.Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Hüseyn Abdullayev 3 il dövlət və özəl sektorda vəzifə tutmaq hüququ məhdudlaşdırılmaqla 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında...
04 Fevral 2026, 12:03