Hüseyn Abdullayev şikayətini geri götürdü
Cəmiyyət 04 Fevral 2026, 12:03
171
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Citypost.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayevin şikayətini geri götürdüyü məlum olub.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Hüseyn Abdullayev 3 il dövlət və özəl sektorda vəzifə tutmaq hüququ məhdudlaşdırılmaqla 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırmalar aparılmış və daxil olmuş materiallar İstintaq idarəsinə təqdim edilməklə istintaq yolu ilə araşdırılıb.
İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata kiçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilməklə, leqallaşdırma hesabına əldə edilmiş əmlaklar, digər qanunsuz maliyyə əməliyyatları və əqdlər barədə ayrı-ayrı ölkələrə hüquqi yardımların göstərilməsi ilə bağlı vəsatətlər göndərilib, eləcə də, həmin ölkələrin səlahiyyətli orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində zəruri olan bütün tədbirlər icra edilir.
Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib.
O, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.(APA)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şəhid polkovnik Emil Nəzərovun xatirəsi yad edildi
Bu gün, 30 noyabr, Azərbaycan Silahlı Qüvvələri və Sərhəd Qoşunları polkovniki, Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzasında şəhid olan Emil Nəzərovun doğum günüdür. Citypost.az xəbər verir ki, onun xatirəsi II Fəxri Xiyabanda anılıb, mərasimdə ailə üzvləri və yaxınları iştirak ediblər.Məlumat üçün bildirək ki, Emil Nəzir oğlu Nəzərov 4 fevral 1969-cu ildə Lənkəran rayonunun Viravul kəndində anadan olub. 1976–1986-cı illərdə Viravul kənd orta məktəbində təhsil alıb, 1987–1990-cı illərdə Lomonosov adına Hərbi Aviasiya Mühəndisləri Məktəbində təhsilini davam etdirib. Hərbi xidmətə leytenant rütbəsində göndərişlə başlayıb və Zaqafqaziya hərbi dairəsinin indiki Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissədə təyyarə texniki vəzifəsində xidmət...
04 Fevral 2026, 12:40
Firuzə Rzayeva elmlər doktoru OLDU
Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin dekanı, dosent Firuzə Ədalət qızı Rzayeva Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28 yanvar 2026-cı il tarixli qərarı ilə pedaqogika elmi sahəsində elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. Citypost.az xəbər verir ki, O, 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ingilis dilinin tədrisi metodikası) ixtisası üzrə bu yüksək elmi dərəcəni əldə edib.Yeganə
04 Fevral 2026, 12:25
Dünyanı ağ-qara yox, çalarları ilə görən ALİM
Bu gün təqvimdə sadəcə bir tarix deyil. Bu gün dünya elminin düşünmə tərzini dəyişmiş, insan ağlının sərhədlərini yenidən cızmış böyük bir azərbaycanlının – Lütfi Zadənin doğum günüdür. 4 fevral 1921-ci ildə Bakının Novxanı kəndində dünyaya gələn Lütfəli Rəhim oğlu Ələsgərzadə zamanın gedişində yalnız adını yox, elmin öz dilini də dəyişdi. O, dünyaya “ya var, ya yox” kimi baxmağı öyrədən minillik məntiqi sındırdı və insan düşüncəsinə daha yaxın, daha canlı, daha həyat dolu bir elmi fəlsəfə bəxş etdi. Lütfi Zadə elmi kabinetlərdə qapanıb qalan alimlərdən olmadı; onun ideyaları gündəlik həyatın içinə girdi, texnologiyaya can verdi, maşınlara düşünməyi öyrətdi.Onun həyat yolu taleyin...
04 Fevral 2026, 11:55
Yetkinlər də aliment tələb edə bilər
Cəmiyyətimizdə aliment məsələsi adətən yetkinlik yaşına çatmayan uşaqlarla əlaqələndirilsə də, qanunvericilik bu anlayışı daha geniş çərçivədə tənzimləyir. Az bilinən, lakin hüquqi baxımdan mühüm olan məqamlardan biri də yetkinlik yaşına çatmış şəxslərin müəyyən hallarda valideynlərindən aliment tələb etmək hüququnun olmasıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi bu məsələni aydın şəkildə təsbit edir və konkret hüquqi mexanizmlər müəyyənləşdirir.Citypost.az-ın məlumatına görə,Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxslər valideynlərindən aliment tələb edə bilərlər. Bu norma valideyn–övlad münasibətlərində qarşılıqlı sosial məsuliyyət prinsipinə əsaslanır və ailə üzvlərinin bir-birinə dəstəyini hüquqi müstəvidə qoruyur.Qanunvericiliyə görə, aliment öhdəliyi...
04 Fevral 2026, 11:34
Nigar Köçərli “Liv Bona Dea”nı məhkəməyə VERDİ
“Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli paytaxtdakı “Liv Bona Dea” tibb müəssisəsinə qarşı məhkəməyə müraciət edəcəyini açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib və hüquqlarını vəkil Zibeydə Zəkəriyyəyevanın qoruyacağını bildirib.Citypost.az-ın məlumatına görə, Köçərli vurğulayıb ki, məqsədi insan sağlamlığı üzərindən yüksək məbləğlər əldə edib, zəruri tibbi xidmət göstərməyən sistemə qarşı çıxmaqdır: “Mən uzun bir mübarizə yoluna qədəm qoyuram və bu yolda tək deyiləm. Bu strukturların fəaliyyəti nəticəsində əziyyət çəkmiş bütün xəstələrin səsini daşıyıram. Xəstəliyi biznesə çevirənlərə qarşıyıq və peşəkar tibbi xidmət tələb edirik. Qiyməti böyük, xidməti isə aşağı səviyyədə olan yanaşmaya etiraz edirik”, – deyə o yazıb.Məlumat...
04 Fevral 2026, 11:09
Emil Abbasov mərhum Ramiz Mirzəyevin kürəkəni imiş
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yanvarın 30-da vəzifəsindən azad olunub. Hazırda onu birinci müavini Emil Abbasov əvəz edir.Yerli medianın yazdığına görə,E.Abbasov məşhur hüquqşünas İlqar Abbasovun oğludur.İ.Abbasov uzun illər hakim kimi fəaliyyət göstərib. Belə ki,O,bir müddət Mərkəzi Seçki Komissiyasının üzvü,Abşeron,Yasamal və Sabunçu Rayon Məhkəmələrinin sədri olub. Son iş yeri Sabunçu Məhkəməsi olub. İlqar Abbasov hazırda karyerasını vəkil kimi davam etdirir. 1 iyul 2022-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.CityPost.az-ın əldə etdiyi məlumata görə,Emil Abbasov YAP-ın Xətai Rayon Təşkilatının sabiq sədri,SOCAR-ın “Azərneftyağ”İstehsalat Birliyinin sabiq baş direktoru,Energetika naziri müavini postunu tutmuş,AFFA-nın keçmiş prezidenti mərhum Ramiz Mirzəyevin qızı,Şəmkir Rayon İcra Hakimiyyətinin 14 il başçısı,Kənd...
04 Fevral 2026, 11:04