Bizə yazın

Baku

-°C

USD

-

Bu ölkədə “Şuşa” parkı salınacaq

Cəmiyyət 12 Fevral 2026, 10:13

278

Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa” parkı salınacaq.

Bu barədə CityPost.az-a  Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan-Bolqarıstan hökumətləri və Veliko Tırnovo bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində parkın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.

“Şuşa” parkı layihəsinin iki ölkə arasında mədəni və diplomatik münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyi qeyd olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ardıcıl 3 gün iş olmayacaq 

Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq.CityPost.az  xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyindən növbəti gün - 9 mart da qeyri-iş günü hesab olunacaq.Beləliklə, 7 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar ölkədə 3 gün ardıcıl qeyri-iş günü olacaq.metbuat

12 Fevral 2026, 11:23

Qulu Məhərrəmlidən Azər Qasımlıya DƏSTƏK

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Citypost.az xəbər verir ki, məhkəmə prosesindən sonra BDU-nun professoru Qulu Məhərrəmli sosial şəbəkə hesabında paylaşım edərək ittiham tərəfinin tələbini ədalətsiz adlandırıb. O bildirib ki, ağır cinayətə dair yetərli sübutlar olmadığı halda Azər Qasımlı kimi intellektual və vətənpərvər bir şəxsə 13 il həbs cəzasının istənilməsi qəbuledilməzdir.Məlumat üçün bildirək ki, Azər Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə ittiham olunur.Əli...

12 Fevral 2026, 10:36

Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olunub

Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olunub.APA-nın xəbərinə görə, deportasiya gecə saatlarında baş tutub.G.Hacıbəyli hələlik istintaqa cəlb olunmayıb, barəsində hər hansı qətimkan tədbiri yoxdur.Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə yazılıb.Qeyd edək ki, Gültəkin Hacıbəyli ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb. Özünün sosial media hesabında verdiyi məlumata görə, Ankara məhkəməsi barəsində G-82 maddəsi — dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici terror təşkilatına üzvlük ittihamı irəli sürülüb.Xatırladaq ki, G-82 məhdudlaşdırma (təhdid) kodu...

12 Fevral 2026, 09:46

Dünya bazarlarında neftin qiyməti artıb

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin aprel müqaviləsinin dəyəri 0,27% artaraq 1 barelə görə 69,59 ABŞ dolları təşkil edib.CityPost.az-ın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,36% artaraq 64,86 ABŞ dollarına bərabər olub.

12 Fevral 2026, 09:42

“Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın” - Prezident 

“Hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın”.CityPost.az   xəbər verir ki, bunu  Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.“Yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”, - dövlət başçısı qeyd edib....

11 Fevral 2026, 21:05

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.CityPost.az-ın  məlumatına görə, Qaradağ rayonunda 38 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini və müxtəlif vaxtlarda ondan 800 manatı aldığını bildirib.Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 23 yaşlı E.Quluzadə müəyyən olunaraq saxlanılıb.Faktla bağlı araşdırma aparılır....

11 Fevral 2026, 19:12