Mehdiyevin "kabinet"i kölgədə qaldı və ya Əlinin əli kimin cibindən çıxdı?
Cəmiyyət 14 Fevral 2026, 08:34
1657
Azərbaycanda xalq hərəkatının şinelindən çıxmış istənilən kəsdən Xalq Cəbhəsində kimin öz lideri Əbülfəz Elçibəyə xəyanət etdiyini soruşsanız, birmənalı olaraq Əli Kərimlinin adını eşidəcəksiniz. Bir vaxtlar ölkənin ən böyük siyasi qüvvələrindən birini parçalayıb, hərəkatın sadiq iştirakçılarını pərən-pərən salan bu adam, sonradan ətrafına topladığı boz, qaragüruh kütlənin köməyilə müxalifət lideri obrazına girməyə çalışsa da, onun bu rolu inandırıcı alınmadı. Əli Kərimli cəmiyyətin siyasətlə maraqlanan kəsiminin yaddaşında yalnız mahir intriqa ustası və xəyanətkar obrazı ilə qala bildi.
Lakin xəyanətin düşərgəsi olmur. Belələrinə müxalifətdə olduğu kimi, hakimiyyətdə də rast gəlinə bilər - Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev kimi.
Dünən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) açıqladığı faktlar isə göstərdi ki, öz liderinə və təmsil olunduğu siyasi düşərgəyə, komandaya naxələf çıxmağa qadir olan adamlar rahatlıqla xalqına və dövlətinə də xəyanət edə bilərlər.
Müasir Azərbaycanın dövlətçilik tarixində bir sıra xəyanət şəbəkələrinin ifşa olunmasını müşahidə etmişik. Bu şəbəkələrinin ifşası təkcə hüquqi prosedur deyil, həm də milli təhlükəsizlik arxitekturasının "xərçəng hüceyrələrindən" təmizlənməsi prosesi kimi qiymətləndirilməlidir.
Mahiyyəti və xisləti etibarilə yad maraqlara və kənar güc mərkəzlərinə xidmət edən bu şəbəkənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi və regional gücdən qlobal söz sahibinə çevrilməsi ilə eyni vaxtda aktivləşməsi bir sıra mətləblərdən xəbər verir.
DTX-nin yaydığı videomaterialda Ramiz Mehdiyev, baş nazirin sabiq birinci müavini Abbas Abbasov, Əli Kərimli və digərlərinin xarici ölkənin xüsusi xidmət orqanı ilə əlaqəli fəaliyyət göstərdikləri deyilsə də, həmin xarici ölkənin adı çəkilmir. Ancaq danışıqların aparıldığı dildən və məzmundan söhbətin qonşu Rusiyadan getdiyi tam aydın olur. Bunu həmçinin rus dilində hazırlanan, "dövlət idarəetmə sisteminin yenidən qurulması" adlı faktiki çevriliş planı və Əli Kərimliyə göndərilən məktub da sübut edir.
DTX-nin yaydığı səs yazıları və əməliyyat çəkilişləri birmənalı şəkildə təsdiqləyir ki, Ramiz Mehdiyev, Abbas Abbasov və Əli Kərimli kimi ilk baxışda fərqli ideoloji qütblərdə görünsələr də, xarici xüsusi xidmət orqanlarının birbaşa diqtəsi ilə ölkədə Konstitusiya quruluşunu devirmək, hakimiyyəti zorla ələ keçirmək və dövlət çevrilişi həyata keçirmək kimi son dərəcə təhlükəli, qanlı bir ssenarinin əsas icraçıları qismində çıxış ediblər.
Həmçinin oxuyun
Açıqlanan sənədlərdən məlum olur ki, bu şəbəkə sadəcə ölkədə qarışıqlıq salmaq, hakimiyyəti devirmək istəyən bir qruplaşma yox, eyni zamanda Azərbaycanın suverenliyinə qarşı yönəlmiş xarici təhdidlərin həyata keçməsinə alət olmuş "beşinci kolon"dur.
Mehdiyevin evindən çıxan qutularla pul, şəbəkənin pulköçürmə sənədləri, təxribatların törədilməsi üçün əlaltılarına paylanan nağd vəsaitlərin görüntüləri də göstərir ki, bu şəbəkənin hər bir addımı xarici ölkələrin kəşfiyyat orqanları ilə sinxronlaşdırılıb.
Onların strateji hədəfi Azərbaycanın müstəqil xarici siyasət kursunu zəiflətmək, cəmiyyətdə dövlətə qarşı süni inamsızlıq toxumları səpmək və beləliklə, ölkəni xarici qüvvələrin asan hədəfinə çevirmək olub. Yayılan görüntülərdən də aydın olur ki, mənimsənilən və leqallaşdırılan 17 milyon manatdan artıq vəsait məhz bu dağıdıcı fəaliyyətlərin maliyyələşdirilməsinə, saxta media resurslarının saxlanılmasına və cəmiyyəti parçalayan təbliğat kampaniyalarına yönəldilib.
Şəbəkənin apardığı bu fəaliyyətin ən pik nöqtəsi isə Vətən müharibəsi ərəfəsinə təsadüf edir. Bütün xalqın və dövlətin torpaqlarımızın xilasına kökləndiyi bir vaxtda, onlar ictimai rəydə Azərbaycanın sarsıdıcı hərbi zərbə alacağı və bu müharibədən uduzmuş tərəf kimi çıxacağı barədə məqsədli şəkildə "məğlubiyyət fəlsəfəsi" aşılamağa çalışırdılar.
Bu sistemli təxribat zəncirində xaricdə sığınacaq tapan və "söyüş müxalifəti" kimi tanınan marginal qrupların da eyni şəbəkə tərəfindən idarə olunması və maliyyələşdirilməsi faktı, Mehdiyev-Abbasov-Kərimli ittifaqının nə qədər geniş bir mexanizm qurduğunu birmənalı sübut edir. Psixoloji təzyiq aləti və beyinləri bulandırma vasitəsinə çevrilən bu qruplar ölkə daxilindəki radikal ünsürlərlə sinxron hərəkət edir, Azərbaycanın beynəlxalq imicini ləkələmək və cəmiyyətdə daimi narahatlıq atmosferi yaratmaq üçün vahid mərkəzin əlində oyuncağa çevriliblər.
Lakin DTX-nin açıqladığı faktlar Azərbaycanın müstəqil siyasi iradəsinə qarşı yönəlmiş, onilliklər boyu incəliklə hörülmüş sistemli təxribatların anatomiyasını gün işığına çıxarmış oldu. Bu, bir daha təsdiqlədi ki, Azərbaycan dövləti öz daxilindəki heç bir xəyanət yuvasına aman verməyəcək qədər güclüdür və milli suverenliyimizə yönələn hər bir əl, kimliyindən və keçmiş vəzifəsindən asılı olmayaraq, xalqın və qanunun dəmir yumruğu ilə qarşılaşacaqdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.Bu barədə Citypost.az-a BŞTİ-dən məlumat verilib.Bildirilib ki, İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçirilən görüşdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı, millət vəkilləri Fazil Mustafa və Hikmət Babaoğlu, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, təhsil müəssisəsinin pedaqoji kollektivi, şəhid ailələri, media təmsilçiləri, valideynlər və digər qonaqlar iştirak ediblər.Bildirilib ki, qonaqlar əvvəlcə təhsil ocağının foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə...
16 Aprel 2026, 17:05
Naxçıvan iqtisadiyyat nazirinin yeni müavini təyin edilib
Naxçıvan Muxtar Respublikası (MR) iqtisadiyyat nazirinə yeni müavin təyin edilib.Qurumun mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata əsasən, bu vəzifəyə Müslüm Əli oğlu Cabbarzadə təyin edilib.Qeyd edək ki, M.Cabbarzadə bundan əvvəl muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, rəis vəzifələrini icra edib.
16 Aprel 2026, 17:00
AAYDA: Bibiheybət yolunda bərpa işləri yekunlaşdırılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərini yekunlaşdırıb.Bu barədə Citypost.az-a qurumdan bildirilib.Məlumata görə, ərazidə mümkün əlavə risklərin qarşısını almaq üçün qabaqlayıcı və təhlükəsizlik tədbirləri də paralel şəkildə həyata keçirilib.Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılıb. "İnşaat Norma və Qaydaları"na uyğun olaraq yeni torpaq yatağı və yol əsası inşa edilib, daha sonra həmin hissəyə tələb olunan qalınlıqda yeni asfalt örtüyü döşənib. Bununla yanaşı, ərazi boyunca səth sularının effektiv şəkildə kənarlaşdırılması üçün xüsusi drenaj tədbirləri görülüb.Əraziyə cəlb olunmuş işçi qüvvəsi və xüsusi texnikaların fasiləsiz və operativ fəaliyyəti nəticəsində təxirəsalınmaz...
16 Aprel 2026, 16:43
“Azərkosmos”-un Nizamnamə kapitalı artırılıb
Nazirlər Kabineti 26 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Kosmik Agentliyin ("Azərkosmos") Nizamnaməsi"ndə dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, "Azərkosmos"un nizamnamə kapitalı 94 000 000 manat və yaxud 19,85 % artırılaraq 473 605 880 manatdan 567 605 880 manata çatdırılıb.
16 Aprel 2026, 16:30
DGK Ermənistandan mal idxalını şərh edib
Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızıl gül idxal edilib.Bu barədə Citypost.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.Qeyd olunub ki, “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.Qeyd edək ki, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757.48 min ABŞ dolları dəyərində məhsul ixrac edib.Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu dövrdə Ermənistandan Azərbaycana idxal olunan məhsulların dəyəri isə 960 ABŞ dolları təşkil edib.Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə...
16 Aprel 2026, 16:21
Milli Bank BOKT-u cərimələyib
Mərkəzi Bank ləğv prossesində olan “Finoko” bank olmayan kredit təşkilatını (BOKT) inzibati məsuliyyətə cəlb edib.Citypost.az bu barədə AMB məlumat yayıb.Belə ki, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə “Finoko” BOKT ASC (ləğv prosesindədir) 2000 manat məbləğində cərimə edilib.
16 Aprel 2026, 15:44