Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Siyasət 16 Aprel 2026, 16:49
523
Aprelin 16-da Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.
APA-nın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Hökumətlərarası Komissiyanın Rusiya tərəfindən sədri, Rusiya Federasiyası hökumətinin sədr müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.
İclasda Komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev çıxış edərək azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. Ş.Mustafayev bildirib ki, işğal dövründə tamamilə dağıdılmış infrastruktur hazırda müasir standartlara uyğun şəkildə bərpa olunur, yollar, körpülər, tunellər, inşa edilir, yaşayış və sosial obyektlər yaradılır.
Baş nazirin müavini bildirib ki, Azərbaycan Respublikası Rusiya Federasiyası ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.
Qeyd olunub ki, ikitərəfli əməkdaşlığın ardıcıl və dinamik inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən həyata keçirilən siyasi iradə və strateji kursla müəyyən olunur. Xüsusilə 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ikitərəfli münasibətlərə mühüm impuls verdiyi vurğulanıb.
Şahin Mustafayev Azərbaycan və Rusiya prezidentlərinin ötən ilin oktyabrında Düşənbədə keçirilmiş görüşünün ikitərəfli əməkdaşlıqla yeni mərhələnin əsasını qoyduğunu, mart ayında Bakıda baş tutmuş yüksək səviyyəli təmasların isə praktik nəticələr verdiyini bildirib. O, mürəkkəb regional şəraitə baxmayaraq, əməkdaşlığın davamlı inkişaf etdiyini xüsusi qeyd edib.
Çıxışda Azərbaycanın regional sabitliyə və humanitar əməkdaşlığa verdiyi töhfələrə toxunaraq, İran ərazisindən Rusiya vətəndaşlarının təxliyəsində göstərilən operativ dəstək, eləcə də Rusiya humanitar yardımının Azərbaycan ərazisindən tranziti üçün yaradılan şərait vurğulanıb. Bildirilib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi mövcud mürəkkəb geosiyasi şəraitdə də etibarlı və fasiləsiz fəaliyyət göstərərək öz rəqabətqabiliyyətini sübut edib.
İqtisadi məsələlərə toxunan Ş.Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan ərazisindən müxtəlif istiqamətlərən, o cümlədən Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı məhudiyyətlərin aradan qaldırılması regionda etimadın möhkəmləndirilməsinə və nəqliyyat-logistika əməkdaşlığının genişlənməsinə xidmət edir. Hazırda Azərbaycan ərazisindən tranzitlə Ermənistana təxminən 26 min ton yük daşınıb.
Kənd təşərrüfatı məhsulları üzrə ticarətin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, Rusiya bazarı Azərbaycan qeyri-neft ixracının əsas istiqamətlərindən biri olaraq qalır.
Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərinin əsas istiqamətlərindən biri ticarət-iqtisadi əməkdaşlıqdır. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarına çatıb. Çıxışda investisiya əməkdaşlığının müsbət dinamikası xüsusi qeyd edilib. Bildirilib ki, Rusiyanın Azərbaycana yatırdığı ümumi investisiyaların həcmi 10,5 milyard ABŞ dollarını, o cümlədən qeyri-neft sektorunda 2,9 milyard dolları ötüb. İnvestisiya əməkdaşlığı müsbət dinamika nümayiş etdirir və Azərbaycanda 1400-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan investisiyalarının da Rusiya iqtisadiyyatında mövqelərinin möhkəmləndiyi, sanatoriya, sənaye və istehsal layihələrinin uğurla icra olunduğu bildirilib.
Həmçinin oxuyun
Şahin Mustafayev nəqliyyat-logistika sahəsini əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi dəyərləndirib. Xüsusilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının strateji əhəmiyyəti vurğulanıb, dəhliz üzrə infrastrukturun modernləşdirilməsi və rəqəmsallaşdırmanın yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracağı qeyd olunub. Bildirilib ki, 2028-ci ildən etibarən Azərbaycan ərazisindən illik daşımaların həcmi azı 5 milyon ton, sonrakı mərhələdə isə 15 milyon ton səviyyəsinə çatdırılacaq.
Şahin Mustafayev Araz vadisi iqtisadi zonasında “Kamaz” servis mərkəzinin və Qubadlının Mahruzlu kəndində Həştərxan qubernatorluğu tərəfrindən uşaq bağçasının tikintisini yüksək qiymətləndirib və Rusiya tərəfinə təşəkkür edib.
Rusiya tərəfdən çıxış edən Rusiya Federasiyası Höküməti sədrinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığını qeyd edib. O, nəqliyyat-logistika, sənaye və aqrar sahələrinin əsas prioritetlər olduğunu bildirib, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının regional və beynəlxalq ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynadığını vurğulayıb. Overçuk Zəngilanda aparılan bərpa işlərini yüksək qiymətləndirərək, bu ərazilərin birgə layihələr üçün yeni imkanlar yaratdığını qeyd edib.
İclas zamanı tərəflər ticarət, investisiya, maliyyə, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm və humanitar sahələr üzrə əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər üzrə koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd ediblər.
A.Overçuk Rusiya Federasiyası tərəfindən İran İslam Respublikasına göndərilimiş humanitar yardımın Azərbaycan ərazisindən keçərək ünvana çatdırılmasında göstərdiyi yardıma görə təşəkkürünü bildirib.
Sonda Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiriləcəyi, əldə olunmuş razılaşmaların ardıcıl şəkildə icrasının davam etdiriləcəyi vurğulanıb.
İclasın yekunlarına dair Ş.Mustafayev və A.Overçuk Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasının Protokolunu imzalayıblar.
Zəngilan səfəri çərçivəsində Azərbaycan–Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərində, Ağalı kəndində olublar, Ağbənd avtomobil körpüsü, Horadiz–Ağbənd dəmir yolu layihəsi, habelə sərhəd-keçid məntəqəsinin infrastrukturunun tikintisi ilə tanış olublar. Qeyd edilib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni qolunun əsas komponenti, Horadiz–Ağbənd dəmir yolu Zəngəzur dəhlizinin mühüm həlqəsini formalaşdıracaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sahibə Qafarova Simonyanla görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova erməni həmkarı Alen Simonyanla görüşüb.Citypost.az xəbər verir ki, spikerlər İstanbulda Parlamentlərarası Birliyin 152-ci plenar iclasında iştirak zamanı ayaqüstü bir araya gəliblər.
16 Aprel 2026, 16:05
Sahibə Qafarova Matviyenko ilə görüşdü
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası məlumat yayıb.Bildirilib ki, görüş İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.Rusiya parlamentinin yuxarı palatasının sədri Rusiya-Azərbaycan münasibətlərinin inkişaf üçün böyük potensiala malik olduğunu bildirib: "Biz Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə sadiqik".Valentina Matviyenko AZAL təyyarə qəzasının nəticələrinin həlli prosedurunun bu yaxınlarda başa çatmasının vacibliyini qeyd edib və Azərbaycan tərəfinə başsağlığı verib.Matviyenko Azərbaycanla münasibətlərdə yeni bir mərhələnin başladığını elan edib. Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında AZAL təyyarə qəzasının nəticələri ilə bağlı yekun razılaşma Rusiya-Azərbaycan münasibətlərinin daha...
16 Aprel 2026, 13:26
Azər Ayxan Macarıstanın yeni geosiyasi xəttindən yazdı
Globalinfo.az saytının təsisçisi, jurnalist və politoloq Azər Ayxan Macarıstanın dünya siyasətindəki rolu ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki. jurnalist bildirib ki, Macarıstan son onilliklərdə beynəlxalq proseslərə ciddi təsir göstərən ölkələrdən biridir. Onun sözlərinə görə, 1989-cu ildə Macarıstanın Avstriya ilə sərhədləri açması “dəmir pərdə”nin zəifləməsində və sosialist blokun dağılmasında mühüm rol oynayıb.Azər Ayxan qeyd edib ki, həmin qərar ardınca Avropada geniş siyasi dəyişikliklərə yol açıb və nəticədə SSRİ-nin süqutu ilə yekunlaşan proseslər sürətlənib.Son illərdə isə Macarıstanın Avropa İttifaqının ümumi siyasətindən fərqli mövqe sərgilədiyini, xüsusilə Viktor Orban rəhbərliyində daha müstəqil xarici siyasət xətti izlədiyini vurğulayıb.Politoloqun sözlərinə görə, Macarıstanın Türk Dövlətləri Təşkilatınə...
16 Aprel 2026, 10:51
Aydın Quliyev: Türkiyədə ictimai gərginlik təhlükəli həddə çatır
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi Aydın Quliyev Türkiyədə baş verən silahlı məktəb insidentləri ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, Şanlıurfa və Qəhrəmanmaraşda məktəblərə silahlı basqınların baş verməsi sıradan hadisə deyil və ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, hadisə ilə bağlı saxlanılanlar arasında valideyn-polis əməkdaşının olması məsələnin daha da diqqətçəkən tərəfidir.Aydın Quliyev qeyd edib ki, bu cür hadisələrdən sonra konkret qurumlarda istefalar və məsuliyyətin müəyyənləşdirilməsi gözlənilsə də, əvəzində yalnız “gurultulu bəyanatlar” səsləndirilir.Baş redaktor əlavə edib ki, Türkiyənin daxili ictimai və siyasi mühitində münasibətlərin sürətlə gərginləşdiyi müşahidə olunur. Onun fikrincə, ictimai qruplar və siyasi partiyalar...
16 Aprel 2026, 10:36
Ekspert: İran–ABŞ qarşıdurması atəşkəs mərhələsinə keçir
Hüquqşünas, vəkil Fərhad Mehdiyev İran–ABŞ münasibətlərində son vəziyyətlə bağlı qiymətləndirmə aparıb.Citypost.az xəbər verir ki, vəkil bildirib ki, İran və ABŞ arasında aktiv müharibə fazasının başa çatdığını qeyd etmək olar. Onun sözlərinə görə, münaqişə artıq mümkün eskalasiya həddinə çatıb. Fərhad Mehdiyev vurğulayıb ki, İrana desant çıxarılması cəhdi uğursuz olub, eyni zamanda Hörmüz boğazı üzərindən blokada planı da nəticə verməyib. ABŞ-ın İrana qarşı geniş beynəlxalq koalisiya formalaşdıra bilmədiyini qeyd edən hüquqşünas əlavə edib ki, ABŞ-da seçki dövrünün yaxınlaşması və Donald Trump üçün müəyyən edilən 60 günlük müddətin tamamlanması da proseslərə təsir edir.Ekspert hesab edir ki, tərəflər arasında qalıcı sülh razılaşması deyil, daha...
16 Aprel 2026, 10:24
Xəqani Cəfərli: Siyasətdə ifrat emosiyalar cəmiyyət üçün təhlükə yaradır
Politoloq Xəqani Cəfərli sosial şəbəkədə paylaşdığı açıqlamada siyasətdə ifrat emosiyaların təhlükələrinə diqqət çəkib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, siyasətdə həddindən artıq sevgi və ya nifrət cəmiyyət üçün ciddi risklər yaradır. Onun sözlərinə görə, bu cür ifrat hisslər müəyyən qüvvələr tərəfindən kütlələri yönləndirmək və öz məqsədlərini həyata keçirmək üçün əlverişli şərait yaradır. Politoloq qeyd edib ki, belə tendensiyalar Azərbaycan cəmiyyətinin uzun illər ərzində formalaşmış mədəni inkişafına ciddi zərbə vura bilər.Xəqani Cəfərli İran nümunəsinə istinad edərək vurğulayıb ki, İran İslam İnqilabı qısa müddətdə baş verməyib, bu proses uzun illər ərzində formalaşan ideoloji zəmin üzərində qurulub. Onun fikrincə, teokratik düşüncə əvvəlcə cəmiyyətin...
16 Aprel 2026, 10:13