Bizə yazın

Baku

-°C

USD

-

“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirilib

Cəmiyyət 16 Aprel 2026, 17:05

497

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.

Bu barədə Citypost.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçirilən görüşdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı, millət vəkilləri Fazil Mustafa və Hikmət Babaoğlu, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, təhsil müəssisəsinin pedaqoji kollektivi, şəhid ailələri, media təmsilçiləri, valideynlər və digər qonaqlar iştirak ediblər.

Bildirilib ki, qonaqlar əvvəlcə təhsil ocağının foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika dərsinin tədrisi prosesini izləyiblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qonaqları salamlayan gimnaziyanın direktoru Səadət Cahandarova məktəbin cəmiyyətlə açıq dialoq qurması baxımından görüşün xüsusi əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, ictimaiyyətin təhsilə etimadının daha da gücləndirilməsi, məktəbin, müəllimin nüfuzunun artırılması məhz bu cür müzakirə platformalarından başlayır. Gimnaziyanın fəaliyyətinə dair təqdimatla çıxış edən S.Cahandarova qeyd edib ki, şagirdlərə keyfiyyətli təhsil verməklə yanaşı, cəmiyyətin gözləntilərinə uyğun açıq və müasir təhsil mühiti formalaşdırmaq qarşıya qoyduqları əsas məqsədlərdəndir.

Millət vəkili Fazil Mustafa çıxışında təhsil ocaqlarında stimullaşdırıcı üsulların daha geniş tətbiqinin vacibliyini vurğulayıb. Qeyd edib ki, şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması və bu istiqamətdə davamlı dəstək mexanizmlərinin qurulması onların dünyagörüşünün inkişafında mühüm rol oynayır. Millət vəkili həmçinin əlavə edib ki, müasir təhsil mühiti şagirdləri düşünməyə, araşdırmağa və öyrəndiklərini paylaşmağa təşviq edən yanaşmalar üzərində qurulmalıdır.

Məktəbin peşəkar və cəmiyyətə faydalı fərdlərin yetişdirilməsi istiqamətində daşıdığı mühüm missiyadan bəhs edən millət vəkili Hikmət Babaoğlu gimnaziyanın fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, təhsil ocağında yaradılan mühit şagirdlərin həm akademik biliklərinin inkişafına, həm də şəxsiyyət kimi formalaşmasına geniş imkanlar yaradır.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı media ilə təhsil müəssisələri arasında açıq dialoqun cəmiyyətin düzgün məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyib, məktəblərin fəaliyyətinin ictimaiyyətə daha dolğun və obyektiv çatdırılmasında bu cür müzakirə platformalarını yüksək qiymətləndirib.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə təhsil sistemi üçün bu cür müzakirə platformalarının vacibliyindən danışıb, ictimai rəyin öyrənilməsini təhsil siyasətinin daha effektiv qurulmasına xidmət etdiyini vurğulayıb.

BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məktəblərlə cəmiyyət arasında açıq və davamlı kommunikasiya mühitinin daha da genişləndirilməsinin vacibliyindən söz açıb. Bildirib ki, ictimai müzakirələr vasitəsilə təhsil müəssisələrinin fəaliyyəti daha şəffaf şəkildə təqdim olunur, eyni zamanda ictimaiyyətin gözləntilərini birbaşa dinləmək imkanı yaranır.

Görüşdə çıxış edən müəllimlər və valideynlər uşaqların hərtərəfli yetişdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın üstünlüklərindən söz açıb, şagirdlər öz uğur hekayələrini iştirakçılarla bölüşüblər. Görüş zamanı şagirdlərin ifasında kompozisiyalar təqdim olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib 

Bu ilin yanvar-mart aylarında Azərbaycanda bir istehlakçı orta hesabla ayda 662,1 manat və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,8 manat çox vəsait xərcləyib.CityPost.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 20,4 milyard manat təşkil edib.Bu göstərici 2025- ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə 4,6 faiz artıb.Ümumi dəyərin 78,1 faizini pərakəndə ticarət dövriyyəsi, 18,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2025-ci...

16 Aprel 2026, 18:12

Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.APA-nın yerli bürosunun məlumatına görə, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.Şahid R.M. təqsirləndirilən Gündüz Abbasovu tanıdığını bildirib. O deyib ki, Gündüz Abbasova 45 min dollar verib. Onun sözlərinə görə, həmin vəsaitdən ona da pul çatmalı imiş.Dövlət ittihamçısı bildirib ki, şahidin ifadəsində bəzi ziddiyyətlər var.İş üzrə zərərçəkmiş kimi tanınan Dövlət İmtahan Mərkəzinin nümayəndəsi vəsatət qaldırıb. O bildirib ki, iş üzrə ibtidai istintaqda dindirilən bir qrup şəxs məhkəməyə gəlməyib. DİM nümayəndəsi məhkəmədən xahiş edib ki, həmin şəxslər...

16 Aprel 2026, 17:50

Allahşükür Paşazadə Türkiyədə məktəblərə silahlı hücumlarla əlaqədar başsağlığı verib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.A.Paşazadənin Türkiyə Diyanət İşləri Başkanı Safi Arpaquşa ünvanladığı məktubda son günlərdə Şanlıurfa və Kahramanmaraşda müəllim və şagirdlərə qarşı törədilmiş qətl hadisələrinə diqqət çəkilib. QMİ sədri hadisələrin Azərbaycan xalqının və şəxsinin kədərinə səbəb olduğunu vurğulayıb:"Ümid edirəm ki, qardaş Türkiyədə mövcud olan əmin-amanlığa xələl gətirən bu kimi hadisələr bir daha təkrarlanmayacaq.Kədərinizi sizinlə bölüşür, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına öz adımdan, Qafqaz və Azərbaycan müsəlmanları adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan şəfalar diləyirəm".Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı...

16 Aprel 2026, 17:35

Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək 

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası təşkil ediləcək.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi məlumat yayıb.Aktiv məşğulluq tədbiri aprelin 22-də saat 11:00-da Cəbrayıl şəhəri, M.Mehdizadə adına tam orta məktəbdə keçiriləcək.Tədbirdə işaxtaran şəxslərə 20 müəssisə tərəfindən növbətçi mühəndis, aqronom, nəqliyyat üzrə mütəxəssis, mexanik, elektrik montyoru, mühəndis, operator, qaynaqçı, avtokar sürücüsü, fəhlə, usta və s. peşə istiqamətləri üzrə 100-ə yaxın vakansiya təqdim ediləcək.Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir....

16 Aprel 2026, 17:21

Naxçıvan iqtisadiyyat nazirinin yeni müavini təyin edilib 

Naxçıvan Muxtar Respublikası (MR) iqtisadiyyat nazirinə yeni müavin təyin edilib.Qurumun mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata əsasən, bu vəzifəyə Müslüm Əli oğlu Cabbarzadə təyin edilib.Qeyd edək ki, M.Cabbarzadə bundan əvvəl muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, rəis vəzifələrini icra edib.

16 Aprel 2026, 17:00

AAYDA: Bibiheybət yolunda bərpa işləri yekunlaşdırılıb 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərini yekunlaşdırıb.Bu barədə Citypost.az-a qurumdan bildirilib.Məlumata görə, ərazidə mümkün əlavə risklərin qarşısını almaq üçün qabaqlayıcı və təhlükəsizlik tədbirləri də paralel şəkildə həyata keçirilib.Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılıb. "İnşaat Norma və Qaydaları"na uyğun olaraq yeni torpaq yatağı və yol əsası inşa edilib, daha sonra həmin hissəyə tələb olunan qalınlıqda yeni asfalt örtüyü döşənib. Bununla yanaşı, ərazi boyunca səth sularının effektiv şəkildə kənarlaşdırılması üçün xüsusi drenaj tədbirləri görülüb.Əraziyə cəlb olunmuş işçi qüvvəsi və xüsusi texnikaların fasiləsiz və operativ fəaliyyəti nəticəsində təxirəsalınmaz...

16 Aprel 2026, 16:43