Nazirlər Kabineti mülkiyyət hüquqların dövlət qeydiyyatı barədə qərar verib
Cəmiyyət 17 Fevral 2026, 09:52
165
Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nda dəyişiklik edib.
CityPost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Həmçinin oxuyun
Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şəmkir Xəstəxanasının direktoru işdən çıxarılıb
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.Citypost.az-nın məlumatına görə, xəstəxananın direktoru Samir Namazov TƏBİB rəhbərliyinin müvafiq əmiri ilə vəzifəsindən azad edilib.Qeyd edək ki, S.Namazov bu vəzifəyə 2025-ci ildə təyin edilib. O, direktor təyin olunmazdan öncə xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. (APA)
17 Fevral 2026, 11:12
Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL
Ramazan ayının təqvimi açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.Qeyd edək ki, Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Ramazan bayramı isə martın 20-də olacaq.
17 Fevral 2026, 11:10
Bakının bu kəndində bu gün işıq olmayacaq
Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq."Azərişıq"dan Citypost.az-a verilən məlumata görə, fevralın 17-də ETSİ ərazisində 35/10/6 kV-luq "Bilgəh" yarımstansiyasında təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
17 Fevral 2026, 10:40
Eldar Əzizov müşavirə keçirdi - Adil Əliyevə TÖHMƏT verdi
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.BŞİH-dən Citypost.az-a verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar.Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin...
17 Fevral 2026, 10:36
Yol polisi yük avtomobili sürücülərinə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərinə müraciət edib.CityPost.az xəbər verir ki, müraciətdə deyilir:"Yük avtomobillərinin iştirakı ilə baş verən yol qəzalarının artması ciddi narahatlıq doğurur. Təsadüfi deyil ki, yük avtomobillərinin sürücüləri tərəfindən yol verilən - sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sağ zolaq boş olduğu halda sol hərəkət zolağına yerləşərək arxadan gələn nəqliyyat axınına yol verilməməsi kimi kobud qayda pozuntuları digər sürücülərin haqlı narazılığına səbəb olmaqla yanaşı, həm də ciddi qəza riski yaradır".Bildirilib ki, nasaz avtomobillərin istismarı, avtomobilin yorğun, yuxusuz halda idarə olunması, yükün düzgün qablaşdırılmaması, sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol verilməsi, yol kənarında qanunsuz parklanma...
17 Fevral 2026, 09:24
Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev həbs olunub
Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev saxlanılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.APA-nın əldə etdiyi məlumata görə, Rusiya hüquq-mühafizə orqanları Qarayevi iki tanışı ilə birlikdə Krasnoyarsk şəhərində saxlayıb.Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsinin məlumatında Qarayevin dələduzluqda şübhəli bilinərək saxlanıldığı qeyd olunub.O, Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda törədilmiş dələduzluğa cəhd) ilə şübhəli bilinir. Vəkil barəsində artıq məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.Ələkbər Qarayevin və tanışlarının Sibiryak Tikinti Şirkətinin (Krasnoyarsk diyarının ən böyük inşaatçısı) prezidenti Vladimir Yeqorovdan rüşvət aldığı iddia...
17 Fevral 2026, 00:17