"Azərsilah"ın Şirvandakı zavodunda qəza baş verib
Cəmiyyət 19 Fevral 2026, 10:23
143
"Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib.
Bu barədə Citypost.az-a Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.
Həmçinin oxuyun
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah pensiyalar artımla tam ödəniləcək
Fevralın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.Qeyd edək ki, 1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları qeyd edilən artımlarla birgə ödəniləcək.Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq....
19 Fevral 2026, 11:13
Metroda qatarların qrafik üzrə hərəkəti bərpa olunub
Bakı metropolitenində bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.Citypost.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.Bildirilib ki, yaranan əlavə sərnişin sıxlığı aradan qaldırılıb.
19 Fevral 2026, 10:49
Yaş artdıqca fertilitet necə dəyişir?
Cəmiyyətdə “bioloji saat” anlayışı adətən qadınlarla əlaqələndirilir və yaş artdıqca yumurta ehtiyatının azalması əsas mövzu kimi təqdim olunur. Halbuki elmi müşahidələr göstərir ki, kişi fertiliteti də yaşla birlikdə dəyişir. Sonsuzluq hallarında kişi və qadın faktorlarının payı təxminən bərabər olsa da, uzun illər tibbi qiymətləndirmə daha çox qadın üzərində aparılıb. Müasir yanaşmada isə reproduktiv sağlamlığın cins fərqi qoyulmadan dəyərləndirilməsi vacib sayılır.Citypost.az-ın məlumatına görə, bioloji baxımdan sperma istehsalı yetkinlik dövründən etibarən fasiləsiz davam edir. Lakin bu proses yaş artdıqca keyfiyyət və kəmiyyət baxımından dəyişir. Erkən iyirmili yaşlardan başlayaraq ejakulyatda olan sperma sayı tədricən azalır. 55 yaşdan yuxarı kişilərdə göstəricilər bəzən sonsuzluq həddinə...
19 Fevral 2026, 10:46
Rektor tələbələrlə görüşdü
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən IV Aqrar Startaplar və İnnovasiya Forumunda uğur qazanan tələbələrlə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, Forumda Gəncə Dövlət Universitetini təmsil edən İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev, şöbənin əməkdaşı Kamran Yusibov, Kimya və biologiya fakültəsinin tələbələri İsfəndiyar Aslan və Zeynəb Nağıyeva iştirak ediblər.Qeyd olunub ki, forumda fəal iştirak edən GDU-nun Kimya və biologiya fakültəsinin tələbələri İsfəndiyar Aslan və Zeynəb Nağıyeva Aqrar İnnovasiya Mərkəzinin “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində keçirilən “Mentor...
19 Fevral 2026, 10:45
Direktorların işə qəbulu başlayır
Fevralın 20-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. Citypost.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsahibə zamanı namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqlar nəzərə alınmaqla ümumilikdə 7 meyar üzrə qiymətləndiriləcəklər.Namizədlər müsabiqə qaydalarına uyğun olaraq müsahibə mərhələsinə ali təhsili, pedaqoji stajı, qiymətləndirmə göstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı nəzərə alınmaqla ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə dəvət ediləcəklər. Qeyd edək ki, ilk 6 gün ərzində baş tutacaq müsahibələrin dəvətləri namizədlərin...
19 Fevral 2026, 10:37
Ərəstun Orucluya hökm oxundu
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.Hökmə əsasən, Ərəstun Oruclu 8 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin ötən il 23 fevral tarixli qərarı...
19 Fevral 2026, 10:26