Bizə yazın

Baku

-°C

USD

-

Mətbuat Şurası jurnalistləri sosial şəbəkə paylaşımlarında peşəkarlığa çağırdı

Cəmiyyət 23 Fevral 2026, 14:12

185

Jurnalist fəaliyyəti cəmiyyətin mənafelərinin qorunmasına yönəlməli, ayrı-ayrı fərdlərin bir-birinə münasibətdəki xoşagəlməz hərəkət və davranışlarının, müxtəlif ədavət formalarının yayılmasında alətə çevrilməməlidir. Jurnalist və media üçün başlıca məqam ictimai motiv olmalıdır.

Citypost.az xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı bəyanatda öz əksini tapıb.

Bildirilib ki, qurumun bunu təbliğ edən açıqlamalarına baxmayaraq, təəssüf ki, bir çox hallarda, tamamilə, əks mənzərə müşahidə edilir:

“Jurnalist və media orqanları bir-birinə qarşı duran tərəflərin sosial şəbəkələr vasitəsilə açıqladıqları məqamları işıqlandırarkən məsələni şəxsi həyatın toxunulmazlığı prizmasından qiymətləndirməlidirlər. Həssas yanaşma və peşəkarlıq bunu tələb edir. Peşəkarlıq tələb edir ki, mübahisə tərəflərinin şəxsi həyatlarının nə dərəcədə ictimai məzmun daşıdığı, onların belə bir statusda olub-olmadıqları müəyyənləşdirilsin”.

Mətbuat Şurası xatırladıb ki, fəaliyyəti ictimai məzmun daşıyan şəxslərin şəxsi həyatlarına baxış fərqlidir. Eləcə də bu kateqoriyadan olanları tənqidetmənin yol verilən hədləri daha genişdir. Tənqid və təqdimatlar isə əsaslandırılmış olmalı, özündə linç elementlərini, təhqir və böhtanı, hüquqi dövlət və sivil cəmiyyət normalarına zidd digər təmayülləri təbliğ etməməlidir:

“Əsas məsələ həm də tərəflərin mübahisə motividir. Jurnalist və media orqanı, ilk növbədə, həmin motivin ictimai məzmun daşıyıb-daşımadığını, qərəzə söykənib-söykənmədiyini nəzərə almalıdır. O da nəzərə alınmalıdır ki, media yayımı ictimai əhəmiyyət kriteriyasına yalnız sağlamlıq və təhlükəsizliyin qorunması, cəmiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, toplumun əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması hallarında uyğun gəlir. Məişət məsələlərinin qabardılmasında, bəsit mübahisələrin, cəmiyyətin dinc və birgəyaşam normalarını təhdid edən eybəcərliklərin təqdimatında isə heç bir ictimai motiv yoxdur və ola bilməz”.

Əlavə edilib ki, informasiya yayımçısı olan media orqanının və jurnalistin bilgi bölüşən sosial şəbəkə istifadəçilərindən fərqi cəmiyyətin maraq və mənafelərini üstün tutması, hadisə və proseslərdə ictimai motivi düzgün qiymətləndirməsidir:

“Əgər jurnalist hansısa sosial şəbəkə istifadəçisinin qərəzə, şəxsi ədavətə hesablanmış paylaşımını olduğu kimi yayırsa, üstəlik həmin paylaşımda adları çəkilən, amma mövzuya aidiyyatı olmayan şəxslərin foto görüntülərini bölüşürsə, deməli, qərəz və ədavətin dərinləşməsində, eyni zamanda, şəxsi həyat prinsiplərinin pozulmasında vasitəyə çevrilir.

Beləliklə, jurnalistin sosial şəbəkə istifadəçisindən fərqi itir. Bu isə medianın cəmiyyətdəki nüfuzuna zərbə vurur. Cəmiyyət media orqanını və ya jurnalisti yalan, yaxud qızışdırıcı mahiyyətli, qərəzli bilgi yayan hansısa sosial şəbəkə profili sahibindən fərqləndirə bilmirsə, deməli, jurnalistikaya etibar yoxdur. Təəssüf ki, hazırda həm də belə bir durumun şahidiyik”.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən, media subyektlərinin təmsilçilərindən qeyd edilən məqamları ciddi şəkildə nəzərə almağa, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayət etməyə, peşənin nüfuzunu yüksək tutmağa çağırıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ

TƏBİB-in tabeliyindəki “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsdə audit keçirilib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Hesablama Palatasından məlumat verilib.Qeyd olunub ki, audit 2025-ci ilin İş Planına əsasən İcbari tibbi sığorta fondunun 2023-2024-cü illər üzrə gəlir və xərclərinin, həmçinin sərbəst vəsaitinin idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğuna dair həyata keçirilib.Hesablama Palatasından bildirilib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdə ayrıca audit həyata keçirilməyib.Xatırladaq ki, yoxlamalar barədə məlumatlar Vüqar Qurbanovun fevralın 16-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru postundan azad olunmasından sonra yayılıb. ...

23 Fevral 2026, 14:50

Ombudsman Xocalı soyqrımının ildönümü ilə bağlı bəyanat yayıb 

Ombudsman Xocalı soyqrımının ildönümü ilə bağlı bəyanat yayıb.Bu barədə Citypost.az-a Ombudsman Aparatından məlumat verilib.Qeyd edilib ki, 26 fevral 1992-ci il tarixində Xocalı şəhərində 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla, ümumilikdə 613 nəfər dinc və silahsız mülki əhalinin etnik mənsubiyyətinə görə məqsədli şəkildə, ağır işgəncələrə məruz qalaraq qətlə yetirilməsindən 34 il ötür."Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərində məhz etnik azərbaycanlı olduqlarına görə mülki əhalinin amansızcasına qətlə yetirilməsi Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli və məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur.Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq bir valideynini,...

23 Fevral 2026, 14:46

Ağdərəyə daha 293 nəfər qayıtdı 

Fevralın 23-də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində növbəti köç mərhələsi reallaşıb.Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, bu gün Ağdərə rayonunun dörd yaşayış məntəqəsinə ümumilikdə 293 nəfərdən ibarət 63 ailə qayıdıb.Bu mərhələdə Çıldıran kəndinə 46 nəfər (10 ailə), Çapar kəndinə 22 nəfər (7 ailə),Aşağı Oratağ kəndinə 141 nəfər (29 ailə), Heyvalı kəndinə isə 84 nəfər (17 ailə) köçürülüb.Köç Prosesi planlı şəkildə davam etdirilir və sakinlərin dayanıqlı məskunlaşması üçün zəruri infrastruktur təmin olunur. Ağdərədə mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı...

23 Fevral 2026, 14:44

Ölkə başçısı Kəmaləddin Heydərovun iki müavini işdən azad etdi

Fövqəladə hallar nazirinin müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyev vəzifələrindən azad olunublar.APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

23 Fevral 2026, 14:10

DSX bu işlərə 1 milyon ayırdı 

Dövlət Sərhəd Xidməti dərman preparatları və camaşırxana avadanlıqlarının satınalınması üzrə tender elan edib.Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti təsərrüfat və tibbi təchizatın yenilənməsi məqsədilə tender müsabiqələrinə start verdiyini elan edir.Müsabiqə üzrə nəzərdə tutulan ehtimal olunan ümumi məbləğ 1.058.463,96 (bir milyon əlli səkkiz min dörd yüz altmış üç manat doxsan altı qəpik) azn təşkil edir.Satınalmada camaşırxana və məişət avadanlıqlarının, habelə müxtəlif növ dərman preparatları və sarğı materiallarının tədarükünü nəzərdə tutur....

23 Fevral 2026, 13:38

Havada maqnit qasırğası var 

16-17 və 21-22 fevral tarixlərində zəif-orta geomaqnit qasırğası qeydə alınıb. Hazırda da G1 səviyyəli geomaqnit qasırğası var.Citypost.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.Bildirilir ki, 23-28 fevral tarixlərində enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir. Günəş küləyinin sürəti mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə 23-24 fevralda ilə yenə də normadan yüksək olacaq. G1 səviyyəli geomaqnit qasırğasının bu gün və sabah davam edəcəyi gözlənilir....

23 Fevral 2026, 13:32