TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ
Cəmiyyət 23 Fevral 2026, 14:50
214
TƏBİB-in tabeliyindəki “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsdə audit keçirilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Hesablama Palatasından məlumat verilib.
Qeyd olunub ki, audit 2025-ci ilin İş Planına əsasən İcbari tibbi sığorta fondunun 2023-2024-cü illər üzrə gəlir və xərclərinin, həmçinin sərbəst vəsaitinin idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğuna dair həyata keçirilib.
Həmçinin oxuyun
Hesablama Palatasından bildirilib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdə ayrıca audit həyata keçirilməyib.
Xatırladaq ki, yoxlamalar barədə məlumatlar Vüqar Qurbanovun fevralın 16-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru postundan azad olunmasından sonra yayılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri işdən çıxarılıb
Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Elnur İbrahimov vəzifəsindən azad edilib.APA xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb.Bəxtiyar Məmmədovun digər sərəncamı ilə həmin vəzifənin müvəqqəti icrası Agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədova həvalə edilib.
23 Fevral 2026, 16:35
Astarada 10 kq narkotik aşkarlanıb
Astarada 10 kiloqram narkotik vasitə aşkarlanıb.APA-nın cənub bürosunun xəbərinə görə, Astara rayonunda məhkum olunmuş 35 yaşlı Ceyhun Hüseynov və 30 yaşlı Nəcibə Şahvələdova saxlanılıblar. Həmin şəxslərdən ölkə ərazisinə əvvəlcədən sövdələşmə əsasında İranda yaşayan narkotacir tərəfindən göndərilən 10 kiloqramdan artıq marixuana aşkarlanıb.Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
23 Fevral 2026, 16:34
MN-in vəzifəli şəxsi məhkəmədə “İstirahət evi”nin həbsdə olan rəisinə rüşvət çatdırdığını etiraf edib
Müdafiə Nazirliyinin “İstirahət evi”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.İttiham aktına görə, İlham Haqverdiyev xidməti vəzifəsini icra edərkən “İstirahət evi”nin müfəttiş vakansiyasına qəbul üçün 2500 manat, xadimə vakansiyasına görə 1000 manat, əmək müqaviləsinin uzadılması üçün 800 manat, növbə dəyişdirilməsi üçün 500 manat olmaqla, ümumilikdə 4800 manat rüşvət alıb.Təqsirləndirilən İlham Haqverdiyev özünü təqsirli bilməyib. Məhkəmə prosesi şahid ifadələri ilə davam edib.Cinayət işi üzrə şahid qismində tanınan, əvvəllər “İstirahət evi”nin Maddi-texniki təminat bölməsinin rəisi...
23 Fevral 2026, 16:33
Ceyhun Bayramov qambiyalı həmkarı ilə telefon danışığı aparıb
23 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq Modou Njie arasında telefon danışığı baş tutub.Bu barədə XİN-dən Cityost.az-a məlumat verilibTelefon danışığı zamanı Azərbaycan ilə Qambiya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.Ötən ilin sentyabr ayında imzalanmış "Siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"na uyğun olaraq, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında qısa müddət ərzində siyasi məsləhətləşmələrin keçirilməsinin önəmi vurğulanıb.Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.Tərəflər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin qarşıdan gələn sədrliyi, eləcə də...
23 Fevral 2026, 16:23
Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur
Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə vətəndaşa qarşı dələduzluqda ittiham olunur.Modern.az xəbər verir ki, bu barədə Elşən Mahmudbəyli sosial şəbəkə hesabında videomüraciət yayıb. O, Rüfət Qasımzadə, Boran Qasımzadə, Məmməd Məmməzadə adlı şəxslərlə birlikdə qızıl biznesi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər ondan 50 min dollar alaraq vədlər veriblər:“Bir müddət sonra verilən vədlərin yalan olduğu məlum olub. Rüfət Qasımzadə mənə bildirib ki, Türkiyədə hava limanında 5 kiloqram qızılı gömrükdə saxlanılıb. Lakin borcu ödəyəcək. Məsələ ilə bağlı Xalq artisti Ramiz Əzizbəylinin qızları ilə də söhbət etdim. Onlar da ziyanın ödəniləcəyini desələr də, ziyan...
23 Fevral 2026, 16:13
DSMF Salyanda ictimai dinləmə keçirib
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Salyan rayonunda keçirilən görüşdə Salyan və Neftçala rayonlarının ictimaiyyət, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.Bu barədə Citypost.az-a DSMF-dən məlumat verilib.Bildirilib ki, iştirakçılara Fondun fəaliyyət istiqamətləri, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində görülən işlər barədə məlumat verilib. Eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.Görüşdə eyni zamanda vətəndaşların sosial təminat hüquqları, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Pensiya, sosial müavinətlər və təqaüdlə bağlı təqdimatlar olub. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi, təyinat şərtləri barədə məlumat verilib.Dinləmədə...
23 Fevral 2026, 16:00